Kayli Cenner
Kayli Kristen Cenner (ing. Kylie Kristen Jenner; 10 avqust 1997[1][2][…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur.
Kayli Cenner | |
---|---|
ing. Kylie Jenner | |
Digər adı | Kayli Kristi Cenner |
Doğum tarixi | 10 avqust 1997[1][2][…] (26 yaş) |
Doğum yeri | |
Uşaqları | 2[3] (Stormi Vebster daxil olmaqla) |
Partnyorları | |
Anası | Kris Cenner[7] |
Təhsili |
|
Fəaliyyəti | model[d], biznes ledi, dəb dizayneri, məşhur şəxs, influenser[d], sahibkar |
Fəaliyyət illəri | 2007-ci ildən |
kyliejenner.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.[8] Kayli ilk təhsilinə Sierra Canyon məktəbində başladı. O burada amiqo qrupunun ulduzlarından biri idi. Ponpon qız olaraq fəaliyyət göstərirdi. 2012-ci ildə təhsilinə Laurel Springs məktəbində davam edən Kayli 2015-ci ildə universitet diplomu ilə məzun oldu.
Kariyerası
Kayli ilk olaraq bacısı Kendal və Paper Magazine jurnalının "Beautiful People" başlığı altında yer aldı.[9] 14 yaşında Cenner "Your Style Crush" Sears xətti ilə modellik karyerasına başladı və qohumu Nataşanın geyim firması üçün modellik etdi. OK! jurnalı ilə çəkilişlə həyata keçirtdi. 2011-ci ildə bacısı Kendal ilə birlikdə Seventeen jurnalı tərəfindən "Stil Elçiləri" olaraq seçildilər. Həmin ildə Nyu York Dəb Həftəsində müğənni Avril Lavicne tərəfindən qurulan geyim markası Abbey Daunun göstərişini etdi. 2013-cü ildə bacısı Kendal ilə "Kendall & Kylie" geyim kolleksiyasını yaratdılar.[10] 2014 fevral ayında bacısı Kendal ilə birlikdə "Setve Madden Madden Girl" markası üçün ayaqqabı və çanta dizaynına başladı. 2015 avqust ayında Cenner öz adını daşıyan "Kylie Lip Kit" pomada dəstinin bir hissəsi olaraq ilk pomada markasının istehsalına başladılacağını bildirdi. 2015-ci ildə Ceden Smit, Dreyk və Tyganın mahnı kliplərində yer alan model, 2016-cı ildə PartNextDoor-un "Come and See Me" mahnısı üçün yayımladığı klipdə sevgili rolunda yer almışdır.[11] 2014-c ildə qurduğu Kylie Cosmetics-in CEO-sudur.
Filmoqrafiya
Televiziya
İl | Ad | Qeyd |
---|---|---|
2007 - 2021 | Keeping Up with the Kardashians | Baş rol, 193 bölüm |
2010 - 2013 | Kourtney and Khloé Take Miami | Qonaq, 2 bölüm |
2012 | America's Next Top Model, Cycle 18 | Bölüm: "Kris Cenner" |
2012 | Million Dollar Closets | Bölüm: "Pilot" |
2014 | Deal with It | Bölüm: "Kendall & Kylie & Gary Owens" |
2014 | Much Music Video Awards | Ortaq ev sahibi |
2014 | Kourtney and Khloé Take The Hamptons | Qonaq, 1 bölüm |
2014 | Ridiculousness | Bölüm: "Kendal və Kayli Cenner" |
2015 - 2016 | I Am Cait | Qonaq, 3 bölüm |
2015 | Kingin' with Tyga | Bölüm: "Həyat" |
2017 | Life of Kylie | Baş rol, 8 bölüm |
2020 | Justin Bieber: Seasons | Cameo |
Mahnı kliplər
İl | Ad | Müğənni | Rol |
---|---|---|---|
2013 | "Find That Girl" | Boy Band Project | Love interest |
2014 | "Recognize" | PartyNextDoor və Dreyk | Özü |
"Blue Ocean" | Ceyden Smit | ||
2015 | "Stimulated" | Tyga | Love interest |
"Dope'd Up" | |||
"I'm Yours" | Castin Skay və Vik Mensa | Karaoke müğənni | |
2016 | "Come and See Me" | PartyNextDoor | Love interest |
2017 | "Feel Me" (unreleased) | Tyga, Kanye West | Özü |
2018 | "Stop Trying To Be God" | Travis Scott | Qızıl mələk |
2020 | "Stuck with U" | Ariana Qrande və Castin Biber | Özü |
"WAP" | Kardi B və Megan Thee Stallion |
Film
İl | Ad | Rol | Qeyd | İst. |
---|---|---|---|---|
2018 | Ocean's 8 | Özü | Cameo | [12] |
Mükafatlar və nominasiyalar
İl | Mükafat | Kateqoriya | İş | Nəticə |
---|---|---|---|---|
Teen Choice Awards | Choice TV Reality Star: Female | Shared With Female Cast of Keeping Up with the Kardashians | Qazandı | |
Choice TV Reality Star: Female | Nominasiya | |||
2015 | Choice Instagrammer | Kylie Jenner | Nominasiya | |
Choice Selfie Taker | Nominasiya | |||
Capricho Awards | Mais Estilosa | Nominasiya | ||
Snapchat | Nominasiya | |||
Bafo do ano | Boca da Kylie Jenner | Nominasiya | ||
Real Couple of 2015 | Kylie Jenner & Tyga | Nominasiya | ||
2016 | Capricho Awards | Mais estilosa – internacional | Kylie Jenner | Qazandı |
Shorty Awards | Snapchatter Of The Year | Nominasiya | ||
2017 | Shorty Awards | Celebrity | Kylie Jenner | Nominasiya |
Teen Choice Awards | Choice Instagrammer | Nominasiya | ||
Choice Snapchatter | Nominasiya | |||
Capricho Awards | International Fashionista | Nominasiya | ||
2019 | Teen Choice Awards | Choice Social Star | Nominasiya | |
Streamy Awards | Best Collaboration | David Dobrik and Kylie Jenner | Nominasiya | |
2020 | Fragrance Foundation Awards | Fragrance of the Year Popular | Kylie Jenner by KKW Fragrance (Nude) | Nominasiya |
Premios Juventud | Together They Fire Up My Feed (Couple or friends that appear on each other's feeds) | Rosalía and Kylie Jenner | Nominasiya |
İstinadlar
- Kylie Jenner // Internet Speculative Fiction Database (ing.). 1995.
- Kylie Jenner // Roglo. 1997.
- https://www.quien.com/espectaculos/2021/08/26/kylie-y-travis-scott-intentaron-tener-segundo-bebe-un-ano#:~:text=El%20pasado%20viernes%20se%20revel%C3%B3,la%20llegada%20de%20su%20primog%C3%A9nita..
- Kylie Jenner Opens Up About Split from Tyga on Life of Kylie: 'There Was No Crazy Fight' (ing.). Time Inc., Dotdash Meredith, 1974. ed. size: 3556753; ed. size: 3425166 ISSN 0093-7673; 2169-2157; 0093-7673
- Travis Scott says he's raising his and Kylie Jenner's daughter Stormi to know that she can do 'anything a man can do' (ing.).
- Kylie Jenner and Travis Scott split, but it may be temporary (ing.). LA: 1881. ISSN 0458-3035; 2165-1736
- Introducing Caitlyn Jenner.
- "Arxivlənmiş surət". 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-27.
- "Arxivlənmiş surət". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-27.
- https://web.archive.org/web/20130714073219/http://finance.yahoo.com/news/pacsun-launches-premier-kendall-kylie-110000610.html
- "Arxivlənmiş surət". 2016-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-27.
- "Arxivlənmiş surət". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-27.