Keçikli

KeçikliAzərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.[1]

Keçikli
39°05′46″ şm. e. 46°34′23″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.090 m
Saat qurşağı
Keçikli xəritədə
Keçikli
Keçikli

2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Keçikli kəndi Əsgülüm dağının yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda kecid yerində salınmışdır. Oykonim kecik (kecid) sözündən və -li mənsubluq şəkilçisindən düzəlmişdır. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan keçililərin adı ilə bağlayırlar.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Keçikli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.