Kavakavəng
Kavakavəng və ya Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Zoğalbulaq kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]
Müqəddəs Məryəm kilsəsi | |
---|---|
39°36′22″ şm. e. 47°05′28″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Zoğalbulaq kəndi |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 228 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə 1742-ci ildə Dizaq hakimi Məlik Yeqanın təşəbbüsü ilə bərpa edilmişdir. Kompleks tikililərindən dövrümüzə yalnız kilsə binası çatmış, dağılmış digər binaların daşları isə təpənin ətəyinə tökülmüşdür.
Üçnefli bazilika formasında olan olan kilsəni analoji tikililərdən fərqləndirən yeganə xüsusiyyəti, onun qərb portalıdır. Portal ağ daşlardan hazırlanmış və qeyri-adi naxışlarla bəzədilmiş kəmərlə çərçivələnmişdir.
Tarixi
Kilsə 1742-ci ildə Dizaq hakimi Məlik Yeqanın təşəbbüsü ilə bərpa edilmişdir. Bu haqqda məlumatın qeyd edildiyi kitabə S. Barxudaryan tərəfindən oxunaraq nəşr edilmişdir.[2] Kitabədə qeyd edilir ki, kilsə vaxtilə böyük monastır kompleksinin mərkəzi olmuş və yadellilər tərəfindən qarət edilərək dağıdılmışdır.[2] Kompleks tikililərindən dövrümüzə yalnız kilsə binası çatmış, dağılmış digər binaların daşları isə təpənin ətəyinə tökülmüşdür. Kilsə ətrafında müxtəlif tikililərin qalıqları, memarlıq detalları, naxışlı plitələr, xaçdaşlar və qəbir daşları vardır.[3]
Memarlıq xüsusiyyətləri
Konusvari təpənin zirvəsində yerləşən və gözəl düzənliklə əhatə olunmuş kilsə ilk baxışdan unudulmaz təəssürat yaradır. Kilsənin həyətindən ətraf ərazilərə, xüsusilə Ziyarət dağı istiqamətinə gözəl mənzərə açılır. Qədim monastır kompleksindən dövrümüzə çatan yeganə tikili olan Müqəddəs Məryəm kilsəsi ətraf ərazi ilə yaxşı harmoniya təşkil edir. İlk baxışdan kilsənin memarlığında yaxşı yonulmuş daşlardan hazırlanmış portal diqqət cəlb edir.[4]
Üçnefli bazilika formasında olan olan kilsə, 12.8 x 9.8 metr ölçülərə malikdir.[4] Kilsəni analoji tikililərdən fərqləndirən yeganə xüsusiyyəti, onun qərb portalıdır.[3] Portal ağ daşlardan hazırlanmış və qeyri-adi naxışlarla bəzədilmiş kəmərlə çərçivələnmişdir. Kilsənin solğun qərb fasadında effektiv şəkildə fərqlənən kəmər, güclü işıq-kölgə kontrastı yaradır.[3]
İstinadlar
- "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- Бархударян, 1982. səh. 179
- Mkrtçyan, 1989. səh. 95
- Mkrtçyan, 1989. səh. 94
Ədəbiyyat
- Бархударян, С., Свод армянских надписей, Ереван, 1982
- Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989