Kebeloba

KebelobaAzərbaycan Respublikasının Zaqatala rayonunun Car inzibati ərazi vahidində kənd.

Kebeloba
41°38′ şm. e. 46°38′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Kebeloba xəritədə
Kebeloba
Kebeloba

Tarixi

Kebeloba kəndi Baş Qafqaz silsiləsinin ətəyindədir. Mənbələrin məlumatına görə, təqr. XVI-XVII əsrlərdə Dağıstanın Kabal kəndindən köçüb gəlmiş kabal (kebel) nəslinə mənsub ailələr Zaqatala rayonunun Car kəndində məskunlaşmış, Kebeloba kəndinin ərazisi isə onların müvəqqəti binə yeri olmuşdur. Sonralar isə kebellər burada daimi məskunlaşmış, kəndə də bu adı vermışdilər. Oykonim "kebellərin obası" mənasındadır.[1]

Əhalisi

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

İstinadlar

  1. Kebeloba // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.