Kerri Bredşou
Kerolin “Kerri” Bredşou Preston (ing. Caroline «Carrie» Bradshaw) – Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin və gənclər üçün prikvel-serial “Kerrinin Gündəlikləri”-nin baş qəhrəmanı. Kerri rolunu filmlərdə və serialda aktrisa Sara Cessika Parker, gənc Kerrini isə “Kerrinin Gündəlikləri”-də Annasofiya Robb[1] canlandırmışlar.
Kerri Bredşou | |
---|---|
ing. Carrie Bradshaw Böyük şəhərdə seks obrazı | |
Canlandıran | Sara Cessika Parker, Annasofiya Robb |
Məlumat | |
Cinsi | qadın |
Peşə | yazıçı |
Ailə | Mr. Biq |
Qohumlar |
Tom Bredşou (atası) Qreys Bredşou (anası) Dorrit Bredşou (bacısı) Bredi Hobbs (xaçoğlu) |
Milliyyəti | amerikalı |
Bu obrazın prototipı onun yaradıcısı, jurnalist, "The New York Observer"ə məqalələr yazan və kitabın müəlifi olan Kendis Bunşelldir.
Böyük şəhərdə seks
Obrazın təsviri
Kerri çox dəbli, ağıllı və cazibədardır. O, heç vaxt ruhdan düşmür və heç vaxt yumor hissini itirmir. Onun yaralı yeri ayaqqabıdı. Manolo Blanik, Cimi Çu kimi məşhur dizaynerlərin ayaqqabılarını görəndə özünü saxlaya bilmir. Kerrinin həyatı onun rəfiqələri Miranda, Samanta və Şarlotta ilə sıx bağlıdır. Onun həyatının sevgisi isə Mister Bigdir və Kerri onu serialın altı mövsümü ərzində unuda bilmir. Kerri Bredşou obrazı bir çox müasir qadınların kumiri və təqlid obyektidir.
Arzularının kişisi / Con Preston
Bütün film ərzində bu obrazın adı çəkilmir – Kerri onu “Arzularımın kişisi”[2] adlandırır – ancaq final epizodunun axırında tamaşaçılar öyrənirlər ki, onun adı Condu[3], soyadı Preston ancaq tammaetrajlı filmdə göstərilir.
İlk dəfə Kerri Conu küçədə, çantasını yerə salanda görür – Preston çantadan düşən prezervativ qutusunu qaldırır. Bir müddət Kerri və Con tez-tez müxtəlif şənliklərdə görüşürlər və nəhayət Con Kerrini görüşə çağırır. Sonra, onlar arasında ehtiraslı münasibət yaranır, lakin bir müddət sonra Kerri Conun ondan uzaqlandığını hiss edir. Bir neçə görüşdən sonra Con öz sevgisini etiraf edə bilmir və Kerri ondan ayrılır.
Kerri bu ayrılığı olduqca ağır keçirir və bir neçə mənasız çəkişmələrdən sonra Conla görüşməyə başlayır. Kerri əmin olur ki, bu dəfə hər şey başqa cür olacaq, lakin Con bu dəfə də onların münasibətini zərbə altına qoyur – O, Kerriyə demədən, bəlkə də həmişəlik, Parisə getməyə hazırlaşır. Onlar yenidən ayrılırlar. Bir müddət keçdikdən sonra Kerri bir jurnaldan öyrənir ki, Con gənc varis olan gözəl Nataşa ilə nişanlanıb. Bu vaxt Kerri Eydan Şou ilə tanış olur. Lakin keçmişi Kerriyə xoşbəxt olmağa imkan vermir, o, biləndə ki, Con Nataşa ilə xoşbəxt deyil, onların arasında yenidən münasibət yaranır. Nataşa Conun evində Kerrini görüb, pilləkəndən yıxılıb burnunu sındırır və nəticədə Kerri Conla ayrılır. Bir müddət sonra Kerri xəbər tutur ki, Con və Nataşa boşanıblar.
Bütün bunlardan sonra, iki insan arasındaki münasibəti öhdəliksiz sekslə qarışmış dostluq kimi xarakterizə eləmək olar. Bu zaman Eydan Kerrinin xəyanətini öyrənir və ondan ayrılır. Kerrinin həyatında kişilər dəyişir və Con başa düşür ki, Kerrinin buraxmaqla səfehlik edib. Con, Kerrinin rəssam Aleksandr Petrovski ilə Parisə səfərindən qabaq, onu necə çox sevdiyini başa düşür. Kerri başa düşəndə ki, Aleksandra onun incəsənəti hər şeydən bacibdir, ondan ayrılır və bu zaman Con Kerrinin rəfiqələrinin məsləhəti ilə sevgilisini aid olduğu şəhərə - Nyu-Yorka qaytarmaq üçün Parisə gəlir.
Bir neçə il sonra Kerri və Con hələ də görüşməyə davam edirlər. Cütlük təzə ev almağa çalışır və əla ev tapırlar. Kerri rəfiqələri ilə zinət əşyaları auksionuna gedib bu auksionu quran qadının əhvalatını dinləyirlər: o, bir kişiyə vurulur, hansı ki onunla bir neçə il yaşayır. Kişi onu daha sevməyəndə, onu qapı arxasına atır və qadın yaşamağa belə yer tapmır. Onda Kerri fikirləşdi - əgər onlar rəsmi nikahda olmayaraq ev alırlarsa, hansını ki, birlikdə ödəyəcəklər, onda ayrılsalar Kerri heçnəsiz qalacaq?
Kerri bu suali Cona verir, və o, cox fikirləşməyərək Kerriya ailə qurmağı təklifi edir. Onlar nikahlarını dostları və qohumlarının yanında rəsmiləşdirmək istəyirlər. Kerri Bredşounun ailə qurmaq xəbəri bütün Nyu-Yorku həyəcanlandırır. Vogue jurnalı Kerrini toy foto-sessiyasinda iştirak etməyə dəvət edir. Modelyer Vivyen Vestvud ona hədiyyə gəlinlik paltarı göndərir. Sevincdən Şartotta dözmür və restoranda da qışqırmağa başlayır. Sonra bütün qonaqlar qarşısında üzr istəyir və bu reaksiyanın səbəbini açıqlayır: “Mənim rəfiqəm ərə gedir! O, bunu 10 il gözləyirdi.”
Şəhər səbirsizliklə bu mərasimi gözləyirdi. Şənlikdə hamı Kerri ilə Conu təbrik edirdi. Lakin Miranda ilə Stiv arasında mübahisə baş verir və Miranda hirsli halda Cona deyir ki, onlar nahaq evlənmək istəyirlər, nikah ancaq hər şeyi korlayır. Con Kerriyə zəng etməyə çalışır, lakin, Kerri telefonunu itirir. Kerri onu, mərasimin keçirilməli olduğu şəhərin kitabxanasında gözləyir. Kerri Cona zəng vurur və cavab alır – o, biraz əvvəl kitabxananın qabağında idi lakin indi artıq gedib. Kerri göz yaşlarını saxlaya bilmir, rəfiqələri onu aparırlar. Con isə o vaxta kimi özünə gəlir və məclisə qayıtmaq istəyir, lakin artıq gecdi – üzbəüz gələn limuzindən hirsli Kerri çıxır və gəlin buketi ilə onu vurmağa başlayır. Sonra isə rəfiqələri onu ağlaya-ağlaya evinə aparırlar.
Uzun müddət Kerri özünə gələ bilmir. Qızlar düşünürlər ki, indi Kerrinin əhvalını açmağın əsil vaxtıdı və onlar Conla bal ayının keçirilməli olduğu Meksikaya getməyi planlaşdırırlar. Lakin Kerri danışmır və olanları düşünür. Nyu-Yorka istirahətdən qayıdan kimi Kerri anlayır ki, indi başındakı və evindəki qarışıqlığı səhmana salmağın əsl vaxtıdı və buna görə o, köməkçi tapır. Kerri başa düşür ki Conu çox günahlandırır və bu zaman Miranda etiraf edir ki, Conun bu addımına onun şənlikdəki dediyi sözlər əsas verə bilərdi.
Kerri onların birlikdə aldığı evə ayaqqabısını götürmək üçün qayıdır və orda Conu görür. Con da bu evə Kerrinin ayaqqabılarını qaytarmaq üçün gəlmişdi. Onlar bir-birini görür və başa düşürlər ki, olan boş şeyləri unutmaq lazımdı. Onlar tezliklə yenidən köhnə münasibətlərini bərpa edir, planlaşdırdıqları kimi rəsmi nikah qururlar.
Bir neçə il keçir və Kerriylə Conun ailə həyatında böhran yaranır: Kerri hiss edir ki, onlar evdən bayıra çıxmırlar və hər imkanda buna qarşı çıxır. Conun həftədə bir neçə gün bir-birindən ayrı yaşamaq təklifi Kerri üçün son hədd idi. Buna görə Kerri sevinclə Samantanın ekzotik şərqə səyahət dəvətini qəbul edir və orada Kerri hər an ona təsəlli verə bilən əvəzolunmazı Eydanı görür. Kerri Eydanla görüşə razılaşır və axşam öyrənir ki, o, evlidi və onun üç gözəl uşağı var. Lakin cazibəyə müqavimət göstərmək çətindi – Kerri və Eydan öpüşürlər, amma Kerri vaxtında dayana bilir və bir azdan öz ərinə etiraf edir ki, az qala ona xəyanət edəcəkdi. Evə qayıdanda Kerri ərini evdə görmür – o, ancaq bir neçə saatdan sonra evə qayıdır və ümumi fikirə görə ailəni saxlamaq üçün iksi də kompromisə gedirlər.
Eydan Şou
Kerrinin həyatında ikinci ən vacib kişisi, mebel dizayneri,özünün şəxsi mebel salonu olan insan Eydan olur. Kerri onunla təsadüfən tanış olur, ancaq ilk görünüşdən onda olan nə isə Kerrini özünə cəzb edir. Onlar arasında olan münasibət çox yavaş-yavaş inkişaf edir, hətta Kerri təəcüblənirdi, axı niyə Eydan belə tələsmir? Çünki o sadəcə romantika istəyirdi. Kerridə olan yalnız bir şey Eydanın xoşuna gəlmirdi - onun siqaret çəkməsi.
Bir müddət ötdükdən sonra Kerri, gənc və gözəl Nataşa ilə ailə həyatı qurmuş Arzularının Kişisi ilə görüşür. Bunların arasındə gizli münasibət yaranır və bu əlaqəyə görə Eydan Kerrini tərk edir.
Cek Berger
Kerrinin həyatındaki yeni romanı yaradıcılıqda tanınması ilə bir dövrə təsadüf etdi – nəşriyyət ona yeni üst şəkillərini jurnallarda ön planda yerləşdirilməsini təklif edir. Bu yaxınlarda bir kitab nəşr edən istedadlı yazıçı – Cek Bergerlə nəşriyyət otağında tanış olur. Onların ilk görüşü romantika və gülüşlə dolu keçir. Lakin Kerri ona özünün yeni kitabının təqdimat mərasimində həmkar kimi yer tutmağı xahiş edərkən gözlənilməz cavab alır. Cek ailəsinin və sevgilisinin bu yaxınlarda gələcəyini xəbər verir. Kerri təəcüblənir, axı niyə Cek sevgilisi olduğunu ondan gizlətdi? Kerri Ceklə artıq çox yaxınlaşdığını fikirləşirdi və birdən…
Yalnız bir müddətdən sonra o yenidən Ceki bir toyda görür, lakin bu dəfə belə bir xəbər alır ki, Cek sevgilisi ilə ayrılıb. Kerrini bu xəbər sevindirir və o həmin vaxtdan Ceklə birlikdə olması haqda düşünməyə başlayır. Lakin bir gün Cek səhər tezdən gedərək bir məktub qoyur, etiraf və üzr bildirir və Kerri ilə ola bilməyəcəyini yazır.
Aleksandr Petrovski
Kerrinin həyatında növbəti mühüm adam rus rəssamı Aleksandr Petrovski olur. O, dərhal Kerriyə maraq göstərdi və hətta onun bir həmkarı Şarlottadan telefon nömrəsini taparaq özünə zəng vurdu. Onların ilk tanışlığı qəribə baş verir – onlar evini tərk etməkdən imtina edən və sonradan MakDonaldsda yeməmək ücün evində bütün günü yeməyi düzgün hesab edən bir xanımın qalereyasına gəldilər.
Petrovski həmin andan Kerrini özünə cəlb edə bilir. O vaxt Kerri ona yalnız “mənim rusum” kimi müraciət edirdi. Ancaq zamanla Kerri onların bir-birindən çox fərqli insanlar olduğunu başa düşür: onun haqqında internetdə “Böyük Aleksanrın sevgi hekayələri” adında məqalə oxuyub, məqalədəki uzun sevgililər siyahısını görərək dəhşətə gəldi. Bundan əlavə Kerri onun təbiətində ikiüzlülükk görür: romantizim və utanmazlıq - ölüm və həyat arasında qalarkən düzgün yolu seçməməsini onun rus mənşəli olması ilə əlaqələndirir.
Petrovski özunun Parisdəki sərgisinə hazırlaşır və Kerriyə onunla birlikdə oraya köçüb yaşamağı təklif edir. Ancaq Kerri bir az şübələnməyə başlayır, axı onun hər şeyi - dostları, qəzetdəki üst şəkli, Həyatının Sevgilisini – hamısı Nyu Yorkdadı. Dostunun Aleksandra görə hər kəsi tərk etməsini anlamayaraq onu bu fikrdən döndərməyə çalışan Mirandadan başqa digər rəfiqələri Kerrini dəstəkləyir. Beləliklə Kerri Parisə köçür. Ancaq orada da xoşbəxtliyini tapa bilmir. O, artıq başa düşür ki dostlarını,evini hər şeyini Aleksandra görə atib buraya gəlməyi çox böyük səhv idi. Axı o vaxtını günlərlə yalnız qalereyada keçirir. Aleksandr üçün ilk növbədə onun karyerası, sonra sevgi gəlir. Kerri nə qədər çətin olsa da, Aleksandrla ayrılmağı və Nyu Yorka qayıtmağı qərara alır və bu zaman o otelin vestibülündə, Parisə sevgisini etiraf etmək üçün gəlmiş Conla görüşür.
Kerrinin Gündəlikləri
Obrazın təsviri
14 yanvar 2013-cü ildə The CW kanalında yayımlanmış teleserialda tamaşaçılar Kerrinin cavanlığı haqda öyrənmək imkani qazanmışdılar. “Böyük şəhərdə seks” serialındakı kimi, təzə serialda da baş qəhrəman çox dərin düşüncəli və qayğıkeş xanım kimi təsvir olunub. O, həm yaxşı tələbə, həm də sadiq dostdur. Serialda Kerrinin həyatı 1984-cü ildə payızda ilk məktəb günündə başlayır, Kerrinin anasının ölümünü bütün ailə çətin qəbul edir: Kerri, onun kiçik üsyançı bacısı Dorrit və atası Tom xeyli əziyyət çəkir. Anasının ölümündən sonra, Kerri bacısına qayğı göstərməyə çalışır, amma, Dorritin, anasının Kerrini daha çox sevməsi fikri onların münasibətlərinə mane olur.
Serialda Kerri “öz obrazını tapmağa çalışır”. Kerrinin anası gündəlik yazırdı, anasının ölümündən sonra gündəlikdə boş səhifələr qaldığını görən Kerri, onun yolu ilə gedir. Bu dövrdə Kerri tez-tez bir yuxunu görür: O, Nyu-Yorkdadı və hiss edir ki, Nyu-York onun şəhəridi. Kerrinin yuxusunu gerçək etmək şansı yaranır – atası sayəsində qız hüquq firmasında təcrübəçi-praktikant vəzifəsi alır. Hələ ilk gündə Kerri Larisa ilə tanış olur, və o, məktəbli qız olan Kerriyə Manhettenin parlaq gecə həyatını göstərir və qız başa düşür ki “bir də heç vaxt əvvəlki kimi olmayacaq”.
Sebastyan Kid
Məktəbli qız olarkən Kerrini bir fakt narahat edir, bütün rəfiqələri bu yay sekslə mə.ğul olublar, yeganə bakirə qalan isə odur. Bundan başqa Kerrinin hətta sevgilisi də yoxdur. Hələ ilk gündə məktəbə, , Kerrinin köhnə tanışı və ilk öpüş təcrübəsini yaşadığı təzə şagird gəlir – Sebastyan Kid. Kerri Sebastyanın xoşuna gəlir, lakin qızlarla munasibətdə Sebastyan heç bir öhdəliyə riayət etmir və gənclərin arasında dostluq və sevgi qarışıq əlaqə yaranır. Sebastyana görə Kerri məktəbin ən popular qızı olan və Sebastyanın vaxtını keçirdiyi Donna LaDonna dostlaşır.
Dəb və stil
Kerri Bredşou hər kəs tərəfindən qəbul edilən dəb ikonasıdır.[4][5][6][7][8][9] Kerri və onun dostları istirahət etdiyi gecə klubları və restoranlar, həmçinin içdiyi koktellər serialın yayımlandığı müddətdə xeyli məşhurluq qazandılar. Kerrinin en sevdiyi ayaqqabıları Manolo Blanik brendindən idi və bu brend məhz Kerriyə görə məşhurlaşmışdır. Kerri obrazında moda və stil ən kiçik detalına qədər işlənilmişdi.
Avtobus reklamında və serialın ön planında peyda olan Kerri Bredşou geyimi ağ balet paltarıdı və bu paltarı serialın stilisti ikinci əl paltarlar dükanında beş dollara əldə etmişdi. Həmin geyimi Kerri bir neçə dəfə müxtəlif variasiyalarda öz qardirobunda istifadə etmişdi. 2008-ci ildə isə Aleksandr Makkuin öz yeni kolleksiasını yalnız bu cür paltarlardan hazırlamışdı. Beləliklə Kerrinin yeni stili dünya qadınlarının modaya baxışını tam olaraq dəyişdi.
2005-ci ildə Kerri obrazı "Bravo" jurnalının “100 ən məşhur teleqəhərman siyahısı”nda on birinci yerdə qərarlaşdırılmışdır.[10]. 2009-cu ildə “The Guardian” jurnalı Kerrini on illiyin dəb ikonası adlandırmışdı.[11].
Sara Cessika Parker və onun həmkarları “Time” jurnalının üz qabığında yerləşdirilmiş, jurnalda onlar haqqında “Kimə ər lazımdır?” başlıqlı məqalə nəşr edilmişdi. Kerri obrazı ilə aktrisa Sara Cessika Parker əksər məşhur dəb jurnallarının üz qabığını bəzəmişdir.[3]
İstinadlar
- Goldberg, Lesley. "The CW Casts Young Carrie Bradshaw: AnnaSophia Robb". The Hollywood Reporter. February 27, 2012. 2013-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-28.
- Romanda və serialda bu obraz Mister Biq (ing. Mr. Big) adlandırılır.
- "ABC. Good Morning, America! — 'Sex and the City' Finale". 2013-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-14.
- Marie Claire. "Carrie Bradshaw Style Highs & Lows". December 6, 2013. 2013-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-23.
- The Coveteur. "Carrie Bradshaw: Fashion Icon. Writer. New York". 2013-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-23.
- Gala Darling. "Style Icons: Carrie Bradshaw". February 17, 2007. 2013-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-23.
- Exley, Jennifer. "'The Carrie Diaries': Recreating A Fashion Icon". January 15, 2013. 2014-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-23.
- Vogue. "Sarah Jessica Parker". 2014-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-23.
- 10 Mania. "10 Carrie Bradshaw Outfits That Made History". June 8, 2013. 2013-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-23.
- "Bravo > 100 Greatest TV Characters". 2007-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-14.
- Naomi Wolf. "Carrie Bradshaw - Icons of the decade". The Guardian. 2009-12-22. 2012-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-22. (#apostrophe_markup)
Xarici keçidlər
- Kerri Bredşou (ing.) — IMDb səhifəsi
- «Böyük şəhərdə seks» — rəsmi saytı Arxivləşdirilib 2018-11-25 at the Wayback Machine
- «Kerrinin gündəlikləri» — rəsmi saytı