Kayzer
Kayzer (alm. Kaiser) — alman dilində imperator titulunu ifadə edir. Bu söz öz mənşəyini Roma imperatorlarının daşıdığı latın dilindəki caesar titulunun, o isə öz növbəsində Yuli Sezarın (Julius Caesar) adından götürmüşdür.
Məqalələr seriyasından |
Monarxiya |
---|
![]() |
Konsepsiyalar
|
Növlər
|
Siyasətçilər
|
Hadisələr Roma İmperiyasının yaranması
Böyük Azadlıqlar Xartiyası Osmanlı İmperiyasının yaranma dövrü
Avstriya-Macarıstan müqaviləsi Şablon:Yatay liste Braziliya Respublikasının elan edilməsi Siam inqilabı (1932) 1946-cı il İtaliya konstitusiya referendumu İspaniyada demokratiyaya keçid
|
Əlaqəli mövzular
|
Kayzer alman dilində imperator mənasını verdiyinə görə almanlar Rusiya çarlarından başqa bütün imperatorları bu sözlə ifadə edirlər. Lakin digər xalqlar kayzer sözünü əsasən Avstriya-Macarıstan və Avstriya imperatorlarına və vahid Almaniyanın yaranmasından sonra (1871-1918) hakimiyyətdə olmuş I Vilhelm, III Fridrix və II Vilhelmə şamil edirlər.
Eyni zamanda hind və urdu dillərində "keysər" sözündən istifadə olunur. Əvvəllər "Hindistan İmperatoru" titulunu daşıyan Britaniya monarxlarını yerli xalq "Keysər-i-Hindi" adlandırırdı. Lakin bu sözün alman dili ilə heç bir əlaqəsi yoxdur və yunan dilindəki "Kesar" sözündən yaranmışdır.