Kaya (Micikenda)
Kaya (cəmdə Makaya və ya kayas) — Keniyanın sahil vilayətində qədim Micikenda xalqının müqəddəs meşələri. Kaya meşəsi ritual gücün və mədəni şəxsiyyətin mənbəyi hesab olunur; [1][2] və həmçinin bu etnik qrupun üzvləri üçün dua yeridir.[3] Yaşayış məntəqəsi, ritual mərkəz və meşə ilə əlaqəli möhkəmləndirilmiş korpus da kaya meşəsinin bir hissəsidir. Günümüzdə kaya Micikanda xalqının ənənəvi bir təşkilat vahidi olaraq da xatırlanır.[4] Təxminən 30 ayrı meşənin on biri bir yerə qruplaşdırılmış və Müqəddəs Micikenda Kaya Meşələri olaraq UNECKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Kaya meşəsi | |
Sacred Mijikenda Kaya Forests [* 1] | |
Ölkə | Keniya |
---|---|
Tip | Mədəni |
Kriteriya | (iii)(v)(vi) |
Keçid | 1231rev |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2008 (32-ci sessiya) |
|
|
Coğrafiya
Keniyada 50-dən çox kaya müəyyən edilmişdir.[5] Onların hər biri 30 ilə 300 hektar arasında ölçülmüşdür.[6] Bu ərazilər Keniyanın cənub sahili boyu yerləşən düzənliklərdə, Mombasa və Kilifi şəhərləri arasındakı[7] 200 kilometr (120 mil)[8] sahil xəttinə səpələnmişdir. Əksər kaya-lara ziyarətçilərin girməsinə icazə verilməsə də, Diani Çimərliyindəki 30 hektarlıq meşə olan Kaya Kinondoya ziyarətçilərin girməsi mümkündür və buna görə də Kaya Kinondo Ekoturizm Layihəsinin himayəsi altındadır.[9]
Tarix
Bir çox kaya əvvəlcə müxtəlif etnik qrupların istehkam tipli kəndləri idi. Kəndlər ətraflarında ovalığın tropik meşə ərazilərinə malik idi və buraya meşədən keçən yollarla çatırdılar. Meşə florası yalnız dərman bitkiləri yığmaq üçün istifadə olunurdu. Kaya daxilində ağac kəsmə, mal-qara otlamaq və əkin sahələrini təmizləmək kimi fəaliyyətlərə yol verilmirdi.[3][3]
İndiki dövrdə ərazinin kənd təsərrüfatında istifadəsi və meşənin intensiv qırılması 38 kaya meşə ərazisinin qanuni olaraq milli abidə kimi elan edilməsini zəruri etdi. Bu ərazini yerli icmalar idarə edirlər.[10]
Vəhşi Həyat və Mühafizə
Kaya Kinodao ərazisindəki vəhşi həyatın ekoturizm layihəsi çərçivəsində ziyarət edilə biləcəyi müəyyən edilmişdir. Ərazidə 187 bitki, 48 quş və 45 kəpənək növü müəyyən edilmişdir. Meşədə həmçinin Kolobus meymunu və Qızılı xortumlu itciyəz olduğu bildirilmişdir.[10]
Meşəyə giriş cəmiyyətin yaşlı üzvlərinin yaratdığı ngambi adlı bir idarəetmə orqanı tərəfindən qoyulan ənənəvi qaydalara söykənirdi Bu idarəetmə orqanı ilk növbədə meşənin müqəddəsliyi ilə bağlı ənənəvi inanclara riayət etməklə bioloji ehtiyatların istifadəsi, qorunması və istifadəsi ilə maraqlanırdı. Ancaq mərkəzi idarəetmə orqanının yaradılması yerli ağsaqqalların roluna təsir etdi.[2][11]
Eko Turizm layihəsi 2001-ci ildə Ford Vəqfi tərəfindən yerli əhaliyə gəlir gətirmək, ekotorizmi təşviq etmək və eyni zamanda meşələrin müqəddəsliyini qoruyub saxlamaq məqsədilə verilmiş vəsaitlə başladı.[12]
Mədəniyyət
Bu meşələrin müqəddəsliyi ilə əlaqəli ərazinin yerli qadınları tərəfindən rəvayət olunan bir çox mif və inanclar var. Meşələrdə ruhların məskunlaşdığı ümumi bir inancdır. Bəziləri inanırlar ki, hər hansı bir ağacı kəsici alətlə kəssən alət geri dönə və ayağına xəsarət yetirə bilər və yalnız mərasimdə kənd ağsaqqallarına paltar təqdim etməklə sağalmaq olar. Bu müqəddəs meşədən kəsilmiş ağacdan istifadə edilərək bişirilən yeməklərin xəstəliyə səbəb ola biləcəyinə və meşədəki ağacdan tikilmiş bir yaşayış evinin dağılacağına inanılır. Meşənin müqəddəsliyini qorumaq onun qaranlığını qorumaq məqsədi daşıyırdı.[13][2]
Mənbə
İstinadlar
- Parkin, 2006
- Wynne-Jones, Stephanie,. The Swahili World. LaViolette, Adria. (First). London. ISBN 978-1-315-69145-9. OCLC 994591960. 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
- Nyamweru, Celia. "Sacred Groves Threatened by Development: The Kaya Forests of Kenya". Cultural Survival Quarterly. "Who's Local Here?" Politics of Participation in Development. 20 (3). Fall 1996. 16 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2013.
- Buluma, Rodgers. "The elderly targeted for murder". News24. July 2, 2013. 15 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 December 2013.
- "NOMINATION DOSSIER FOR INSCRIPTION ON THE WORLD HERITAGE LIST THE SACRED MIJIKENDA KAYA FORESTS" (PDF). UNESCO. January 2008. səh. 10. 1 September 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 December 2013.
- "Sacred Mijikenda Kaya Forests - Kenya". African World Heritage. 16 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2013.
- "Sacred Mijikenda Kaya Forests – Kenya". African World Heritage. 16 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2013.
- "Sacred Mijikenda Kaya Forests". UNESCO. 23 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2013.
- "Kaya Kinondo Ecotourism Project". Eco Tourism Kenya. 18 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 December 2013.
- Zeppel, 2006. səh. 136
- Trosper, 2011. səh. 58
- Zeppel, 2006
- Eaton, Lorentzen, 2004. səh. 48
Ədəbiyyat
- Eaton; Lorentzen. Ecofeminism and Globalization: Exploring Culture, Context, and Religion. Rowman & Littlefield Publishers. 8 sentyabr 2004. ISBN 978-0-585-48276-7.
- Njogu, Kimani; Middleton, John. Media and Identity in Africa. Indiana University Press. 2009. ISBN 978-0-253-22201-5.
- Parkin, David. The Sacred Void: Spatial Images of Work and Ritual Among the Giriama of Kenya. Cambridge University Press. 16 mart 2006. ISBN 978-0-521-02498-3.
- Trillo, Richard. The Rough Guide to Kenya. Rough Guides. 1 may 2013. ISBN 978-1-4093-3018-9.
- Trosper, Ronald L. Traditional Forest-Related Knowledge: Sustaining Communities, Ecosystems and Biocultural Diversity. Springer. 14 oktyabr 2011. ISBN 978-94-007-2144-9.
- Zeppel, Heather. Indigenous Ecotourism: Sustainable Development and Management. CABI. 2006. ISBN 978-1-84593-125-4.