Kentavr
Kentavr — qədim yunan mifologiyasında qurşaqdan yuxarı insan, qurşaqdan aşağı at kimi təsvir olunan məxluq. Daha çox kişi (erkək) obrazında qarşımıza çıxsa da, qadın (dişi) olan kentavrlar da vardır. Kentavrlar sürü halında yaşayırlar və oxatmada mahirdilər. Kentavrlara bir çox fantastik filmlərdə yer verilib.
Haqqındakı nəzəriyyələr
Son dövrlərdə kentavr obrazının yaranması tarixçəsi haqqında çox maraqlı bir araşdırma aparılmışdır. Araşdırmalar nəticəsində yunanların kentavr obrazını at minmiş skif döyüşçüləriylə qarşılaşdıqdan sonra (adətən yunan döyüşçüləri piyada qoşunda toplaşırdı və yunanlar at minmirdilər) yaratdıqları qənaətinə gəlinmişdir. Belə ki, atı ilk dəfə əhliləşdirənlərin türk tayfaları olmasıyla yanaşı, həmçinin müxtəlif mənbələrdəki kentavr təsvirlərinin uzun, qıvrım saçılı və yaxşı ox atma qabiliyyətinə malik canlılar kimi verilməsi də diqqət çəkici faktlardır.Kentavrların ən məşhuru Evriton olub.
Mənbə
- Z.Həsənov — Çar skifləri, Bakı, 1999
- Q.Qeybullayev — Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1993