Keyp-Fir
Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir.
Keyp-Fir | |
---|---|
en/Cape Fear | |
Yerləşməsi | |
33°50′38″ şm. e. 77°57′43″ q. u. | |
Akvatoriya | Atlantik okeanı |
Ölkə | ABŞ |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar. «Qorxu burnu[1]» termini isə 1585-ci ildə Riçard Qrenvill tərərəfindən uydurulur. O, burada qəmi qəzası ilə üzləşir. Böyük ehtimal ki, burada hələ 1524-ci ildə italiyalı Covanni da Verrassano olmuşdur.
Keyp-Fir həmdə ABŞ İstiqlal müharibəsi dönəmində Henri Klintonun Britaniya qoşunlarını sahilə çıxartdığı yer kimi məşhurdur.
İstinadlar
- Gannett, Henry. The Origin of Certain Place Names in the United States. Govt. Print. Off. 1905. 124. 2017-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.