Kazım Kazımzadə

Kazım Məmmədəli oğlu Kazımzadə (10 avqust 1913[1], Bakı4 oktyabr 1992, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964) və əməkdar incəsənət xadimi (1943). Stalin mükafatı (1950) və Azərbaycan SSR Dövlət mükafatı (1986) laureatı.

Kazım Kazımzadə
Digər adı Kazım Kazımov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili
  • Repin adına Rəssamlıq İnstitutu[d]
Janrlar portret, İllüstrasiya, karikatur, qrafika
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı  — 1964 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943 "Stalin" mükafatı  — 1950 Azərbaycan SSR Dövlət mükafatı  — 1986
"Qırmızı əmək bayrağı" ordeni

Həyatı

1913-cü il avqustun 10-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin "İsgəndərnamə" ("İqbalnamə"), "Sirlər xəzinəsi" (1940), "Leyli və Məcnun" (1947), "Xosrov və Şirin" (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş "Fitnə", "Sehrli üzük", "İsgəndər və çoban" kitablarına illüstrasiyalar çəkmişdir. "Cəbhə yollarında" (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir.

1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur. Bakı şəhərində Səməd Vurğun və Uzeyir Hacıbəyovun ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını məhz o vermişdir.

1952-ci ildən "Kirpi" jurnalı ilə əməkdaşlığa başlamış, həmçinin tarixi-inqilabi və məişət mövzularında rəsm silsilələri ("Bakıda inqilabi-tarixi hadisələr", "Tibb işçiləri") və tablolar ("416-cı diviziya döyüşdə", "Azad Kubada", "İraq lövhələri" və s.) yaratmışdır. Kinofilmlərə, dram və opera tamaşalarına, o cümlədən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu" operalarına geyim eskizlərinin, süjetli xalıların müəlliflərindəndir.

Təltif və mükafatları

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.