Kazbek Kokov
Murad Kumpilov (kab.-çərk. КIуэкIуэ Валерэ и къуэ Къазбэч 20 iyul 1973) — Rusiya dövlət və siyasi xadimi. 3 oktyabr 2019-cu ildən Kabarda-Balkariya Respublikasının rəhbəri (26 sentyabr 2018-ci ildən 3 oktyabr 2019-cu il tarixinədək Kabarda-Balkariya Respublikası rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən)[1]. 6 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Kabarda-Balkariya regional şöbəsinin katibidir.
Kazbek Kokov | |
---|---|
Doğum tarixi | 20 iyul 1973 (50 yaş) |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
Kabarda-Balkariya Respublikasının birinci prezidenti Valeri Kokovun ailəsində anadan olmuşdur. Kabarda-Balkar Aqrar Meliorasiya İnstitutunu kənd təsərrüfatı alimi dərəcəsi ilə bitirmişdir. 1995-ci ildən "Nalçikski Zavod Nalçik ASC" Ticarət və Ümumi Məsələlər üzrə Baş Direktorunun müavini işləmişdir. 2002-ci ildən Kabbalkresursı ASC-nin Baş direktoru olur. 2003 - 2007-ci illərdə Nalçik Şəhər Yerli Özünüidarə Şurasının deputatı olur. 2009-cu ilin martında Kabarda-Balkariya parlamentinə seçilir. Kabarda-Balkariya parlamentində aqrar siyasət və ətraf mühitin idarə edilməsi komitəsinin üzvü olmuşdur. 16 dekabr 2010-cı ildə Kabarda-Balkariya Kənd Təsərrüfatı və Qida nazirinin müavini təyin edilir. 2013-cü ilin aprelindən 26 sentyabr 2018-ci ilədək Rusiya Prezidentinin daxili siyasət məsələləri üzrə regional ofisinin müşaviri, Şimali Qafqaz regionunun kuratoru işləyir.
Kabarda-Balkar Respublikasının rəhbəri
26 sentyabr 2018-ci il tarixində Kabarda-Balkar Respublikasının başçsı vəzifəsinion icraedisisi təyin edilir.
İlk həftədəcə kadr dəyişiklikləri edir: Kabarda-Balkar Respublikası rəhbərinin ofisinin bir sıra işçilərini işdən azad edir. Kabarda-Balkar Respublikası rəhbərinin köməkçisi Anzor Qonibov və bölgə başçısının iki müşaviri Zaur Vorokov və Sergey Kasumov vəzifələrindən azad edilir[2].
Kokov yerli iş yerlərinə dəstək, investisiya mühitinin yaxşılaşdırılması və gənclər üçün sosial liftlərin qurulmasını işin prioritet sahələri adlandırır. Bölgə rəhbərinin sözlərinə görə, gənc mütəxəssislərin özünü reallaşdırması son dərəcə vacibdir[3].
Kokov atası da daxil olmaqla əvvəlki nəsil liderlərinin mirasına hörmət etdiyini qeyd edir. Buna baxmayaraq, müqayisələrdən çəkinmir və ona görə davam edən prosesləri nəzərə alaraq yeni şəraitdə işləməyə hazırdır[4].
Instagram platformasında Kokovu 180 min abunəçi izləyir.
3 oktyabr 2019-cu ildə Kabarda-Balkariya Parlamentinin deputatları yekdilliklə Kokova 5 il müddətinə respublika başçısının səlahiyyətlərini icra edtməyə səs verdir.
Kazbek Kokov 27 yanvar 2020-ci ildən Rusiya Federasiyası Dövlət Şurası Rəyasət Heyətinin üzvüdür[5].
Ailəsi
Evlidir. Həyat yoldaşı Liana Ruslanovna Nalçikdəki Dövlət Universitetdə əmək hüququ müəllimi işləyir. İki qızı vardır. Böyük qızı 2001-ci il təvəllüdlü Violettadır[6].
İstinadlar
- "В КБР Казбек Коков сменит Юрия Кокова". vesti.ru. 2018-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-26.
- "Врио главы КБР Казбек Коков уволил помощника и двух советников". ТАСС. 2018-10-02. 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
- "Эксперт: Коков позиционирует себя в качестве лоббиста интересов жителей КБР" (rus). Взгляд. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
- "Врио главы КБР: нужно акцентировать внимание на создании социальных лифтов" (rus). ТАСС. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
- "Распоряжение Президента Российской Федерации от 27.01.2020 г. № 10-рп "О президиуме Государственного совета Российской Федерации"". 2020-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
- Елена Самойлова. "Валерий Коков: живу с думой о своем народе". https://www.kommersant.ru/. 2003-04-28. 2018-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.