Kayenna
Kayenna (fr. Cayenne) — Fransa Qvianasının paytaxtı, Fransanın Cənubi Amerikada yerləşən dənizaşırı departamenti. Şəhər Atlantik okeanı sahilində, Kayenna çayının sahilində yerləşir. Şəhərin şüarı "fert aurum industria" adlanır ki, bu da tərcümədə "iş sərvət gətirir" deməkdir.[1]
Şəhər | |||
Kayenna | |||
---|---|---|---|
fr. Cayenne | |||
|
|||
4°56′ şm. e. 52°20′ q. u. | |||
Ölkə | Fransa | ||
Region | Fransa Qvianası | ||
Mer | Mari-Laur Finera-Hort | ||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1664 | ||
Sahəsi | 23.6 km² | ||
Mərkəzin hündürlüyü | 143 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi | 57 614 nəfər (2015) | ||
Sıxlığı | 2400 nəf./km² | ||
Aqlomerasiya | 114 017 nəfər | ||
Rəqəmsal identifikatorlar | |||
Poçt indeksi | 97300 | ||
Digər | |||
ville-cayenne.fr (fr.) | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci il hesablamalarına görə Kayennanın metropolis ərazisində 131,922 nəfər yaşayır.[2]
Coğrafiyası
Kayenna Atlantik okeanı sahilində, Kayenna çayının estuarisində yerləşir. Kayenna adasının bir hissəsi də şəhər ərazisi hesab olunur. Şəhər Sen-Loran-du-Maroni kommunasından 268 km, Kuru kommunasından isə 64 km məsafədə yerləşir.[3]
Bəzi şəhərlərə qədər olan məsafə:
- Paris: 7100 kilometr
- For-de-Frans (Martinikanın paytaxtı): 1500 kilometr
- Paramaribo (Surinamın paytaxtı): 342 kilometr şimal-qərbdə
- Makapa (Braziliyanın Amapa ştatının paytaxtı): 554 kilometr cənub-şərqdə
Həmçinin bax
İstinadlar
- "page concernant le blason de la ville sur le site page de Redris". Pagesperso-orange.fr. 2008-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
- INSEE. "Base des aires urbaines". 2018-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
- "Distances and duration of bonds in the dugout". 2013-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.