Kiçik Bazar məscidi
Kiçik bazar məscidi — Azərbaycanın Lənkəran rayonunun mərkəzində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid 1904-cü ildə Kiçik bazar məhəlləsində tikilib.
Məhəmməd məscidi | |
---|---|
38°45′36″ şm. e. 48°51′01″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Lənkəran |
Yerləşir | Kiçik Bazar məhəlləsi |
Sifarişçi | Tağı bəy, Ağa bəy, Molla Nəsir və məhəllə camaatı |
Tikilmə tarixi | 1904 |
Üslubu | islam memarlığı |
Vəziyyəti | stabil |
İstinad nöm. | 4806 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Kiçik Bazar məscidi 1904-cü ildə Lənkəranda Kiçik bazar məhəlləsində Tağı bəy, Ağa bəy, Molla Nəsir və şəhər camaatının topladığı vəsait hesabına tikilib.[1][2][3] Adını yerləşdiyi məhəllədən alıb. Məscidin nəqqaşı usta Rəhim və onun atası olub.[1] Məscid inşa edilərkən onun yanında Güldəstə adı ilə məşhur olan minarə yerləşib.[2] Divarlarının uzunluğu 26 metr, eni 10 metr, hündürlüyü 8 metr, divarının qalınlığı 1 metrdir.[1][4] Məsciddə eyni vaxtda 250 nəfər namaz qıla bilir.[5] Məscidin tikintisində qırmızı kərpicdən, yerli meşə materiallarından və kirəmitdən istifadə edilib. Məscidin sol qapısını XIX əsrdə Ləkəranda fəaliyyət göstərən "Fövcül-füsəha" ədəbi məsclisinin üzvü Məhəmmədhəsən Nəccar, sağ qapısını isə usta Məhəmmədəli hazırlayıb.[2][6]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[7] Kiçik bazar məscidi bağlanıb, yanında yerləşən Güldəstə minarəsi isə dağıdılıb. Məscidin binasından anbar kimi istifadə olunub.[1]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8][9] 2010-cu ildə yerli əhalinin təşəbbüsü ilə məscidin 24 metr hündürlüyündə olan minarəsi bərpa edilib.[2] Məsciddə həm qadınlar həm də kişilər ibadət edə bilərlər. Qadınların ibadəti üçün olan hissə iki mərtəbəlidir və girişi ayrıdır.[10]
Şəkilləri
İstinadlar
- "Lənkəran şəhər icra hakimiyyəti / Mədəniyyət". lenkeran-ih.gov.az. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran Ensiklopedik Məlumat (PDF) (az.). Baku: 3 saylı Bakı Mətbəəsi. 2017. 292. 2019-04-06 tarixində arxivləşdirilib (PDF).
- Həsənoğlu, Həşim. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları (PDF) (az.). Bakı: Nasir. 2015. 196.
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran Ensiklopedik Məlumat (PDF) (az.). Baku: 3 saylı Bakı Mətbəəsi. 2017. 293. 2019-04-06 tarixində arxivləşdirilib (PDF).
- Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 102.
- Mistanlı, Aqşin. Cənub bölgəsinin abidələr ensiklopediyasi (az.). Bakı: Adiloğlu. 2020. 109. ISBN 978-9952-37-379-0.
- Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- "Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
- Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 175. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).