Katolikos Pand

Pand və ya Pant (erm. Պանտ) - Mxitar Qoşun katolikoslar siyahısında adı 6-cı yerdə çəkilən katolikos.[1] Kirakos Qandzaketsiyə görə 7 il hakimiyyətdə olmuşdur.[2] Tədqiqatçı Mürtəzalı Hacıyev Fransa Milli Kitabxanasında yerləşən bir möhürün ona aid olduğunu təyin etmişdir.[3] Paleoqrafik hesablamalara görə möhürün 6-cı əsrə aid olması, Mürtəzalı Hacıyevin fikrincə Pandın 6-cı əsrdə yaşadığını deməyə əsas verir. Hacıyev həmçinin bu möhürün Katolikos II Zəkəriyyəyə də aid ola biləcəyini güman edir.

Katolikos Pand
Katolikos Pandın ehtimal olunan möhrünün reproduksiyası
KilsəAlban Həvari Kilsəsi
SələfKatolikos I Moisey
XələfKatolikos Lazar

İstinadlar

  1. Mxitar Qoş - Alban xronikası Arxivləşdirilib 2021-01-06 at the Wayback Machine (tərcüməçi Robert Bedrosian)
  2. Kirakos Qandzaketsi - Ermənilərin tarixi, fəsil 10 Arxivləşdirilib 2019-09-17 at the Wayback Machine (tərcüməçi Roberd Bedrosian)
  3. Murtazali S. Gadjiev - On the History of Writing in Caucasian Albania Arxivləşdirilib 2022-08-02 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.