Kaxeti
Kaxeti diyarı (gürc. კახეთის მხარე) — Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biridir. Tarixi və müasir elmi Azərbaycan mənbələrində bəzən Qaxet adıyla tanınır.[1] İnzibati mərkəzi Telavi şəhəridir. Diyar Azərbaycan və Rusiya ilə həmsərhəddir. Kaxetinin cənubunda Keşiş dağ məbədi yerləşir.
Kaxeti | |
---|---|
კახეთის მხარე | |
41°45′ şm. e. 45°43′ ş. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Telavi |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | GE-KA |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati-ərazi bölgüsü
Kaxeti diyar səkkiz bələdiyyəyə bölünür (2014):
- Telavi bələdiyyəsi (ərazisi 1,094 km², əhalisi 58.350)
- Axmeta bələdiyyəsi (ərazisi 2,248 km², əhalisi 31.461)
- Qurcaani bələdiyyəsi (ərazisi 849 km², əhalisi 54.337)
- Kvareli bələdiyyəsi (ərazisi 1,000 km², əhalisi 29.827)
- Dedoplistsğaro bələdiyyəsi (ərazisi 2,531 km², əhalisi 21.221)
- Laqodexi bələdiyyəsi (ərazisi 890 km², əhalisi 41.678)
- Saqareco bələdiyyəsi (ərazisi 1,515 km², əhalisi 51.761)
- Sığnaq bələdiyyəsi (ərazisi 1,251 km², əhalisi 29.948)[2]
Tarixi
VIII əsrdən başlayaraq Kaxeti müstəqil feodal knyazlıq olmuşdur. XI–XII əsrlərdə o, çar Qurucu Davidin səyləri nəticəsində birləşmiş Gürcüstan çarlığının tərkibidə girmişdir.
Gürcüstan çarlığının süqutundan sonra Kaxeti 1460-cı illərdə yenidən müstəqil olub yerli çar tabeliyində kiçik dövlət kimi mövcudluğunu davam eləmişdir. 1762-ci ildə Kaxeti çarlığı qonşu Kartli çarlığı ilə birləşmiş, Kaxetinin paytaxtı Telavi yeni birləşmiş Kartli-Kaxeti çarlığının paytaxtı olmuşdur. Səfəvilərin hücumu nəticəsində dövlət xeyli zəifləmişdir. Əhalisinin böyük hissəsi İranın ucqar bölgələrinə (Luristan, Mazandaran, Xorasan) sürgün edilmişdir. 1801-ci ildə Kartli-Kaxeti çar Rusiyasının tabeliyinə keçmişdir.
1918-ci ildə Kaxeti müstəqil Gürcüstan Demokratik Respublikasının tərkibinə girmişdir. Sovet vaxtında səkkiz rayona bölünmüş Kaxeti 1994-cü ildən bəri vahid inzibati bölgə kimi Gürcüstanın tərkibində olmaqdadır. İnzibati mərkəzi Telavi şəhəridir.
Əhalisi
2014-ci il əhalinin qeydiyyata alınmasına əsasən Kaxetinin 318.583 sakinindən 85,16%-i (271.298 nəf.) gürcülər, 10,16%-i (32.354 nəf.) azərbaycanlılar, 1,75%-i (5.581 nəf.) kistlər (çeçenlər), 0,79%-i (2.526 nəf.) osetinlər, 0,69%-i (2.191 nəf.) ermənilər, 0,60%-i (1.921 nəf.) ruslar, 0,32%-i (1029 nəf.) Avarlar, 0,16%-i (504 nəf.) yezidi kürdlər, 0,06%-i (202 nəf.) ukraynalılar, 0,05%-i (158 nəf.) yunanlar təşkil edir.[3]
Kaxeti diyarının ən böyük etnik azlığı olan azərbaycanlılar əksəriyyəti Saqareco (33,16%), Laqodexi (23,04%) və Telavi (12,77%) bələdiyyələrində, kiçik icmalar həmçinin Dedoplistskaro və Axmeta bələdiyyələrində yaşayır.
Kaxeti çeçenlərin qeydi-adi subetnik qrupu olan kistlərin sıxca yaşadığı yeganə yerdir.
İstinadlar
- Azərbaycan arxeologiyası Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine, s. 311
- "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 ივლისი 2016.
- "georgia-ethnic-2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-23.