Keyp-Kod kanalı
Keyp-Kod kanalı - ABŞ-nin Massaçusets ştatında Keyp Kod və Bazzards körfəzlərini birləşdirən süni su kanalı. Kanalın böyük bir qismi Bourn şəhərində yerləşir, lakin onun şimal şərq hissəsi Sendviç şəhərciyinin payına düşür. Skasset Dövlət Çimərlik Qoruğu kanalın şimal girişi boyunca uzanır. Cənubunda isə Massaçusets Dəniz Akademiyası fəaliyyət göstərir. Kanalın uzunluğu 11 km-dir. İlkin təməli 1909-da atılan qurğu 1914-cü ildən fəaliyyətə başlamışdır.
Faunası
Süni qurğu olmasına baxmayaraq kanalda çox sayda balina və delfinlər yaşayır. Burada yaşayan Şimali Atlantika balinası nəsli kəsilmə təhlükəsi altındadır.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.