Kazım Əliverdibəyov

Əliverdibəyov Kazım Ağalar bəy oğlu (27 noyabr 1934, Bakı19 dekabr 2022, Bakı) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2010

Kazım Əliverdibəyov
Kazım Ağalar bəy oğlu Əliverdibəyov
Ümumi məlumatlar
Doğum tarixi 27 noyabr 1934(1934-11-27)
Doğum yeri
Vəfat tarixi 19 dekabr 2022(2022-12-19) (88 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Ağalar bəy Əliverdibəyov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1978

Həyatı

Kazım Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirmişdir. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışmış və hazırda da fəaliyyət göstərməkdədir.

Ailəsi

Fəaliyyəti

Teatrın repertuarına daxil olan bir çox opera və balet tamaşalarını – "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl", "Vaqif", "Madam Batterflyay", "Sevilya bərbəri", "Karmen" operaları, eyni zamanda "Don Kixot" (Minkus), "Jizel", "Xəzər balladası, "Bolero", "Karmen-süita", "Paxita", "Şopeniana" baletlərini idarə edir.

Teatrdakı fəaliyyəti ilə yanaşı K. Əliverdibəyov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. Bakı Musiqi Akademiyasının professorudur.

K. Əliverdibəyov bir neçə il qardaş Türkiyə Respublikasında çalışmış, İzmir şəhər Konservatoriyasında dərs demişdir.

Mükafatları

  • Azərbaycan SSR əməkdar incəsənət xadim — 10.01.1978[1]
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 21.05.1970[2]
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31.05.2010.[3]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.