Kazımbəyovlar

KazımbəyovlarAzərbaycanın Seyidli oymağının sayılan soylarından biri.

Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağı və Hatəmxan ağa nəsli.I kitab.Bakı, 2016
Kazımbəyovlar
Titul Bəy
Əcdadı Hatəmxan ağa
Qohum soylar Məmmədbəylilər, Nəcəfqulubəylilər
Mənşəyi Çəmənli oymağı, Seyidli oymağı
Təbəəliyi Səfəvilər dövləti,
Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Çəmənli, Seyidli kəndləri

Tarixi

Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015

Kazımbəyovlar bəy nəslinə mənsubdur. Nəsil öz adını Kazım bəyin adından almışdır. Bu nəslin kökü Seyidli oymağının sakinləri ilə qan qohumluğu olan Çəmənli oymağına gedib çıxır. Çəmənli oymağında bu nəsil Hatəmxan ağanın nəsli kimi tanınır. Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698-ci ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır.[1]

Hatəmxan ağanın Nadirqulu bəy adlı oğlu olmuşdur. Kazım bəy Nadirqulu bəyin oğlu, Hatəmxan ağanın nəvəsidir.[1]

Kazım bəy Nadirqulu bəy oğlu 1816 ildə Çəmənli oymağında anadan olmuş, dini məktəbdə oxumuşdur. Qarabağda zəmanəsinin tanınmış, ədalətli bəylərindən sayılmış, Çəmənlinin yüzbaşısı olmuşdur. Bu gün Çəmənli kəndində Kazım bəyin şərəfinə "Kazım bəyin dərəsi" adlanan ərazi vardır.[1]

Kazım bəy Yaxşı xanımla (1816-…) evlənmişdir. Onun Hüseyn bəy, Nadirqulu bəy, Behbud bəy adlı oğlanları, Qızxanım, Bəyim adlı qızları dünyaya gəlmişdir. Nadirqulu bəy uşaq yaşlarında vəfat etmişdir. Kazım bəy sonralar da yeni doğulan oğluna atasının adını qoymuşdur.[1]

Kazım bəyin nəslinin övladları sonralar Seyidli oymağında yaşamışlar. Hazırda Kazım bəyin nəsli Kazımbəyli, Kazımbəyov, Kazımov soyadları ilə tanınır.[1]

Şəxsiyyətləri

  • Hüseyn bəy Kazım bəy oğlu (1836-…) Çəmənli oymağında dünyaya gəlmişdir. Təhsilini dini məktəbdə almışdır. Hüseyn bəyin sahəsi altı desyatin ərazini əhatə edən iki üzüm bağı, 25 desyatin əkin yeri olmuşdur.[1]
  • Şükür bəy Hüseyn bəy oğlu Kazımbəyov 1874 ildə Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndində anadan olmuşdur. Şuşa realnı məktəbində oxumuşdur. Ənvər Çingizoğlunun, Eldar Əzizovun araşdırmalarına istinadən Şükür bəy Kazımbəyov "Difai" partiyasının Ağdam şöbəsinin üzvü olmuşdur. Difai (təşkilat)|"Difai" partiyasının Ağdam şöbəsinin sədri Zülfüqar bəy Haqverdiyev idi.[1]
  • Baxış bəy Hüseyn bəy oğlu Kazımbəyov 1878 ildə Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndində anadan olmuşdur. Şuşa realnı məktəbində oxumuşdur. Ənvər Çingizoğlunun, Eldar Əzizovun araşdırmalarına görə, böyük qardaşı kimi o da "Difai" partiyasının Ağdam şöbəsinin üzvü olmuşdur.[1] Baxış bəy Kazımbəyov Qarabağın varlı bəylərindən olmuşdur. O, təxminən 1914 ildə vəfat etmişdir.[1] Baxış bəy Kazımbəyov Ziba xanımla evlənmiş, Həsən bəy adlı yeganə övladı dünyaya gəlmişdir.[1]
  • Bəhram bəy Behbud bəy oğlu Kazımbəyov uşaq yaşlarında atasını itirdiyi yaxın qohumu Baxış bəy Kazımbəyovun himayəsində böyümüş, Ağdam rus-tatar məktəbində oxumuşdur. O, Ağdam şəhər pristavı işləmiş, ədalətli dövlət məmuru kimi tanınmışdır.[1] Bəhram bəy Kazımbəyov 1917 ildə öldürülmüşdür. Bəhram bəy Kazımbəyovun öldürülməsindən sonra yaxın dostu İldırım xan Qasım bəy oğlu Şərifov (…-1925) Ağdam şəhər pristavı olmuşdur. O, pristav işlədiyi ildə Bəhram bəy Kazımbəyovu öldürən şəxsi Ağdam bazarında (indiki Ağdam şəhər 1 nömrəli orta məktəbin yerləşdiyi ərazi) camaatın gözü qarşısında cəzalandırmışdır.[1] Bəhram bəy Kazımbəyov Ziba xanımla evlənmiş, Hüseyn bəy adlı oğlu dünyaya gəlmişdir.[1]
  • Həsən bəy Baxış bəy oğlu Kazımov (1912–1985) gecə kurslarında oxumuşdur. O, Sovet hakimiyyəti illərində Ağdamda anbar müdiri, ferma müdiri vəzifələrində işləmişdir.[1]
  • Hüseyn bəy Bəhram bəy oğlu Kazımov (1916–1966) Ağdam kənd təsərrüfatı texnikumunu bitirmiş, Ağdam torpaq şöbəsində aqronom, baş aqronom vəzifələrində işləmişdir.[1] Hüseyn bəy Kazımov faciəli şəkildə həlak olmuşdur.
  • Telman Hüseyn oğlu Kazımov (1941). Ağdam rayonunda anadan olmuşdur. Azərbaycan SSR Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində işləmişdir.
  • Elxan Hüseyn oğlu Kazımov (1948). Ağdam rayonunda doğulmuşdur. Azərbaycan SSR Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində müxtəlif şəhərlərdə hakim vəzifələrində işləmişdir.
  • Tahir Hüseyn oğlu Kazımov (1957). Ağdam rayonunda doğulmuşdur. Ticarət sistemində işləmişdir, Hal hazırda Rusiya Federasiyasında yaşayır.
  • Solmaz Hüseyn qızı Kazımova (1944). Ağdam rayonunda doğulmuşdur. Bakı Dövlət Universitetinin biologiya fakultəsini bitirib. Azərbaycan Tibb Universitetinde "Histologiya, embriologiya və sitologiya" kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. Biologiya elimlər namizədi elmi dərəcəsi almiş, bir çox elmi iş və məqalələrin müəllifidir.

İstinadlar

  1. Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26–30 sentyabr, 2012-ci il.№33
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli Hatəmxan ağa nəslinin tanınmış övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 17–25 aprel 2013-cü il, № 14 (124)
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5–11 dekabr, 2012-ci il № 42(174)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.