Kempbell Makkonnell

Kempbell Makkonnell (ing. Campbell R. «Mac» McConnell; 2 iyun 1928[1][2], Harvi[d], İllinoys5 yanvar 2019[3], Linkoln) — amerikalı iqtisadçı, əməkdar professor, 21 nəşri keçmiş “İqtisadiyyat” dərsliyinin müəllifi.

Kempbell Makkonnell
ing. Campbell R. McConnell
Doğum tarixi 2 iyun 1928(1928-06-02)[1][2]
Doğum yeri
Vəfat tarixi 5 yanvar 2019(2019-01-05)[3] (90 yaşında)
Vəfat yeri
Təhsili
  • Kornell kolleci[d],
  • İllinoys Universiteti[d],
  • Ayova Universiteti[d]

Bioqrafiyası

Kempbell 2 iyun 1928-ci ildə ABŞ-nin İllinoys ştatının Harvi şəhərində anadan olub[4].

Təhsili

Makkonnell1950-ci ildə Kornell Kollecindən İncəsənət Bakalavrını (BA) və 1951-ci ildə İllinoys Universitetində İncəsənət Magistrini (MA) almışdır. O, 1953-cü ildə Ayova Universitetində doktorluq (Ph.D.) dərəcəsini almışdır[5].

1953-cü ildə Nebraska-Linkoln Universitetində müəllimlik fəaliyyətinə başlamış və 1990-cı ildə təqaüdə çıxana qədər müəllimlik etmişdir.

Onun geniş caz qeydləri kolleksiyası var idi və cazın tarixini oxumaqdan həzz alırdı[6]. O, 1975-2010-cu illərdə Orta Qərb İqtisadiyyatı Assosiasiyasının prezidenti, Amerika İqtisadi Assosiasiyasının iqtisadi təhsil komitəsinin üzvü və Birinci Federal Linkoln Bankının direktorlar şurasının üzvü olub.

Vəfatı

O, 5 yanvar 2019-cu ildə ABŞ-nin Nebraska ştatının Linkoln şəhərində vəfat edib.

Mükafatları

Nailiyyətlərinə görə dəfələrlə mükafatlandırılıb:

  • 1962 — Nebraska-Linkoln Universitetindən Görkəmli Pedaqoq Mükafatı
  • 1973 — Kornel Kollecinin Fəxri Hüquq Doktoru
  • 1991 — Nebraska-Linkoln Universitetindən "akademik azadlıq üçün" Ceyms A. Leyk mükafatı;
  • 1994 — Kornel Kollecinin "görkəmli nailiyyətlərinə görə" mükafatı;
  • 1994 — Nebraska-Linkoln Universitetindən Görkəmli Pedaqoq Fakültəsi Mükafatı.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.