Katba arxipelaqı
Katba arxipelaqı[1] — Sakit okeanın Cənubi Çin dənizi suları ilə əhatələnmiş, 366 adadan ibarət olan arxipelaq. İnzibati baxəmından adalar Vyetnam ərazisinə daxildir. Arxipelaqın ən böyük adasıda Katba adlanır. Arxipelaqın sahəsi 285 km² təşkil edir. Adalarda ümumilikdə 30 000 əhali yaşayır.
Katba arxipelaqı | |
---|---|
Ümumi məlumatlar | |
Adaların sayı | 366 |
Ən böyük adası | Katba |
Ümumi sahəsi | 285 km² |
Hündür nöqtəsi | 77 m |
Əhalisi | 30.000 nəfər (2011-ci il) |
Yerləşməsi | |
20°54′ şm. e. 107°03′ ş. u. | |
Ölkə | Vyetnam |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Arxipelaqa daxil olan ən iri ada Katbadır. Arxipelaq Halonq buxtasında yerləşir. Hanoy şəhərindən 115,6 km məsafədə qərarlaşır. Katba adasının uzunluğu 21,3 km, maksimal eni isə 11 km təşkil edir.
Adanın ərazisi təpəliklərdən ibarətdir. Çoxlu sayda mağaralar vardır. Ən hündür nöqtəsi 331 metrdir. İqlimi subtropik və rütubətlidir. Musson yağışlarının təsirinə məruz qalır.
Adanın böyük qism ərazisi meşələrlə örtülüdür. Burada ümumilikdə 1561 növ bitki bitir ki, 406 növü ağaclardır. Üstəlik quru sahəsində 279 növ heyvan qeydə alınmışdır. Ətraf sularında 900 növ balıq və 177 növ mərcan yaşayır. Burada dəniz tısbağaları və ilanlarına rast gəlmək olur. Ən qiymıtli qorunan növ yerli lanqurlardır. 2000-ci ilə olan məlumata görə burada cəmi 53 baş qalmışdır.
Ada ərazisi Katba Milli parkı ərazisinə daxildir.
Tarixi
Fransız alimləri arxipelaq ərazisində müasir insana aid olan yaşı təqribi olaraq 6500—4000 il qiymətləndirilən insan skledi aşkarlamışlar. Alimlar bu tapıntıları Halonq mədəniyyəti adlandırırlar. Hansı ki, Katba arxipelaqında qədim zamanlarda formalaşmışdır. Adaların adı sonrakı dövrlərdə formalaşmışdır. Fransız Hindçininə aid xəritələrdə adalar sadəcə Ba olaraq yazılır. Bu isə tərcümədə o (qadın anlamında) mənasını verir. Rıvayətə görə adada üç ölmüş şshzadə atılır. İnsanlar onların şərəfinə üç məbəd inşa edirlər. Adanın O adıda buradan yaranmışdır. Uzun əsrlər boyunca adalarda vyetnam və çinli balıqçılar yaşamışdır. XIX əsrdən adalarda hərbi postlar olmuşdur. Vyetnam müharibəsi zamanı adalarda Vyetnam Demokratik Respublikasının liderləri üçün gizli saxlanc yeri olmuşdur. Bu obyektlər 1975-ci ilə qədər istifadə edilmişdir. 1979-cu ildə Çinlə müharibə səbəbindən burafa yaşayan çinli balıqçılar köçürülmüşdür.
1986-ci ildə biosfer qoruğu, bir müddət sonra isə onun əsasında milli park yaradılmışdır. Hazırda milli park bütün arxipelaqı əhatə edir. 2011-ci ildə UNESKO Ümumdünya irsi siyahısına namizəd göstərilmişdir[2].
İnfrastrukturu
Katba adasında eyni adlı şəhər yerləşir. Ümumilikdə isə arxipelaqda 30000 nəfər yaşayır. Katba şəhər bütün Vyetbam ərazisində əsas turizm mərkəzlərindən birini oynayır. Gediş-gəlişi təmin etmək məqsədi ilə bərələr fəaliyyət göstərir.
Görməli yerləri
Katba turistləri özünün əsrarəngiz körfəzləri, üç çimərliyi, elə də böyük olmayan daxili gölləri, həmdə toxunulmayan daxili vəhşi təbiəti ilə cəlb edir. Sahildə yerləşən sakit buxtalsrdan birində su üzərində balıqçı kəndi qərarlaşır. Neçmişdə mövcud olmuş hərbi obyektlər turistləri özünə cəlb edir. Bu obyektlər haxırda ziyarətçilər üçün açıqdır.
Mənbə
- The Cat Ba Langurs Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- catbalangur.org Arxivləşdirilib 2016-10-03 at the Wayback Machine
- Digging into Cat Ba Island’s rich history Arxivləşdirilib 2016-10-17 at the Wayback Machine
İstinadlar
- "Cat Ba island". 2014-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- "unesco.org". 2015-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.