Kiçik Dəhnə

Kiçik DəhnəAzərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd.[2]

Kənd
Kiçik Dəhnə
Kiçik Dəhnə
40°59′36″ şm. e. 47°05′10″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Bələdiyyə başçısı Əlvida Cəlalov
Tarixi və coğrafiyası
Əsası qoyulub təxmini: e.ə XVI-XIII əsrlər
Əvvəlki adı Dəhnə
Mərkəzin hündürlüyü 186 m
Saat qurşağı
Əhalisi
Əhalisi 14000+ nəfər (2023)
Milli tərkibi Azərbaycanlılar (Azərbaycan türkləri)
Etnoxronim Dəhnəlilər
Rəsmi dili Azərbaycan dili (Azərbaycan türkcəsi)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5524[1]
Kiçik Dəhnə xəritədə
Kiçik Dəhnə
Kiçik Dəhnə

Ümumi

Kiçik Dəhnə Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Acınohur ön dağlığındadır. Oykonim Böyük Dəhnə kənd adının qarşılığıdır.[3]

Əhalisi 14 min nəfərdən çoxdur. Kənddə 60 çarpayılıq xəstəxana, 1024 nömrəlik elektron ATS, iki orta məktəb var.

Kənddə məhəllələr öz tarixi adları ilə tanınır. Məsələn, Qaraçı, Xudulu, Nağıllı, Babalar, Alma bağı, Sadıqlı, Daşlı köbər, Dəlləkli, Hajaltı, Arx üstü, Aşağı baş, İdarə qabağı, Calqalı, Dəmiyə və s.[4]

Tarixi

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə kənd ərazisində e.ə. XVI–XIII əsrlərə aid kurqanlar aşkar edilmişdir.[5] Ayrıca məşhur Sufi şairi və təsəvvüf alimi olan Mir Həmzə Nigari təhsilini Kiçik Dəhnədə Çolaq Abdulladan almışdır. Çolaq Abdullanın qəbri hazırda Kiçik Dəhnədə “Quran Kitab Evi” deyilən ziyarətgahda yerləşir.

Coğrafiyası və iqlimi

Kiçik Dəhnə kəndi Şəki rayonunun cənub hissəsində, Şəki şəhərindən 28 km aralıda yerləşir. İqlimi yarımsəhra iqlimidir. Kənd YevlaxQax rayonları ilə həmsərhəddir. Kənddə ən yüksək temperatur yay aylarında +45 °C, ən aşağı temperatur qış aylarında −6 °C olur. Bu iqlim şəraiti bu ərazidə subtropik bitkilərin yetişdirilməsi üçün münasibdir.

Əhalisi

Əhalisi 14.000 nəfərdən çoxdur (2023-cü il məlumatına görə).

İqtisadiyyatı

SSRİ dövründə kənd əhalisi kollektiv təsərrüfatda birləşərək əsasən baramaçılıq və tütünçülüklə məşğul idilər.

İndi isə əsas təsərrüfat bostançılıq, arpa və buğda əkinidir. Yetişdirilən məhsullar rayon bazarına və emal müəssisələrinə verilir.[4]

Din

Kəndin əhalisi İslam dininə mənsubdur və əhalinin əksəriyyəti sünni müsəlmanlardır. Kənddə 2 dini məscid fəaliyyət göstərir.

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  4. "Azərbaycan Qəzetinin Rəsmi internet səhifəsi". adalet.az. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.