Ketçup

Ketçup və ya ketsup şirin və turş dadı olan süfrə ədviyyatıdır . Beynəlxalq səviyyədə qəbul edilmiş termin kimi (“ketçup”) müasir dövrdə adətən pomidor ketçupu bu adlandırmaya aid edilir [1] Baxmayaraq ki, erkən dövr reseptlərində yumurta ağı, göbələklər, istiridyələr, üzümlər, Molyusklar, qoz və başqa məhsullar da istifadə olunurdu.[2]

Ketçup
Tərkibi
Əsas

Pomidor ketçupu pomidor, şəkərsirkədən baharatədviyyatlarla hazırlanır. Ədviyyatlar və dad çeşidləri müxtəlif olur, lakin adətən soğan, ətirli ədviyyat, keşniş, mixək, zirə, sarımsaq və xardal, bəzən isə kərəviz, darçın və ya zəncəfil daxil edilir. Dünya ölkələri üzrə ABŞ (60% bazar payı) və Böyük Britaniyada (82%) bazar lideri Heinz firmasına məxsus Pomidor Ketçupudur .[3][4] Pomidor ketçupundan ən çox isti servis olunan qızardılmış və yağlı yeməklər üçün əlavə dadlandırıcı kimi istifadə olunur.

Misal olaraq: kartof qızartması və digər kartof yeməkləri, hamburgerlər, hot-doqlar, toyuq göbələkləri, isti sendviçlər, ətli piroqlar, bişmiş yumurtalar, qızardılmış ət yeməkləri.

Ketçup bəzən digər souslar üçün əsas və ya dadlandırıcı tərkib hissəsi kimi istifadə olunur. Kartof çipsləri kimi qəlyanaltılar üçün əlavə ləzzət kimi istifadə oluna bilər.

İstinadlar

  1. Charles. "Meet The Man Who Guards America's Ketchup". National Public Radio. 2 September 2019. 1 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2019.
  2. "Ketchup: A Saucy History". History. 20 July 2012. 2 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2013.
  3. Thomas. "Behind the Label: Tomato Ketchup". The Ecologist. 23 November 2010. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2014.
  4. David. "The Ketchup War that Never Was: Burger Giants' Link to Heinz". CNBC.com. 15 February 2013. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.