Kepler qanunları
Kepler qanunları (Planetlərin hərəkət qanunları) — planetlərin hərkətlərinə dair İohan Kepler tərəfindən tapılmış üç qanun.
Kepler Brahenin 1580–1600-cü illərdə apardığı 20 illik planet müşahidələrinin və Mars üzərində şəxsən özünün apardığı müşahidələrin təhlilindən qərara gəldi ki, Mars üçün dairəvi orbit seçmək mümkün deyil. O, qəti qərara gəldi ki, planetlərin orbitləri dairədən fərqlidir. Uzun illərin müşahidələri əsasında o, planetlərin 3 emprik hərəkət qanunıarını verdi.[1]
Qanunlar
- Bütün Planetlər Günəş ətrafında fokuslarının birində Günəş yerləşən elliptik orbitlər boyunca dövr edirlər.
- Planetlərin radius-vektorları bərabər zaman fasiləsində bərabər sahələr cızır.
- Planetlərin Günəş ətrafında siderik dolanma dövrlərinin kvadratı onların böyük yarımoxlarının kubları ilə mütənasibdir.[1]Düsturla bu qanunu belə ifadə etmək olar:
-burada T1 və T2-iki planetin siderik periodları, m1 və m2-onların kütlələri, m0-mərkəzi nöqtənin kütləsi, a1 və a2 orbitlərin böyük yarımoxlarıdır.
III qanun elliptik orbitlər üçündür. I və II qanunlar 1609-cu ildə, III qanun isə 1619-cu ildə kəşf edilmişdir.
Kepler qanunlarının doğruluğun şübhə Keplerin özündə də vardı. Lakin sonralar onun qanunlarını təkmilləşdirən Ptolomey və Brahe həmçinin Nyutonun cazibə qanunun köməyi ilə qanunlardakı çatışmazlıqları aradan götürdülər.
Kepler planetlərin hərəkət qanunlarını uzun illərin müşahidələrinin təhlili əsasında vermişdir. Bu qanunlar bütün göy cisimlərinə şamil oluna bilmir. Məsələn, Keplerin I qanunu yalnız Günəş ətrafında qapalı orbitə malik olan göy cisimləri üçün doğrudur. Belə göy cisimləri Günəş sisteminin böyük planetləri, bəzi kometlər və kiçik planetlər-asteroidlərdir. Kepler qanunları Nyuton tərəfindən ümumiləşdirilmiş və dəqiqləşdirilmişdir.[1]
İstinadlar
- C.M.Quluzadə Klassik Astronomiya "QAPP-POLİQRAF" Bakı,2004