Kazım Qurbanov

Kazım Xanlar oğlu Qurbanov (12 avqust 1988, Bakı) — Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Milli Olimpiya Komitəsinin üzvü[1]

Kazım Qurbanov
Kazım Xanlar oğlu Qurbanov
Doğum tarixi 12 avqust 1988(1988-08-12) (35 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Dini islam
Təhsili
Fəaliyyəti Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti
Mükafatları Azərbaycan Respublikasının Əməkdar məşqçisi

Həyatı

Kazım Xanlar oğlu Qurbanov 1988-ci il 12 avqust-da Bakı şəhərində anadan olub. 1995-ci ildə Yasamal rayonu 21 saylı orta məktəbin 1-sinifə daxil olub. 2006-cı ildə həmin məktəbin 11 sinifini bitirib. 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakultəsində təhsil almışdır.

Ailəsi

Xanlar Qurbanovun oğludur.[2]

Fəaliyyəti

2012-ci ildə AMİNA-nın vitse-prezidenti seçilib. 2019-cu il bu etimad 1-ci vitse-prezidentliyə qədər yüksəlib. 2014–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin idman klubunun sədri olub. Bakı-2017 İslam oyunlarında Azərbaycan zorxana millisinin nümayəndə heyətinin rəhbəri olub. 2018–2020-ci illərdə "Gömrükçü" idman klubunda inspektor işləyib. 2020-ci il 12 noyabrda milli idman növləri assosiasiyasının növbədənkənar konfransında keçirilən seçkidə yekdilliklə prezident seçilib.[3]

İştirak etdiyi tədbirlər

  • IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib.[4]

Təltifləri

  • 2019-cu ildə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adına layiq görülüb.

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki Baş Məclisi keçirilib". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
  2. "Xanlar Kazım oğlu Qurbanov". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
  3. "Kazım Qurbanov atasının yerinə bu quruma rəhbər seçildi". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
  4. "IV Dünya Etnospor Konfederasiyasının Forumu keçirilib". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.