Kiçik Edda

Kiçik edda (isl. Snorra Edda) — Snorri Sturlusonun 1220-ci ildə İslandiyada qələmə aldığı əsər.[1] Nəsr eddası, Snorrinin eddası olaraq da bilinir. Nəzm eddası ilə bərabər German-skandinav mifologiyasının öyrənilməsində ən böyük qaynaqdır.

Hissələr

Giriş

Odin və digər tanrıların Troyadan şimala köçən sadə insanlar olduğu haqda hekayədən bəhs olunur. Onların üstün mədəniyyət və texnologiyaya sahib olmasının tanrılar kimi görünməsinə səbəb olduğu qeyd olunur. Onların ölümündən sonra qəbrinə ziyarət edənlərin tanrılaşdırdıqlarından bəhs olunur.

Gylfaginning

Gylfaginning (azərb. Gilvenin fırıldağı)[1] dünyanın yaradılışı və məhv olunması haqda hissədir. Təqribən 20000 sözdən ibarətdir. Nəzm eddasından sitatlar da var.

Skaldskaparmal

Skáldskaparmál (azərb. Şeir dili)[1] dəniz tanrısı Aegir və şeir tanrısı Bragi arasında poeziyaya aid söhbətlərdən ibarətdir. Təqribən 50000 söz olub, kenninqlərsinonimlər haqqında dialoqlar var.

Hattatal

Háttatal (azərb. Qafiyələrin siyahısı)[1] təqribən 20000 sözdən ibarət olub Snorri Sturlusonun öz şeirlərindən ibarətdir. Tez-tez özündən əvvəlki şairlərin qafiyələrdən istifadə etmədiyi haqda bəhs edir.

İstinadlar

  1. Faulkes, Anthony (1995). Edda. Everyman. ISBN 0-460-87616-3
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.