Kayman adaları dolları

Kayman adaları dollarıBöyük Britaniyanın dəniz ərazilərində Vest-Hinddə yerləşən Kayman adalarının pul vahididir. Bir dollar 100 sentə bərabərdir. Pul vahidinin beynəlxalq işarəsi — KYD-dir. Simvolu — CI$-dir. 2003-cü ilin 1 yanvarından valyutaların Ümumrusiya təyinedicisində Kayman adalarının pul vahidi dollar adlanır.

Kayman adaları dolları
Kod və simvol
ISO 4217 kodu KYD (136)
Simvol $
Dövriyyə ərazisi
Emitent ölkə  Kayman adaları
Əvəzedici və paralel vahidlər
Kiçik sent (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 1¢, 5¢, 10¢, 25¢
Əsginas $1, $5, $10, $25, $50, $100
Tarixi
Dövriyyə periodu 01.05.1972—31.08.1972
Əvvəlki valyuta Yamayka dolları
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Kayman adaları Mərkəzi Bankı
  cimoney.com.ky
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mübadilədə 1, 5, 10, 25, 50, 100 nominallı dollardan, 1, 5, 10, 25 sentlik və əsginaslıq sikkələrdən istifadə olunur.

Tarixi

Kayman adaları dolları 1 may 1972-ci ildə pul vahidi kimi qəbul edilmişdir. Valyuta Yamayka dollarını (31 avqust 1972-ci ilə qədər ödənişin qanuni vasitəsi hesab edilirdi) əvəz etmişdir. 1974-cü ilin 1 aprelindən Kayman adaları dolları məzənnədə 1 ABŞ dolları ilə əlaqələnmişdir. 1 Kayman adaları dolları = 1,2 ABŞ dolları.

Sikkələr

Mübadilədə dörd sikkədən — 1, 5, 10, 25 nominallı sentlərdən istifadə olunur. Sikkələri əvvəlcə tuncdan, qalan hissəsini isə melxiordan kəsilirdilər. 1992-ci ildən başlayaraq tunc sikkələrin yerinə polad və qızıl sikkələr tutmuşdur. Melxiorların yerini isə polad, qızıl və nikeldən hazırlanmış sikkələr tutmuşdur.[1] Böyük Britaniyanın Kral zərbxanası sikkələrin istehsalıyla məşğul olur. 2008-ci ilin dekabr ayının məlumatlarına görə mübadilədə 8.8 milyon Kayman adaları dollarına bərabər sikkələr istehsal edilmişdir.[2]

Əsginaslar

Əvvəlcə mübadilədə dörd əsginas — 1, 5, 10, 25 nominallı dollarlar istifadə edilirdi. Əsginaslara 1981-ci ildə 100 və 40 nominallı dollarlar edilmişdir. Tezliklə, 1985-ci ildə 40 dollarlıq əsginas 50 dollarla əvəz edilmişdir. Əsginaslar Britaniya şirkəti olan "De La Rue" tərəfindən çap olunur. 2008-ci ilin dekabr ayının məlumatlarına görə mübadilədə 74.8 milyon Kayman adaları dollarına bərabər əsginaslar istehsal edilmişdir.

Valyuta məzənnəsi rejimi

Kayman adaları dolları məzənnədə 1 ABŞ dolları ilə əlaqələnmişdir. 1 Kayman adaları dolları = 1,2 ABŞ dolları.

Hazırkı KYD mübadilə məzənnəsi
Google Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
Yahoo! Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
XE.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
OANDA.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
fxtop.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
Currency.wiki əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD

İstinadlar

  1. "Coin catalog of Cayman Islands" (ingilis). 2012-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-05.
  2. "Currency Statistics" (ingilis). Cayman Islands Monetary Authority. 2007-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-05.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.