Katolikos V Qriqoris
Katolikos V Qriqoris - Albanların LXXXV katolikosu.
Katolikosluğu
Xaçın məliyi II Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.[1] 1634-cü ildə Katolikos I Filipp Ağbaketsi tərəfindən təsdiqlənmişdi. 1650-ci illərdə alban və erməni keşişləri Qriqorisin qovulması barədə tələblər irəli sürməyə başladılar. Bunların ən başlıcası Vərəndə mahalının yepiskopu Petros idi. Lakin 1651-ci ildə Səfəvi hakimiyyəti Qriqorisin katolikosluğunu bir daha təsdiq edən əmr verdi. Qriqoris ölümündən öncə Petros Xançketsini oğulluğa götürərək katolikosluğu ona vəd etdi.
Mənbə
- "Gəncəsər monastırı rəsmi saytı, Artsax yepiskopluğu məqaləsi". 2013-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
SƏLƏF Katolikos X İohannes |
![]() |
V Qriqoris 1634-1653 |
![]() |
XƏLƏF Katolikos IV Petros |
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.