Kazımabad (Cəlilabad)
Kazimabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Kazımabad | |
---|---|
39°08′08″ şm. e. 48°39′13″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2130 (2009) nəfər |
|
Tarixi
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi nin qərarı ilə Kazımabad kəndi Muğan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kazımabad kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Toponimikası
Cəlilabad rayonunun Svetlaya Zarya inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını Kazım adlı şəxs qoyduğu üçün belə adlandırılmışdır. Oykonim Kazım (Ģ.a.) və abad (kənd) komponentlərindən düzəlib, "Kazımın kəndi" mənasındadır.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2130 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- "Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2013-cü il tarixli Qanunu" (az.). president.az. 27 iyun 2013, 21:25. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629