Kaze mo Sora mo Kitto...
"Kaze mo Sora mo Kitto..." (風も空もきっと…, azərb. "Külək də, səma da, şübhəsiz...") — Yaponiya müğənnisi Alisa Mizukinin 11-ci sinqlı. 1996-cı ilin 20 aprelində özünün 3-cü albomu olan "Fiore II" albomunun 2-ci sinqlı kimi yayımlanmışdır. Sinqlın sözləri Çika Ueda tərəfindən yazılmışdır. Mahnıdan Yaponiyanın TV Asahi telekanalında yayımlanmış "Seylor Mun" animesinin 5-ci mövsümündə bağlanış mahnısı kimi istifadə olunmuşdur. Animedə bu sinqlın iki versiyası səslənmişdir: Takao Konişi tərəfindən qaydaya salınan ilkin versiyası (167-172-ci seriyalar) və Hiroyuki Otsuki tərəfindən qaydaya salınan hazırkı versiyası (173-199-cu seriyalar).
Kaze mo Sora mo Kitto... | ||||
---|---|---|---|---|
Arisa Mizuki tərəfindən Fiore II albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 20 aprel 1996 | |||
Format | Sinql | |||
Janr | Pop | |||
Dil | yapon dili | |||
Müddət | 4:44 | |||
Prodüser | Hiroyuki Otsuki | |||
Sözlərin müəllifi | Çika Ueda | |||
Studiya | Nippon Columbia | |||
Arisa Mizuki sinqllarının xronologiyası | ||||
|
Hit paradlar
"Kaze mo Sora mo Kitto..." ilk həftəsində Oricon Weekly Singles hit paradında 24-cü yerdə göstərilmiş və 14.130 nüsxəsi satılmışdır.[1] Sinql hit paradda 3 həftə qalmışdır və ümumilikdə 27.530 nüsxəsi alıcılarına qovuşmuşdur.[2][3]
Mahnı siyahısı
Bütün mahnılar Çika Ueda tərəfindən yazılmış və bəstələnmişdir.
№ | Başlıq | Qaydaya salanlar | Müddət | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
1. | Kaze mo Sora mo Kitto... (風も空もきっと… "Külək, Səma, Şübhəsiz...") | Hiroyuki Otsuki | 4:44 | ||||||
2. | Kaze mo Sora mo Kitto... (orijinal karaoke) | Hiroyuki Otsuki | 4:44 | ||||||
9:32 |
İstinadlar
- "1996年05月第1週の邦楽シングルランキング情報" (Japanese). Oricon. 2012-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "風も空もきっと…/観月ありさ" (Japanese). Oricon. 2012-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "ヴィジョンファクトリー(旧ライジング)@売上データ補完スレ" (Japanese). 2004-01-20. 2012-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.