Katolikos I Simeon
Katolikos I Simeon — Albaniyanın XX katolikosu. Katolikos Nersesə qarşı gəlmişdi, bu vaxt Amaras yepiskopu idi.
Katolikos I Simeon |
---|
Katolikosluğu
Nersesin öldürülməsindən sonra taxta keçib və çox az müddətdə — il yarım taxtda oturub, lakin bu qısa müddətdə çox böyük işlər görərək, Qafqaz Albaniyasında daxili sabitliyin bərpa olunmasnda və kilsənin əhaliylə münasibətlərinin qaydaya salınmasında mühüm addımlar atıb. Bu məqsədlə o, tarixdə Katolikos Simeonun qanunları kimi bəlli olan və Azərbaycan həmin dövr tarixinin öyrənilməsində mühüm mənbələrdən biri olan yeddi qanunu qəbul edib. Bu qanunlar diofizit məzhəbinə malik keşişlərə torpaq verilməməsi və s. kimi qaydalardan ibarət idi.
Moisey Kalankatlı Simeona tabe olan yepiskopluqlar və vənglərin adını çəkir:[1]
Tabe olan yepiskopluqlar
- Qəbələ yepiskopluğu — İohann
- Hoşun yepiskopluğu — Simeon
- Amaras yepiskopluğu — Sahak
Tabe olan vənglər
- Nersmehr — Kşik
- Givt
- Katar
- Kalankatuyk — Davud
- Tuqrakert — Pyotr
- Alakob — Poğos
İstinadlar
- Moisey Kalankatlı — Albaniya tarixi/II kitab, VI fəsil
SƏLƏF Katolikos Nerses |
Simeon 705-706 |
XƏLƏF Katolikos Mikayıl |
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.