Kauzen (Formula-1 komandası)

Kauzen (ing.Kauhsen) 1979-cu ildə iki mövsümdə Formula 1-də iştirak edən Alman komandası. Hər iki yarışda Gianfranco Brancatelli heç bir xal qazanmamışdır.

Formula 1-dən əvvəl

70-ci illərin əvvəllərində Willi Kauhsen idman yarışlarında iştirak etmiş, Le Mans-da ikinci yeri qazanmışdı. 1977-ci il mövsümündə o Formula 2 yarışında iştirak etmək qərarına gəlir və buna görə də əvvəlki çempion avtomobili olan Renaultu əldə edir İlk əvvəl vəziyyət yaxşı olsa da, sona yaxın komanda hətta qiymətləndirmədən keçə bilmir. Komandanın tərkibinə Vittorio Brambilla, Michel Leclère və Alain Prost daxil idi. Lakin nəticələr heç də ürək açan deyildi. Yalnız Brambillanın Mizanoda əldə etdiyi 3-cü yer yüksək göstərici oldu.

Formula 1

Heç bir göstəriciyə baxmayaraq, Kauzen 1978-ci ildə Formula 1-ə qatılmaq üçün plan qurdu. İlk əvvəl o, Alfa-Romeo mühərrikindən istifadə etmək qərarına gəlir. Lakin sonradan Cosworth DFV V8 əldə edir. Model inkişaf etdirilmiş arxa qanadlar və qısa baza ilə çox az Lotus 79 xatırlatdı. Gianfranco Brancatelli modeli sınaqdan keçirdi və ciddi problemlər aşkar etdi. Model yenidən təkmilləşdirildi. Patrick Neve ilə müqavilə imzalandı və onunla pararlel sponsorluq işləri də həll olundu. 1979-cu ildə Lisenziya problem çıxdış Neve dərhal komandanı tərk etdi və onunla parallel sponsorlar da geri çəkildi. Gianfranco Brancatelli komandanın daimi pilotu oldu. Daha sonra Britaniya Formula 2-də iştirak üçün sponsor tapıldı. Avtomobil Kauhsen WK004 adını daşıyırdı. Nəticələr aşağı oldu. Model təkmilləşdirildi və Kauhsen WK005 təqdim olundu. Bu model Lotus 79-a çox bənzəyirdi. 27 yarışçıdan Brancatelli aşağı nəticə göstərdi. Buna baxmayaraq komanda Belçika WK005 çıxış etdi. Lakin 28 iştirakçı arasında Brancatelli yenidən aşağı nəticə göstərdi. Ardıcıl uğursuzluqdan sonra komanda Mersario komandasına satılır.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.