Kergelen
Kergelen (Kerguelen) — Hind okeanının cənubunda arxipelaq. Fransaya məxsusdur. Bir böyük (Kerkelen) və təqribən 300 kiçik adadan ibarətdir. Vulkan mənşəlidir. Sahəsi təqribən 7 min km2-dir. Maksimal hündürlüyü 1965 m-dir. İqlimi subantarktikdir. Kerkelen arixelaqının mərkəzi hissəsində sahəsi 500 km2-dək olan buzlaq örtüyü var. Bitki örtüyü zəifdir. Suiti ovlanır. Daimi əhalisi yoxdur. Adalar sualtı Kergelen silsiləsinin səthə çıxdığı yerdə formalaşmışdır.
Kergelen | |
---|---|
fr. Îles Kerguelen | |
Ümumi məlumatlar | |
Adaların sayı | 300 |
Ən böyük adası | Kerkelen |
Ümumi sahəsi | 7000 km² |
Hündür nöqtəsi | 1965 m |
Yerləşməsi | |
49°15′ c. e. 69°35′ ş. u. | |
Ölkə | Fransa |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Ada 1772-ci ilin fevral ayının 12-də fransiz səyyah, dənizçi Yves de Kerguelen (Yves-Joseph de Kerguelen-Trémarec) tərəfindən kəşf edilib və Fransa kralının adından adanı ələ keçirib. Əhalisi 1949-cu ildən bu yana 50–100 nəfər arasında dəyişir. Əhalinin çoxu 1949-cu ilində adaya gələn araşdırmaçılar təşkil etməkdədir. 18-ci əsrə kimi ada, pərayaqlıların kürkləri ilə məşhur olub.1908-ci ildə adaya Norveçli balina ovçuları təşrif buyurublar. Günümüzdə adada elmi araşdırmalar aparılmaqdadır.