Kevin Durant

Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988[2]) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib.

Kevin Durant
ing. Kevin Durant
Mövqeyi qısa hücumçu[d], Uzun hücumçu
Boyu 208 sm
Çəkisi 109 kq[1]
Vətəndaşlığı
Doğum tarixi 29 sentyabr 1988(1988-09-29)[2] (35 yaş)
Təhsili
Komandalar
Foniks Sans
Şəxsi mükafatlar və nailiyyətlər
  • NBA Çempionu (2017)
  • NBA Finalları MVP (2017)
  • NBA Ən Dəyərli Oyunçu (2014)
  • NBA All-Star Heyəti (2010–2017)
  • NBA All-Star Oyunu Ən Dəyərli Oyunçu Mükafatı (2012)
  • 7× All-NBA Əsas heyət (2009–2013)
  • 2x All-NBA İkinci heyət (2016,2017)
  • NBA İlin Gənc oyunçusu mükafatı (2007)
  • 4× NBA Basket sayı Lideri (2009–2011, 2013)
  • 50–40–90 klub[4] (2012)
  • Amerika Basketbolunda İlin idmançısı (2010)
  • FIBA Dünya Kuboku Ən Dəyərli Oyunçusu (2010)
  • Oğlanlar üzrə kollec basketbol komandasında ilin milli oyunçusu mükafatı (2007)
  • İlin 12-lik heyəti (2007)
  • Nö. 35
  • McDonald's All-American Oyunu Ən Dəyərli Oyunçusu (2007)
Medalları
Kişilər Basketbol
 ABŞ üçün
Olimpiya Oyunları
Qızıl2012 LondonKomanda
Qızıl2016 Rio-de-JaneyroKomanda
FİBA Basketbol üzrə Dünya Kuboku
Qızıl2010 TürkiyəKomanda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular. 2016-cı ildə sərbəst qalan Durant, Tanderdən ayrıldı və iki illiyinə Qolden Steyt Uorriorz ilə müqavilə imzaladı.

Basketbol karyerası xaricində, Durant Oklahoma şəhərində etdiyi müxtəlif ianə və yardımları ilə tanınan və sevilən bir oyunçudur. 2012-ci ildə "Thunderstruck" adlı filmdə baş rolda oynayaraq ilk dəfə kamera qarşısına keçdi.

İlk illəri

Durant, 29 Sentyabr, 1988-ci ildə Vanda və Veyn Pratt cütlüyünün dörd uşağından biri olaraq Vaşinqton şəhərində dünyaya gəldi,[5] atasının ailəni tərk etməyi və anasının işləməyə başlaması səbəbi ilə nənəsi Barbara Deyvis tərəfindən böyüdüldü.[6] Braynna adında bir bacısı, Toni və Reyvone adında iki qardaşı var.[7] 2013-cü ildə verdiyi bir açıqlamada uşaq ikən tuttuğu komandanın Toronto Reptors, ən sevdiyi oyunçunun isə Vinse Karter olduğunu söyləyib.[8] Basketbola valideynlərinin də təsiri ilə erkən yaşlarda başlayan Durant, peşəkar olaraq ilk Həvəskar Atletizm Birliyində basketbol oynadı.[9] Ailəsinin tez-tez köç etməsi səbəbi ilə Merilend əyalətində bir çox məktəbin formasını geydi və forma geydiyi bəzi komandalarda hal hazırda NBAdə forma geyən Ti Lavson, Greyvis Vaskez ve Maykl Bizley ilə bir müddət komanda yoldaşı oldu.[10][11] Həmçinin bu müddət ərzində basketbolu ilk dəfə oynadığı yer olan Həvəskar Atletizm Birliyi komandasının baş məşqçisi olan və 35 yaşında öldürülən Çerles Kreygin xatirəsinə həsr olaraq 35 nömrəli formanı daşımağa başladı.[12]

Lisey karyerasında Milli Xristian Akademiyasında iki il, Oak Hill Akademiyasında bir il forma geydikdən sonra Montroz xristian liseyi tərəfindən transfer edildi və liseydəki dördüncü ilinə başlamadan öncə altı sm daha uzandı.[13] Liseydəki son ilinin öncəsində Texas Universitetinin onunla kollec karyerasi üçün anlaşdığı açıqlandı. 2005–06 mövsümündə Vaşinqton Post İlin Ən Yaxşı Lisey Oyunçusu mükafatını qazandı və 2006 McDonald's Ən Yaxşı Liseyli Amerikalılar Oyunun Ən Dəyərli Oyunçusu seçildi.[14][15] Durant, həmçinin mövsümdə hər oyun başına 23.6 basket sayı, 10.2 ribaunt, 3.0 asist, 3.0 top alma və 2.4 blok ortalamaları ilə oynayaraq, Greg Odendən sonra mövsümün ən yaxşı ikinci liseyli oyunçusu seçildi.[16][17]

Kollec karyerası

Kollec karyerasi üçün Texas Universiteti ilə razılaşan Durant, normal mövsümdə Texas Tek Red Raydrs ilə oynanan qarşılaşmada, 37 basket sayı və 23 ribaunt ilə oynadı.[18] 2006–07 normal kollec mövsümündə, matç başına 25,8 basket sayı, 11,1 ribaund və 1,3 asist ortalamaları ilə oynadı.[19] NCAA Pleyofflar ilk turunda mövsümü 5-ci sırada tamamlayan Nyu-Meksiko Universiteti ilə qarşılaşdılar və oyunda qalib gələrək yarım finala çıxdılar. Ancaq bu turda Durantın 30 basket sayı 9 ribaundluq performansına baxmayaraq, Cənubi Kaliforniya Universitetinə məğlub oldular.[20] Mövsüm sona çatdığda Kevin Durant bir çox fərdi mükafat qazandı,[21][22][23][24] həmçinin Naismith İlin Kollec Liqaları Oyunçusu mükafatını qazanaraq bunu az yaşında bacaran kollec tarixindəki ilk oyunçu ünvanına çatdı.[25] 11 aprel tarixində Durant, rəsmi olaraq 2007 NBA Seçmələrinə girəcəyini açıqladı.[26]

Universitet statistikaları

Açıqlama
 GP  Keçirtdiyi oyun sayı  GS  Oyuna ilk beşdə başlama sayı
 MIN  Dəqiqə  BPG  Blok ortalaması  RPG  Ribaunt ortalaması
 APG  Asist ortalaması  PPG  Ortalama basket sayı  3P%  3 sayılıq basket faizi
ESPN-dən götürüldü.[27]
KollecMövsüm GPGSMINBPGRPGAPGPPG3P%
Texas2006–07 353535.91.911.11.325.8.404

Peşəkar karyerası

Oklahoma-Siti Tander/SuperSoniks (2007–2016)

Durant, SuperSoniks formasıyla. (2008)

İlk mövsümü (2007–2008)

Durant kollec karyerasının ardından 2007-ci ildə NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən 1-ci tur 2-ci sıradan seçildi[28]. Bundan başqa hələ NBA-də matça çıxmadan Nike firması ilə 60.000.000 $ dəyərində 7 illik sponsorluq razılaşması imzaladı[29]. Karyerasının ilk NBA matçına 31 oktyabr 2007-ci il tarixində Denver Naqqets ilə 118–105 məğlub olduğları oyunda çıxdı və 32 dəqiqə oyunda olub 18 basket sayı, 5 ribaunt və 3 top alma statistikası ilə oynadı[30]. 16 oktyabrda Atlanta Hoks ilə oynanılan qarşılaşmada karyerasının ilk matç qazandıran basketini atdı[31]. Noyabr ayında göstərdiyi performansla ayın "Qərb Konfransı Ən Yaxşı gənci" seçildi[32].

16 apreldə oynanan Qolden Steyt Uorriorz matçında, 42 basket sayı, 13 ribaund və 5 asist ilə oynayaraq karyerasının basket sayı və ribaund rekordlarını qırdı[33]. Durant, 2007–08 mövsümündə matç başına 20,4 basket sayı, 4,4 ribaund və 3, 3 asist ortalaması ilə oynayaraq, İlin gənci və İlin Gənc İlk Beşi mükafatlarını qazandı[34]. Bundan başqa bu mövsüm LeBron CeymsKarmelo Antonidən sonra matç başına 20 basket sayını keçən 3-cü oyunçu oldu[35]. Ancaq qazandığı bu fərdi müvəffəqiyyətlərə baxmayaraq, komandası 14 qalibiyyət 68 məğlubiyyət alaraq klub tarixinin ən pis mövsümünü keçirdi[36].

Yüksəliş (2008–2010)

Bu mövsümün ardından, Sonics komandası Oklahoma Siti şəhərinə daşınıb Oklahoma-Siti Tander adını aldı və rəngləri mavi, narıncısarı olaraq dəyişdirildi[37]. Komanda həmçinin mövsüm başında, 2008 NBA Seçmələrində irəlidə Durant ilə birlikdə oynayacaq, Rassıll Vestbruku rənglərinə qatdı[38]. 2009 NBA All-Star Həftəsində, Durant Gənclər Matçında forma geymək üçün dəvət aldı və qarşılaşmada 46 basket sayısı ilə oynayaraq, All-Star Gənclər tarixində bir matçda ən çox basket sayısı atan oyunçu olaraq tarixə keçdi[39]. Normal mövsümdə oynanan, 23 yanvar tarixindəki Los-Anceles Klippers matçında 46 basket sayı və 17 yanvarda Nyu-Orlean Hornetsə isə 47 basket sayı ataraq, 2 dəfə karyera basket sayı rekordunu qırdı[40][41]. 2008–09 mövsümünü Durant, matç başına 25,3 basket sayı və 6,5 ribaund ortalamaları ilə bitirdi[34]. Həmçinin Ən Çox Inkişaf göstərən Oyunçu mükafatına namizəd olaraq göstərilsə də səs verməni 3-cü sırada tamamladı[42]. Komandası Tander isə, mövsümü 23 qalibiyyət, 59 məğlubiyyət ilə konfransında 11-ci sırada bitirdi[43].

2009–10 mövsümündə Durant, karyerasında ilk dəfə NBA All-Star Matçına seçildi[34]. Komandası Thunder isə mövsümü əvvəlki mövsümdən 27 matç daha çox qazanmaqla, 50 qalibiyyət və 32 məğlubiyyət ilə Qərb Konfransında 8-ci sırada tamamlayaraq yeni adıyla ilk dəfə pleyoffa vəsiqə qazandı[44][45]. Durant, isə mövsümü matç başına 30,1 basket sayı, 7,6 ribaund və 2,8 asist ortalamaları ilə bitirərək karyerasında ilk dəfə "Sayı Lideri" və "İlin İlk Beşi" mükafatlarını qazandı, həmçinin NBA tarixində ən gənc "Sayı Lideri" olan oyunçu ünvanını sahib oldu[34][46]. Bundan başqa həmin mövsümü 8 dəfə +40 basket sayı və 3 dəfə 45 basket sayı ataraq bitirdi[47]. 2010 NBA Pleyofflarındaki və karyerasının ilk pleyoff matçına Los-Anceles Leykers qarşısında məğlub olduqları seriyanın ilk qarşılaşmasına çıxdı və bu qarşılaşmada 21 basket sayı atdı[48]. Oklahoma-Siti daha sonra Leykersə 5 matç sonunda 4–1 hesabı ilə məğlub oldular[49]. Ancaq məğlub olmalarına baxmayaraq, bu gənc komanda basketbol analizçiləri tərəfindən gələcəkdə çempion olma ehtimalı yüksək olan bir komanda olaraq xarakterizə edildi[50]. Durant, isə beş matçlıq pleyoff mübarizəsində matç başına 25,0 basket sayı, 7,7 ribaund və 2,3 asist ortalamalası ilə oynadı[34].

Pleyoffdakı uğur və NBA finalı (2010–2013)

Durant "Slem dank" edərkən. Mart 2011.

2010–11 mövsümü başlamadan əvvəl, Durant Tander ilə 86 milyon dollar dəyərində 5 illik müqavilə imzaladığını Twitter üzərindən bildirdi[51]. Normal mövsümdə ən yaxşı performansını 47 basket sayı atdığı və karyera rekordunu yenilədiyi 26 Yanvar 2011-ci il tarixində oynanan Minnesota Timbervulvz matçında sərgilədi[52]. Bu mövsümdə də 2011 NBA All-Star Matçına seçilərək üst-üstə ikinci dəfə All-Star seçildi[53]. Durant, 2010–11 normal mövsümündə matç başına 27,7 basket sayı, 6,8 ribaund və 2,7 asist ortalamaları ilə oynayaraq üst-üstə ikinci dəfə "Sayı Lideri" mükafatını qazandı[54]. Bundan başqa ikinci dəfə "İlin İlk Beşi"nə seçildi[55]. Komandası Tander isə mövsümdə 55 matç qazandı və Qərb Konferansını 4-cü sırada tamamladı[56]. Pleyofflarda komandası ilk turda oynanan beş matçda Denver Naqqetsı 4–1, yarım finalda oynanan yeddi matçda Memfis Qrizzlisi 4–3 məğlub etdikdən sonra konfrans finalında Dallas Maveriksə beş matç sonunda 4–1 ilə məğlub oldular[57]. Durant, isə 2011 NBA Pleyofflarında forma geydiyi 17 qarşılaşmada matç başına 28,6 basket sayı, 8,2 ribaund və 2,3 asist ortalamaları ilə oynadı[34].

Lokaut (işçilərin toplu işdən azad olması) səbəbi ilə gec başlayan 2011–12 mövsümündə, 19 fevral 2012-ci il tarixində oynanan Denver Naqqets matçında 51 basket sayı ataraq sayı rekordunu qırması ilə birlikdə, karyerasında ilk dəfə bir matçda 50 basket sayını keçdi[58][59]. Durant, həmçinin bu mövsüm 2012-ci il NBA All-Star Matçına seçilərək üst-üstə 3-cü dəfə all-star oldu və qarşılaşmada 36 basket sayı ataraq karyerasında ilk dəfə All-Star Matçı MVP (Ən Dəyərli Oyunçu) mükafatını qazandı[60]. Normal mövsüm bitdiyində Durant, matç başına 28,0 basket sayı, 8,0 ribaund və 3,5 asist ortalaması ilə üst-üstə üçüncü dəfə "Sayı Lideri" mükafatını qazandı və "İlin İlk Beşi"nə seçildi[61]. Tander isə mövsümdə 47 qalibiyyət alaraq Qərb Konfransında ikinci sıradan pleyoffa girdi[62]. Dallas Maveriks ilə oynanan pleyoff ilk tur birinci matçında Durant, matçın bitməsinə 1.5 saniyə qala atdığı üç xallıq basketlə matçı komandasının xeyrinə sonlandırdı[63]. Daha sonra Dallası 4–0, konfrans yarım finalında Los-Anceles Leykersı 4–1 və konfrans finalında isə 2–0 geriyə düşdükləri San-Antonio Spörsü altı matçın sonunda 4–2 məğlub edərək NBA finallarına yüksəldilər, ancaq 2012-ci il NBA finalında Mayami Hitə 4–1 məğlub olaraq çempionluğu əldən verdilər[64]. Durant finalda oynanan 5 qarşılaşmada matç başına 54%-lik atış dəqiqliyi və 30,6 basket sayı ortalaması ilə oynasa da, bu performansı çempionluq üçün yetərli olmadı[65].

Durant, 2013-cü il NBA Pleyofflarındaki Rokets matçında köhnə komanda yoldaşı Ceyms Hardenin qarşısını alarkən. (2013)

2012–13 mövsümü əvvəlində Oklahomanın keçən mövsümün NBA İlin Altıncı Adamı mükafatının sahibi Ceyms Hardeni Hyuston Roketsə mübadilə etməsiylə mediada komandanın çox ciddi güc itirdiyi yazıldı[66]. Durant, 3 noyabr 2012-ci ildə oynanan Portlənd Treyl Bleyzers matçında atdığı basket sayları ilə karyerasında 10 min basket sayı həddini aşaraq, bu müvəffəqiyyətə LeBron Ceymsdən sonra çatan (24 yaş 34 gün ilə) NBA tarixindəki ən gənc ikinci oyunçu oldu[67]. 18 noyabrda oynanan Qolden Steyt Uorriorz matçında 25 basket sayı, 13 ribaund və 10 asist ilə karyerasında ilk dəfə Triple-double ("Triple-double": Basketbolçunun bir oyunda 5 mümkün kateqoriyadan basket sayı, ribaund, asist etmə, top alma və bloklamadan üçündən iki rəqəmli ədədə çatmaqdır. Azərbaycan dilində bunu "üçlü cüt" və ya "üç cüt" kimi tərcümə etmək olar.) etdi[68]. 18 yanvar 2013-cü ildə oynanan Dallas Maveriks matçında atdığı 52 basket sayı ilə karyera rekordunu təzələdi[69]. Durant, 2012–13 normal mövsümünü matç başına 28,1 basket sayı, 7,9 ribaund və 4,6 asist ortalamaları ilə bitirdi, həmçinin "İlin İlk Beşi"nə seçilsə də "Sayı Lideri" ünvanını Karmelo Antoni aldı[34][70]. Bundan başqa mövsümdə atdığı 51 % ikilik, 41,6 % üçlük və 90,5 % sərbəst atış (NBA lideri) faizləri ilə 50–40–90 klubuna (50–40–90 klubunun anlamı "50% 2 sayılıq atış, 40% 3 sayılıq atış, 90% sərbəst atış dəqiqliyi" deməkdir.) girən NBA tarixindəki ən gənc oyunçu ünvanına çatdı[71]. Komandası Tander mövsümdə 60–22-lik dərəcə əldə edərək, Qərb Konferansını yeni adı ilə ilk dəfə ilk sırada tamamladı[72]. 2013-cü il NBA Pleyoffları ilk turunda Hyuston Roketsın 4–2 ilə keçsə də komandanın oyun qurucusu Rassıll Vestbrukun zədələnərək pleyofflara qatılmayacağı xəbəri gəldi[73][74]. Vestbrukun zədəli olmasından Durant,[75] daha çox məsuliyyət alaraq pleyoffları matç başına karyera rekordu olan 30,8 basket sayı ortalaması ilə bitirdi,[34] lakin konfrans yarım finalında Memfis Qrizzlisə beş matç sonunda 4–1 hesabı ilə məğlub oldular[73].

NBA Ən Dəyərli Oyunçusu və zədə mövsümü (2013–2015)

Kevin Duran, fevral ayında Uizards ilə oynanan oyundan (2014).

Durant, 2013–14 mövsümünün yanvar ayında, matç başına 35,9 basket sayı ortalama ilə oynamasından əlavə üst-üstə 12 matçda 30+ basket sayı ataraq 2002–03 mövsümündəki Kobi Brayantın 16 və Tracy McGradynin 14 oyunluq dərəcələrindən sonra son 50 ildə tarixdə bir mövsümdə üst üstə ən çox 30+ basket sayı atan üçüncü oyunçu oldu[76]. Komanda yoldaşı Rassıll Vestbrukun zədəsinin də təsiri ilə ESPN şərhçisi Kevin Peltona görə müasir dövrdə "bənzəri görülməmiş" bir mövsüm keçirən Durant, 17 yanvar 2014-cü ildə oynanan Qolden Steyt Uorriorz matçında 54 basket sayı ataraq karyera rekordunu qırdı[77]. 7 apreldə oynanan Foniks Sans matçında 38 basket sayı ataraq üst-üstə 41-ci matçında 25+ basket sayı atmış olub Maykl Cordanın 1986–87 mövsümündə reallaşdırdığı son 50 ildə üst-üstə 40 matçda 25 sayı rekordunu da qırma müvəffəqiyyəti göstərdi[78]. Durant, mövsümü matç başına 32,0 basket sayı, 7,4 ribaund və 5,5 asist ortalamaları ilə bitirərək karyerasında dördüncü dəfə Sayı Kralı, "İlin İlk Beşi"nə seçildi[34]. Bununla yanaşı bu mövsümdə karyerasında ilk dəfə Ən Dəyərli Oyunçu Mükafatını qazanaraq bu ünvana çatan tarixdəki ilk Tander oyunçusu oldu[79].

Pleyoff ilk turunda Tander komandası Memfis Qrizzlisə qarşı oyunlarda 3–2 geriyə düşdükdən sonra Oklahoma qəzeti tərəfindən Durantın bu oyunlardakı performansı üçün "Etibarsız adam" başlığı altında xəbər yazıldı. Durant isə, bu xəbərin ardından oynanan seriyanın altıncı matçında 36 sayı atdı və komandasına matçı qazanmasında böyük kömək olmağla yanaşı seriyada vəziyyəti 3–3-ə çatdırdı.

Kevin Duran, Kavalers matçında Kevin Lava qarşı (2015)

Tander Memfisi 4–3 keçdikdən sonra konfrans yarım finalında Los-Anceles Klippersi 4–2 məğlub edib konfrans finalına çıxdı, lakin San-Antonio Spörs ilə oyunda altı matç sonunda 4–2 məğlub oldu. Durant, isə pleyofflar boyunca forma geydiyi on doqquz qarşılaşmada matç başına 29,8 basket sayı, 8,9 ribaund və 4,2 asist ortalamaları ilə oynadı.

Yeni mövsüm başlamadan əvvəl 12 oktyabr 2014-cü il tarixində sağ ayağında qırıq aşkarlandı və komanda tərəfindən oyunlardan 6–8 həftə arası uzaq qalacağı açıqlandı. Durant, 2014–15 mövsümünün ilk on yeddi matçında zədə səbəbi ilə forma geyə bilmədi, sonra 2 dekabr tarixində oynanan Nyu-Orlean Pelikans matçı ilə yenidən geri döndü və bu qarşılaşmada 27 basket sayını öz adına yazdırdı. 18 dekabr tarixindəki Qolden Steyt Uorriorz matçında 30 basket sayı ilə oynayarkən dövrə sonunda Marris Speyts ilə toqquşdu və ayaq biləyi burxuldu və təkrar zədələndi, 31 dekabr günü oynanan Foniks Sans matçı ilə birlikdə yenidən arenaya döndü və 44 basket sayı ataraq mövsümün ən yüksək rəqəminə çatdı. Daha sonra yanvar ayının sonlarına doğru sol ayağının baş barmağı burxuldu. 22 fevral tarixində Durantın zədəli olan ayağının ağrısını azaltmağa kömək olması üçün əməliyyat edildiyi və vəziyyətinin gün keçdikcə yaxşıya doğru getdiyi açıqlandı. Lakin ağrıları yenidən artınca 27 mart tarixində yenidən əməliyyat olacağını və mövsümü bitirəcəyi açıqlandı. Normal mövsümdə iyirmi yeddi qarşılaşmada forma geyən Durant, matç başına 25.4 basket sayı, 6.6 ribaund və 4.1 asist ortalaması ilə oynadı. Komandası Tander isə mövsümü 45 qalibiyyət, 37 məğlubiyyət ilə doqquzuncu sırada, pleyoffa vəsiqə qazana bilmədən bitirdi.

NBA statistikaları

Açıqlama
  O Oynadığı matç sayı   İ5  İlk 5-də oyuna başlama  MBD  Matç baş. oynadığ dəq.
 A%  Atış faizi  3S%  3 saylıq faizi  SA%  Sərbəst atış faizi
 MBR  Matç baş. rib.  MBA  Matç baş. asist  MBTA  Matç baş. top alma.
 MBB  Matç baş. blok  MBS  Matç baş. basket sayı  Qalın yazılar  Karyera rekordu
Duratın NBA Çempionu olduğu mövsüm
Liqa lideri
Son yenilənmə: 22 mart 2014.

Normal mövsüm

Mövsüm Komanda O İ5 MBD A% 3S% SA% MBR MBA MBTA MBB MBS
2007–08 Sietl 808034.6.430.288.8734.42.41.0.920.3
2008–09 Oklahoma-Siti 747439.0.476.422.8636.52.81.3.725.3
2009–10 Oklahoma-Siti 828239.5.476.365.9007.62.81.41.030.1
2010–11 Oklahoma-Siti 787838.9.462.350.8806.82.71.11.027.7
2011–12 Oklahoma-Siti 666638.6.496.387.8608.03.51.31.228.0
2012–13 Oklahoma-Siti 818138.5.510.416.9057.94.61.41.328.1
2013–14 Oklahoma-Siti 818138.5.503.391.8737.45.51.30.732.0
2014–15 Oklahoma-Siti 272733.8.510.403.8546.64.1.9.925.4
2015–16 Oklahoma-Siti 727235.8.505.388.8988.25.01.01.228.2
2016–17† Qolden Steyt Uorriorz 626233.4.537.375.8758.34.91.11.625.1
Karyera 70370337.4.488.379.8827.23.81.21.027.2
All-Star 7526.7.518.311.9005.62.91.6.325.6

Pleyofflar

Mövsüm Komanda O İ5 MBD A% 3S% SA% MBR MBA MBTA MBB MBS
2010 Oklahoma-Siti 6638.5.350.286.8717.72.3.51.325.0
2011 Oklahoma-Siti 171742.5.449.339.8388.22.8.91.128.6
2012 Oklahoma-Siti 202041.9.517.373.8647.43.71.51.228.5
2013 Oklahoma-Siti 111144.1.455.314.8309.06.31.31.130.8
2014 Oklahoma-Siti 171742.7.455.351.8298.94.21.01.229.8
2016 Oklahoma-Siti 181840.3.430.282.8907.13.31.01.028.4
2017† Qolden Steyt Uorriorz 151535.5.556.442.8938.04.3.81.328.5
Karyera 10610641.0.468.344.8538.03.81.01.228.8

Milli komanda karyerası

Durant, milli komanda forması ilə Martinas Poçyus tərəfindən müdafiə olunarkən.(2010)

2007-ci ilin fevral ayında Durant, Amerika Birləşmiş Ştatları milli basketbol komandasının təhsil düşərgəsinə çağırıldı və bu mövsüm bunu Greg Oden ilə bacaran 2-ci kollecli oyunçu oldu.[80][81] Ancaq daha sonra heyət limiti 12 adam olduğu üçün komanda heyətindən çıxarıldı.[82]

Durant, baş məşqçi Mike Krzyzewski tərəfindən gənc bir heyətin toplanıb,[82] All-Star oyunçularına yer verilməyən 2010 FIBA Dünya Basketbol Çempionatı heyətinə çağırılaraq milli komanda da ilk dəfə forma geymə şansı tapdı.[83] Turnirdə baş məşqçi Krzyzewski tərəfindən komandanın ulduzu roluna qoyulan Durant, doqquz qarşılaşmada matç başına 22,8 basket sayı, 6,1 ribaunt, 3,1 asist və 1,4 top alma ortalamaları[84] ilə MVP (Ən Dəyərli Oyunçu) seçildi və bunu 1994-ci il dən bu yana Şakil O'Nildan sonra bacaran ilk amerikalı basketbolçu oldu.[85] Turnir yarım finalında Litva ilə oynanılan qarşılaşmada 36 basket sayı ataraq çempionat tarixində bir matçda ən çox sayı atan amerikalı oyunçu ünvanına çatdı. Durant, komandası birlikdə turnir finalında ev sahibi Türkiyəni 81–64 məğlub edərək qızıl medal qazandı. Həmçinin çempionat bitdiyində göstərdiyi performans ilə ən yaxşı turnir beşliyinə seçildi.

Durant, 2012 Yay Olimpiya Oyunlarında daha bir dəfə milli komanda forması geydi[86] və turnirdə ümumi atdığı sayı ilə olimpiyadalar tarixində bir basketbol turnirində ümumi ən çox sayı atan oyunçu oldu. Turnir ərzində matç başına 19,5 basket sayı, 5,8 ribaund, 2,6 asist və 1,6 top alma ortalamaları ilə oynadı və komandası heç bir oyunda məğlub olmadan çempion olub qızıl medal qazandı. Final qarşılaşmasında İspaniyaya qarşı 30 basket sayı atdı və turnirin sayı kralı oldu.[87]

2014-ci ildə Durant, "fiziki və zehni yorğunluğu" səbəbi ilə İspaniyada baş tutan FİBA Basketbol üzrə Dünya Kuboku əvvəlində ABŞ heyətindən ayrıldı.[88]

Oyunçu profili

Kevin Durant, sərbəst atış atarkən.

2.06 m boyunda olan Durant, mövqe olaraq qısa (yaxın) hücumçu mövqeyində oynasa da komandası ehtiyac duyduğu zaman uzun (uzaq) hücumçu olaraq da oynaya bilir. Maç başına 27,4 basket sayı, 6,9 ribaunt, və 3,5 asist karyera ortalamasına malikdir. 2010-cu ildən bu yana "İlin İlk Beşi"nə seçildi, həmçinin NBAdakı ilk mövsümündə İlin Gənci Mükafatını qazanma nəaliyyəti əldə etdi. Bir dəfə NBA Ən Dəyərli Oyunçu Mükafatını qazandı və üç dəfə səsvermədə ikinci sırada yer aldı,[89][90][91] həmçinin səsvermələrdən sonra ikinci olmaqdan sıxıldığını və özünə davamlı əsəbiləşdiyini etiraf etdi.[92] 2012-ci ildə ESPN tərəfindən Lebron Ceymsdən sonra aktiv karyerasını davam etdirən Dünyanın ən yaxşı ikinci basketbolçusu olaraq göstərildi.

John Hollinger tərəfindən "basket sayı mütəxəssisi" olaraq təyin olunan Durant, karyerası boyunca dörd dəfə Sayı Kralı ünvanını qazandı.[93] Bir kənar atıcı (3 sayılıq sahədən atılan atış) olaraq da bilinən ABŞ-lı oyunçu, 50–40–90 klubuna girməyi bacarmış NBA tarixindəki altı oyunçudan biridir və 2012–13 mövsümündə tutduğu 3 sayılıq atış formu Grantland saytı şərhçisi Zach Lowe tərəfindən liqa tarixindəki bir mövsümdəki ən yaxşı fərdi üçlük performanslarından biri olaraq xarakterizə edildi.[94] 7–4 qanad genişliyinə sahib basketbolçu bu xüsusiyyəti sayəsində rəqib yaxından müdafiə olunsa da basket ata biləcək qollara malikdir.[95][96] Səbətə yaxınlaşan zaman basket qaçırtmayan bir oyunçu kimi tanınan Durant, 2012-ci ilə qədər boyalı sahədə 72% basket dəqiqliyi ilə oynadı. Karyerasının əvvəllərində yaxşı müdafiə oluna bilməməsi, çox top itirməsi və oyununun çox istiqamətli olmaması səbəbi ilə analizçilər tərəfindən tez-tez tənqidə məruz qaldı.[97] Kevin Peltona görə 2012-ci ildə özü üzərində işləyərək, özünü inkişaf etdirdi və daha sonra bu Tander komandasının üstünlüyü olmağa başladı. 2014-cü ildə NBAdakı oyunçular arasında keçirilən müdafiə balı anketində 100 üzərindən 62 səs aldı.[98]

Şəxsi həyatı

Durant, özünə 2013-cü ildə Oklahoma şəhərində Club Villa məhəlləsində yerləşən 1,95$ milyon dəyərində bir villa satın aldı.[99] Həmin il Oklahoma Sitidə Bricktown səmtində "KD" adlı cənub mətbəxini özündə əks etdirən bir restoran açdı. Hal-hazırda WNBAdə forma geyən özü kimi basketbolçu olan Monika Rayt ilə sevgilidir.[100][101] Özünü "liseyli uşaq" olaraq tanıdan Durant,[102] boş zamanlarda jurnal oxumağı, videooyunları oynamağı sevir. Həmçinin bir Twitter hesabı var. Xristian[103] olan basketbolçu hər matç öncəsində Şapeli ziyarət edir. Qarnında,[104] kürəyində və biləyində dini döymələr var.[105]

Durantın karyerası boyunca Aaron Goodwin və Rob Pelinka tərəfindən menecerlik edilib.[106][107] Pelinka, 2013-cü ildə vəzifəsindən ayrılaraq Jay-Z ilə işləmək üçün razılaşıb. Durant, həmçinin Nike ilə yanaşı Sprint, Gatorade , Panini, General Electric və 2K Sports ilə reklam müqavilələri imzaladı.[108] 2013-cü ildə qazandığı 35 milyon dollarlıq qazancı ilə o mövsüm ən çox pul qazanan 4-cü basketbolçu oldu.[109] Sports Illustrated ilə reallaşdırdığı bir müsahibədə onun yüksək bir pul qazanma şansı və imkanı olmasına baxmayaraq niyə etməməsi üzərinə gələn bir suala ticarət, marketinq işləri ilə maraqlanmadığını söyləyərək cavab verdi.[108]

Davam edən karyerası boyunca Durant, etdiyi ianələr ilə də tanındı. 2013-cü ildə öz yaşadığı şəhər olan Oklahomada meydana gələn Moore qasırğası səbəbi ilə Amerika Qızıl Xaç cəmiyyətinə 1 milyon dollar bağışladı.[110] Onun bu davranışı, TanderNike firmasına da ilham qaynağı oldu.[111] Doğulduğu şəhər olan Vaşinqtondə P/Tones Records adında mənfəət güdməyən və məktəb sonrası bütün ölkədə nəşr olunan bir musiqi proqramı başlatdı.[112][113] Durant, ölkə və dünya daxilində də sevilən bir oyunçu olaraq bilinməkdədir. 2012-ci ildə edilən bir fan anketində Lebron CeymsKobi Brayantdan daha çox səs alıb ilk sırada yer aldı. Durantın geydiyi 35 nömrəli forma 2013-cü ildən etibarən ən çox satan 4-cü forma oldu. 2014 NBA All-Star Matçında oynamaq üçün təşkil olunan səs vermədə Qərb Konfransında ən çox səs alan 2-ci oyunçu oldu. 2012-ci ildə həyatında ilk dəfə özündən də bəhs edən "Thunderstruck" filmində rol alaraq ilk dəfə bir filmdə oynadı.[114]

Hazırda oynadığı komandanın heyəti

Şablon:Golden State Warriors heyəti

Maaş

Mövsüm Komanda Maaş (Son yenilənmə: 19 İyun 2014)[115]
2007–2008 Sietl SuperSoniks 4.171.200 $
2008–2009 Tander 4.484.040 $
2009–2010 Tander 4.796.880 $
2010–2011 Tander 6.053.663 $
2011–2012* Tander 15.506.632 $
2012–2013 Tander 16.669.630 $
2013–2014 Tander 17.832.627 $
Ümumi 69.514.672 $

Mükafatları və uğurları

Durant 2010 FIBA Dünya Basketbol Çempionatında Türkiyədə qızıl medal qazanarkən

NBA

Mənbə "Basketball Referencee" saytından alındı.[34]

ABŞ milli komandası

Mənbə Amerika milli komandasının saytındır.[116]

Kollec

Kevin Durantın, Texasda kollec zamanı geydiyi forma
  • Naismith İlin Ən Yaxşı Kollec Oyunçusu: (2007)[117]
  • NABC İlin Oyunçusu: (2007)[118]
  • AP İlin Oyunçusu: (2007)[119]
  • AP İlin Ən Yaxşı Amerikalı Oyunçuları İlk Beşi: (2007)[120]
  • Oscar Robertson Mükafatı: (2007)[121]
  • Adolph Rupp Mükafatı: (2007)[122]
  • John R. Wooden Mükafatı: (2007)[123]

İstinadlar

  1. https://www.nba.com/players/kevin/durant/201142.
  2. http://espn.go.com/nba/player/splits/_/id/3202/kevin-durant.
  3. College Basketball at Sports-Reference.com.
  4. en:50–40–90 club 50-40-90=50% 2sayılıq atış, 40% 3 sayılıq atış, 90% sərbəst atış dəqiqliyi.
  5. "Kevin Durant NBA & ABA Stats" Arxivləşdirilib 2016-07-26 at the Wayback Machine. Basketball Reference.
  6. Johnson, Roy S. (12 Mart 2007)."Bob Knight's Remarks Wrongly Taint Durant" (ingiliscə) 18 oktyabr, 2010 tarixində arxivləndi
  7. "Kevin Durant USA Basketball" (İngiliscə). usabasketball.com. 27 sentyabr, 2014 tarixində arxivləndi
  8. "Durant: I wanted to play for the Raptors" (İngiliscə). sportsnet.ca. 8 noyabr, 2014 taricində arxivləndi
  9. "Kevin Durant Biography". JockBio. (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləndi
  10. "Kevin Durant Biography" Arxivləşdirilib 2014-06-25 at the Wayback Machine. JockBio.
  11. "Childhood friends Michael Beasley and Kevin Durant could become Sonics teammates" (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi.
  12. "UT's Durant: righteous talent SPORTSDAY" (PDF). TexasSports.com. (ingiliscə). 26 sentyabr, 2007 tarixində arxivləndi
  13. "In the N.B.A.'s Age Game, Colleges Are Big Winners". The New York Times. (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi
  14. "2006 McDonald’s All-American Game Rosters". Scout.com.(ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi
  15. "McDonald's Greatest All-Americans". ESPN. (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi
  16. "Basketball Recruiting: Top Recruits". ScoutHoops.com (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi
  17. "Prospect Ranking: Final Rivals150 Class of 8181". Rivals.com (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi
  18. "Texas-Longhorns vs Texas Tech Red Raiders". Sports.yahoo. (ingiliscə). 28 sentyabr, 2014 tarixində arxivləndi.
  19. "Kevin Durant NBA & ABA Stats". Basketball Reference. (İngiliscə), 29 dekabr, 2015 tarixində arxivləndi
  20. "Young pours in 22 points for USC in blowout of Texas". ESPN. (İngiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi
  21. "Longhorns' Freshman Durant Named NABC Division I Player of the Year" (PDF). National Association of Basketball Coaches. 21 Mart 2007 (ingiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi
  22. "United States Basketball Writers Association". 27 Mart 2007.(ingiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi
  23. "Durant Named Player Of The Year". Commonwealth Athletic Club of Kentucky. 27 Mart 2007. (İngiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi
  24. Rosner, Mark (7 Aprel 2007). "Durant receives Wooden Award". Bevo Beat. Austin American-Statesman. (ingiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi
  25. "Kevin Durant Wins 2007 Naismith Award". Big 12 Sports. (ingiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi
  26. "Durant leaving Texas for NBA". ESPN. (ingiliscə), 28 sentyabr 2014 tarixində arxivləndi
  27. "Kevin Durant Stats". ESPN. (ingiliscə), 1 oktyabr 2014 tarixində arxivləndi
  28. "2007 NBA Draft Board". NBA.com (ingiliscə), 29 sentyabr, 2014.
  29. "Durant signs 7-year, $60 million endorsement deal with Nike". espn.go.com.(ingiliscə) 29 sentyabr, 2014
  30. 31 oktyabr 2007. Pepsi Center, Denver, "31 Ekim, 2007 boxscore: SuperSonics 103, Nuggets 120". ESPN. (ingiliscə) 29 sentyabr 2014
  31. 16 noyabr 2007, Philips Arena, Atlanta, "Wilkins scores 41, but Durant's 3-pointer clinches Sonics' double-OT Hazwin". ESPN. (ingiliscə) 29 sentyabr 2014
  32. "Rookie Of The Month Recipients". basketball.realgm.com  (ing.) 29 sentyabr, 2014
  33. "Seattle SuperSonics at Golden State Warriors Box Score, 16 April 2008". basketball-reference. (ingiliscə) 16 Aprel 2008.
  34. "Kevin Durant NBA & ABA Stats". Basketball Reference. (ingiliscə) 29 dekabr, 2015
  35. "Kevin Durant NBA Bio". NBA.com. (ingiliscə) 29 sentyabr 2014
  36. "2007–08 NBA Season Summary". basketball-reference.com. (ingiliscə) 27 yanvar, 2010
  37. "Oklahoma City will be named Thunder, wear blue, orange, yellow". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  38. "2008 NBA Draft Board". NBA.com. (ingiliscə) 29 sentyabr, 2014
  39. "Durant goes for 46 as Sophomores again beat Rookies". nBA.com. (ingiliscə) 29 sentyabr, 2014
  40. "Oklahoma City Thunder at Los Angeles Clippers Box Score, January 23, 2009". Basketball.referencee.com. (ingiliscə) 29 sentyabr, 2014
  41. "New Orleans Hornets at Oklahoma City Thunder Box Score, February 17, 2009". Basketball.referencee.com. (ingiliscə) 29 sentyabr, 2014
  42. "Pacers' Granger wins Kia Most Improved Player Award". NBA.com. (ingilisc) 29 sentyabr, 2014
  43. "2008–09 Oklahoma City Thunder Schedule and Results". basketball-reference.com. (ingiliscə) 29 sentyabr, 2014
  44. "Gasol lifts Lakers past Thunder and into the second round". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  45. "Expert predictions: OKC Thunder". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  46. Latzke, Jeff. "Durant becomes NBA’s youngest scoring champ". Yahoo! Sports. (ingiliscə) 29 sentyabr, 2014
  47. "Kevin Durant 2009–10 Game Log". Basketball Referencee. (ingiliscə) 29 sentyabr 2014
  48. "Gasol, Bynum dominate inside as Lakers hold off Thunder in Game 1". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  49. "2010 NBA Playoffs Summary". Basketball Reference. (ingiliscə) 29 sentyabr, 2014
  50. Adande, J.A.. "Thunder could turn to reign". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  51. "Durant, Thunder agree on extension". ESPN. (ingiliscə) 7 İyul, 2010.
  52. "Oklahoma City Thunder at Minnesota Timberwolves Box Score, January 26, 2011". Basketball Referencee. (ingiliscə) 29 sentyabr, 2014
  53. "Celtics, Clippers' Griffin headline 2011 All-Star reserves". NBA/Turner Sports Interactive, Inc. (ingiliscə) 3 fevral, 2011.
  54. "2010–11 Scoring leaders: Points per game". NBA. (ingiliscə) 29 sentyabr 2014
  55. "All-NBA Team 2010–11". NBA.com. (ingiliscə) 29 sentyabr, 2014
  56. "NBA Standings – 2010–11". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  57. "2011 NBA Playoffs Summary". Basketball Reference. (ingiliscə) 29 sentyabr, 2014
  58. Rohde, John. "Oklahoma City Thunder: Performance against Mavericks only Kevin Durant's second 50-plus point game". NewsOK. (ingiliscə) 29 sentyabr, 2014
  59. Latzke, Jeff (19 fevran 2012). "Kevin Durant Scores 51 Points: Thunder Top Nuggets, 124–118 (VIDEO)". Huffington Post Sports. (ingiliscə) 29 sentyabr, 2014
  60. "Kevin Durant wins 2012 All Star MVP". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  61. "Kevin Durant wins third straight NBA scoring title as Kobe Bryant concedes". www.cbssports.com. (ingiliscə) 29 sentyabr, 2014
  62. "NBA Standings – 2011–12". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  63. "nba.com". (ingiliscə 29 sentyabr, 2014
  64. "2012 NBA Playoffs Summary". Basketball Reference. (ingiliscə) 29 sentyabr, 2014
  65. "2012 NBA Finals Composite Box Score". Basketball Reference. (ingiliscə) 29 sentyabr, 2014
  66. Simmons, Bill. "The Harden Disaster". ESPN.com. (ingiliscə) 29 sentyabr, 2014
  67. "Oklahoma City Thunder news Kevin Durant reaches 10.000 career points". examiner.com. (ingiliscə) 29 sentyabr, 2014
  68. "Kevin Durant's first career triple-double lifts Thunder over Warriorsr". Grantland. (ingiliscə) 29 sentyabr, 2014
  69. "Kevin Durant's career-best 52 points push Thunder by Mavs in OT". ESPN.com. (ingiliscə) 29 sentyabr, 2014
  70. "James, Durant, Duncan lead 2012–13 All-NBA first team". NBA.com. (ingiliscə) 29 sentyabr, 2014
  71. Eberts, Wescott. "Kevin Durant joins the exclusive 50–40–90 club". Burnt Orange Nation. (ingiliscə) 29 sentyabr, 2014
  72. "2012–2013 CONFERENCE REGULAR SEASON STANDINGS". NBA.com. (ingiliscə) 29 sentyabr, 2014
  73. "2013 NBA Playoffs Summary". Basketball Reference. (ingiliscə) 29 sentyabr, 2014
  74. "Russell Westbrook to miss playoffs". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  75. Lowe, Zach. "Thunder Struck: Russell Westbrook's Injury and What It Means for Oklahoma City". Grantland. (ingiliscə) 29 sentyabr, 2014
  76. "Kevin Durant's 30-point streak ends at 12 in Thunder's rout of Nets". ESPN. (ingiliscə) 29 sentyabr, 2014
  77. "Notebook: Thunder 127, Warriors 121". NBA.com. (ingiliscə) 17 yanvar, 2014
  78. Golliver. "Thunder’s Kevin Durant surpasses Michael Jordan’s 25-point scoring streak". SI.com. (ingiliscə) 7 aprel 2014
  79. Stein, Marc (6 May 2014). "Kevin Durant wins first MVP award". espn.go.com. (ingiliscə) 29 sentyabr 2014
  80. Tomasson, Chris (February 17, 2007). "Dantley given Hall of Fame support". Rocky Mountain News. Archived from the original on February 19, 2007. Retrieved March 7, 2007. Colangelo said he plans to invite University of Texas player Kevin Durant to Team USA training camp this summer.
  81. McMenamin, Dave (July 25, 2007). "Team USA: Durant Better Than Advertised". NBA.com. Archived from the original on August 1, 2007.
  82. Mahoney, Brian (August 26, 2007). "Durant, Collison dropped from U.S. team" Arxivləşdirilib 2022-08-20 at the Wayback Machine. USA Today.
  83. Sheridan, Chris (August 2, 2010). "Kevin Durant: The Reluctant Face of Team USA" Arxivləşdirilib 2022-08-20 at the Wayback Machine. ESPN.
  84. "Kevin Durant" Arxivləşdirilib 2014-10-08 at Archive.today. USA Basketball.
  85. "USA – Durant Named Tournament MVP" Arxivləşdirilib 2012-03-01 at the Wayback Machine (Press release). FIBA. September 12, 2010.
  86. "Updates from the London 2012 closing ceremonies –" Arxivləşdirilib 2013-04-30 at the Wayback Machine. Usatoday.com. December 8, 2012.
  87. Stein, Marc. "Instant Analysis: Team USA 107, Spain 100" Arxivləşdirilib 2022-05-16 at the Wayback Machine. ESPN.
  88. Freeman, Eric. "Kevin Durant totally dropped out of Team USA because of the Paul George injury" Arxivləşdirilib 2017-09-11 at the Wayback Machine. Yahoo! Sports
  89. "LeBron James named 2009–10 NBA MVP presented by Kia" Arxivləşdirilib 2013-05-03 at the Wayback Machine. NBA.com.
  90. Reynolds, Tim. "LeBron James wins 3rd NBA MVP award" Arxivləşdirilib 2017-01-27 at the Wayback Machine. Yahoo! News.
  91. "James wins 4th Kia MVP award in near unanimous vote" Arxivləşdirilib 2014-10-10 at Archive.today. NBA.com.
  92. Golliver, Ben. "Kevin Durant sick of second, working for first with help of advanced stats" Arxivləşdirilib 2018-06-16 at the Wayback Machine. The Point Forward.
  93. Hollinger, John. "OKC Thunder: 2012–13 roster" Arxivləşdirilib 2022-01-17 at the Wayback Machine. ESPN Insider.
  94. Lowe, Zach. "The Not Quite Midseason Awards" Arxivləşdirilib 2022-01-19 at the Wayback Machine. Grantland.
  95. Pelton, Kevin. "Okla. City Thunder: 2013–14 roster" Arxivləşdirilib 2022-05-16 at the Wayback Machine. ESPN Insider.
  96. "Kevin Durant Draft Express Profile" Arxivləşdirilib 2014-10-10 at Archive.today. Draft Express Profile.
  97. Young, Royce. "John Hollinger on Kevin Durant (and others)" Arxivləşdirilib 2014-10-10 at Archive.today. Daily Thunder.
  98. Pelton, Kevin. "Roy Hibbert for Defensive POY" Arxivləşdirilib 2022-05-16 at the Wayback Machine. ESPN Insider.
  99. Freeman, Eric. "Kevin Durant is selling his house in Oklahoma City for a mere $1.95 million" Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine. Yahoo! Sports.
  100. Kenny, Michael (December 15, 2013). "Kevin Durant's new restaurant is changing the game" Arxivləşdirilib 2014-10-10 at Archive.today. The Norman Transcript.
  101. "Kevin Durant, Monica Wright engaged" Arxivləşdirilib 2022-05-16 at the Wayback Machine. ESPN. July 8, 2013.
  102. Young, Royce. "Kevin Durant on his hobbies, Twitter and who could beat him 1-on-1" Arxivləşdirilib 2014-10-10 at Archive.today.
  103. ""Kevin Durant"". 2014-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-06.
  104. "Kevin Durant Is Not Ashamed Of His "Business" Tats".
  105. ""Durant's ink shows who's got his back"". 2014-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-06.
  106. "Kevin Durant splits from longtime agent". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-06.
  107. Amick, Sam (June 7, 2013). "Kevin Durant leaves agent, may work with Jay-Z" Arxivləşdirilib 2014-10-10 at Archive.today. USA Today.
  108. Badenhausen, Kurt. "Kevin Durant Is On The Verge Of Global Stardom" Arxivləşdirilib 2014-10-10 at Archive.today. Forbes.
  109. Golliver, Ben. "LeBron James passes Kobe Bryant on SI's 'Fortunate 50′ highest-earning athletes list" Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine. Sports Illustrated.
  110. Xchange, Sports (May 21, 2013). "Durant donates $1 million to tornado victims" Arxivləşdirilib 2016-08-10 at the Wayback Machine. Chicago Tribune.
  111. Devine, Dan. "Kevin Durant taps Nike to donate $1M in products, sneaker profits to Oklahoma tornado relief". Arxivləşdirilib 2013-06-05 at the Wayback Machine Yahoo! Sports.
  112. "Kevin Durant and P'Tones Records Apply for the Pepsi Refresh Grant". Kevindurant35.com.
  113. Broussard, Chris. "Strong and Kind movement" Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine. ESPN.
  114. "Thunderstruck: Why was the Thunder's Kevin Durant chosen for a movie?". Arxivləşdirilib 2014-10-10 at Archive.today NewsOK.
  115. "Salaires moyen NBA". basketusa.com. 2012. (ingiliscə) 28 sentyabr 2015
  116. "Kevin Durant". USA Basketball. (ingiliscə) 8 oktyabr, 2014
  117. Brown, Chip (22 Mart, 2007). https://web.archive.org/web/20070930035946/http://www.dallasnews.com/sharedcontent/dws/spt/colleges/topstories/stories/032207dnspoutbrief.44280fd.html. Dallas Morning News. (ingiliscə) 30 sentyabr, 2007
  118. "Longhorns' Freshman Durant Named NABC Division I Player of the Year" (PDF). National Association of Basketball Coaches.(ingiliscə) 21 Mart, 2007
  119. "Durant is first freshman named AP player of year" Arxivləşdirilib 2013-08-09 at the Wayback Machine. ESPN. Associated Press. (ingiliscə) 31 Mart, 2007
  120. Brown, Chip (27 Mart, 2007). "Durant, Law on All-America team". Dallas Morning News. 27 sentyabr, 2007
  121. "United States Basketball Writers Association". (ingiliscə) 28 sentyabr, 2014
  122. "Durant Named Player Of The Year". Commonwealth Athletic Club of Kentucky. (ingiliscə) 27 Mart, 2007.
  123. "John R. Wooden Award announces the 2006–07 All-American Team". John R. Wooden Award. (ingiliscə) 27 Mart, 2007.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.