Kaukura

Kaukura (fr. Kaukura) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Ranqiroa atolundan 55 km cənub-qərbdə, Taitidən 350 km şimal-şərqdə yerləşir.

Kaukura adası
fr. Kaukura
Ümumi məlumatlar
Sahəsi 11 km²
Əhalisi 542 nəfər (2007-ci il)
Yerləşməsi
15°45′ c. e. 146°41′ q. u.
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Kaukura adası xəritədə
Kaukura adası
Kaukura adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Coğrafiya

Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 50 км, eni — 17 km, quru sahəsi isə 11 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 434 km²-dir.

İnzibati bölgüsü

İnzibati baxımından Arutua kommunasına daxildir.

Əhali

2007-ci il məlumatına görə adada 542 nəfər yaşayır. Raitahi əsas yaşayış məntəqəsidir. Məntəqə adanın şimmal-qərbində yerləşir.

İqtisadiyyat

Niutaxi kəndi yaxınlığında uçuş-eniş zolağı yerləşir. Yerli əhalinin əsas məşquliyyəti balıqçılıqdır.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.