Kazimir Skureviç

Kazimir Brunoviç Skureviç (30 oktyabr 1866[1][2]11 dekabr 1950[1][2], Varşava) — memar, mühəndis.

Kazimir Skureviç
Şəxsi məlumatlar
Doğum tarixi 30 oktyabr 1866(1866-10-30)[1][2]
Vəfat tarixi 11 dekabr 1950(1950-12-11)[1][2] (84 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • İnşaat Mühəndisləri İnstitutu[d] (–1894)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bakıda Skureviçin layihəsi əsasında inşa edilmiş Tağıyev pasajı.

Fəaliyyəti

1894-cü ildə Peterburq mülki mühəndislər institutunu bitirmişdir. Bakıya O, 1895-ci ildə İosif Qoslavskinin dəvəti ilə gəlmişdi. Əvvəlcə şəhər idarəsində sahə memarı kimi çalışmış, 1904-cü ildə Qoslavskinin vəfatından sonra isə Baş şəhər memarı vəzifəsinə təyin olunmuşdu.

Skureviç həm yaşayış evləri, həm də ictimai binalar layihələşdirirdi. Həmkarları kimi, Skureviç həcmli modelləşdirmə, cizgi detalların aydın çəkilməsi və daşların ustalıqla işlənməsində istifadə olunan yerli memarlıq ənənələri ilə maraqlanırdı. Yerli memarlıq ənənələrinə dəyər verən Skureviç kədərlə qeyd edirdi ki, sifarişçilər müxtəlif təmayüllü yad Avropa üslublarına üstünlük verərək, ev tikintisində Bakı memarlığının üslub keyfiyyətlərinə etinasızlıq göstərirlər.[3].

Skureviç mətbuatda dərin xalq ənənələrinə malik şəhərin tikintisində Azərbaycan memarlığından istifadə olunması lehinə alovlu çıxışlar edirdi. O, məşhur Şirvanşahlar sarayı yaxınlığında, İçərişəhərdə, memarlıq abidələrinin əhatəsində öz yerli memarlıq xüsusiyyətləri ilə ümumi fona çox uğurla uyğunlaşmış bir sıra yaşayış evləri tikməyə nail oldu.

Skureviçin müəllif olduğu tikililər arasında ən tanınmışları Krasnovodsk və Merkuryev küçələrinin (hal hazırda Səməd Vurğun küçəsi və Azərbaycan prospekti) tinindəki Dövlət Bankının binasını (indi də orada bank yerləşir), Şamaxinkadakı Uşaq evini (1897–1899), Persidski (Muxtarov,13) küçəsindəki Rotşildin kontorunu (1899) (İndiki Respublika Prokurorluğu)[4], Olginski küçəsində Tağıyev passajını (1896) (indiki univermaq) göstərmək olar. Onlardan başqa,memar poçt, xəstəxana, uşaq və müsəlman gimnaziyaların, Nobel qardaşlarının ortaqlığı səhmdar cəmiyyətinin binalarını inşa etmişdir.

O, təkcə Bakıya deyil, Polşaya da öz memarlıq töhfəsini vermişdir. Polşada 40 ildən artıq işləyən Skureviç Varşavanın kral qəsrinin, Krakovdakı Vavel qəsrinin bərpasına rəhbərlik etdi, Suleyuvekda marşal Pilsudskinun evini layihələşdirdi. Amma Skureviçin ən məşhur əsəri Polşa Seyminin binası hesab olunur.

İkinci dünya müharibəsindən sonra o, Varşava politexnik institutunda memarlıq fakültəsində dərs demişdir.[3].

Skureviç və Bakı bulvarı

1902-ci ildə Bakı şəhər Duması, nəhayət, Bakının dənizkənarı şəhər olduğunu, sahil zolağında çoxsaylı körpülərin olmasını bulvarın tikintisinə başlamağı qərara alır. Bütün bunlar onunla başa çatır ki, Skureviçin və şəhərin bağbanı Vasilyevin layihəsi üzrə kiçik bir bağça salınır. Sahil zolağının ictimai istifadə üçün bulvar kimi mənimsənilməsinə ilk təşəbbüs şəhər üçün böyük əhəmiyyət kəsb edirdi. Sonralar bu bağça mühəndis Məmməd Həsən Hacınskinin təşəbbüsü ilə konkret layihə əsasında mərkəzi məhəllələrin bütün uzunluğu boyunca davam etdirildi.

İstinadlar

  1. Kazimierz Skórewicz // NUKAT. 2002.
  2. Kazimierz Skórewicz // MAK (pol.).
  3. Arxivlənmiş surət, 2021-08-01 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-17.
  4. "Rotşildin kontorunu - video" (polyak, ingilis, az., və rus). Polşa Respublikasının Bakıdakı Səfirliyi. 2023-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.