Kauehi

Kauehi (fr. Kauehi) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll Fakaravadan 40 km şimal-şərqdə, Rarakadan isə 18 km şimal-qərbdə yerləşir.

Kauehi adası
fr. Kauehi
Ümumi məlumatlar
Sahəsi 15 km²
Əhalisi 552 nəfər (2007-ci il)
Yerləşməsi
15°50′ c. e. 145°14′ q. u.
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Kauehi adası xəritədə
Kauehi adası
Kauehi adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Coğrafiya

Səthi hamardır. Atollun sahəsi 15 km²-dir. Uzunluğu 23 km, eni 17 km-dir. Daxilində böyük laqun vardır. Laqun okean suları ilə birləşir.

Tarixi

Taiaro ilk dəfə 1835-ci ildə kəşf edilir. Bununla belə mirvari toplayanlar onun varlığından hələ çoxdan xəbərdar idi. Əvvəllər adanı Vinsent adlandırırdılar.

İnzibati bölgüsü

İnzibati baxımından Fakarava kommunasına daxildir.

Əhali

2007-ci il məlumatına görə adada 552 nəfər yaşayır. Tearavero əsas yaşayış məntəqəsidir. Yerli əhalinin əsas məşquliyyəti mirvari toplamaq və balıqçılıqdır. Adada eniş-uçuş zolağı vardır.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.