Keşdiməz

KeşdiməzAzərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.

Keşdiməz
40°32′ şm. e. 48°36′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağsu rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 181 m
Saat qurşağı
Keşdiməz xəritədə
Keşdiməz
Keşdiməz

Tarixi

1824-cü il vergi sənədlərinə görə 20 ailə yaşayan Keçdiməz kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur[1]

Keşdiməz Ağsu rayonunun Bico inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin ərazisində Kişdeməz adlı pir də var. Yerli əhali oykonimi bu pirin adı ilə bağlayır. Rəvayətə görə, burada yaşayan mömin Şəxs hətta toyuğa da "kiş!" deməzmış. Ona görə də ləqəbi Kişdeməz qalmışdır. Pirə "yara piri" kimi müraciət olunur. Tədqiqatçılar bu oykonimi toponimik termin olan və "bərk dərə" mənasında işlənən keçirtməz sözü ilə bağlayırlar[2].

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
  2. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.386
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.