Kataloniya
Kataloniya (Katalan dili: Catalunya; Aran dili: Catalonha) — İspaniyanın şimal şərqində yerləşən muxtar region.
Muxtar icma | |
Kataloniya | |
---|---|
kat. Catalunya oks. Catalonha | |
kat. Els Segadors |
|
41°49′ şm. e. 1°28′ ş. u. |
|
Ölkə | İspaniya |
İnzibati mərkəz | Barselona |
Prezident | Pere Aragonès |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 988 |
Sahəsi | 32.114 km² (6-cı yer) |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 7,535,251 nəfər (2-ci yer) |
Əhalinin sıxlığı | 2.346 nəfər/km² (2-ci yer) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | ES-CT |
Telefon kodu | +34 97 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Kataloniyanın Aralıq dənizi boyunca 580 km sahili var. Burada 3 rəsmi dildə danışılır: İspan dili, Katalan dili və Aran dili. Aran dilində Aran vadisində təxminən 7 min nəfər danışır. Bu dil Oksitan dilinin bir ləhcəsidir. 2006-cı ildə aparılan hesablamalara görə Kataloniyada 7 135 000 nəfər yaşayır. Əhalinin təxminən 13%-ni mühacirlər təşkil edir. Son referendumun nəticələrinə görə Kataloniya Avropanın ən muxtar vilayətidir.
Kataloniya bu gün əsasən keçmiş Kataloniya Knyazlığına məxsus torpaqlardan ibarətdir. Şimal sərhədlərində Fransa və Andorra, şərqdə qərb və cənub sərhədlərində Aralıq dənizi muxtar bölgələri var. Rəsmi dillər katalan, ispan və oksitan dilinin ləhcəsidir. Aranca, Aran Vadisində təxminən 7 min insan tərəfindən danışılır və Occitan dilində danışılır. 2014-cü ilin hesablamalarına görə Kataloniyanın ümumi əhalisi 7.512.982 nəfərdir. Bölgə əhalisi İspaniya əhalisinin 16,1% -ni təşkil edir.
Əfsanəyə görə Barselonanın yaranması Heraklın adıyla bağlıdır. Əslində isə onun əsasını bizim eraməzdan əvvəl 237-ci ildə karfagen sərkərdəsi Gamilkar, Hannibalın atası qoyub. Gamilkarı hamı Barka ("İldırım sürəti") təxəllüsü ilə tanıyırdı. Bu təxəllüsü o, sürətli keçidlərinə görə almışdı.[2]
Coğrafiyası
Pireney yarımadasının şimalında Fransa və Andorra ilə həmsərhəddir. Qərbdə Kataloniya Araqon regionu ilə, cənub-qərbdə Valensiya ilə həmsərhəddir. Barselonadan başqa Kataloniyanın digər böyük şəhərləri Tarraqona, Leyda, Jirona, Manresa, İqualada, Martorel, Terrassa və Sabadeldir. Sahil xəttinin uzunluğu 580 kilometrdir. Müxtəlif sahil və çoxsaylı çimərlikləri vardır. Kataloniyada, əsasən şimalında İspaniyanın bir neçə əhəmiyyətli qoruğu yerləşir.
İqtisadiyyatı
Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılır və İspaniya ümumi daxili məhsulunun 23%-ni verir. Kataloniyanın ümumi daxili məhsulunun həcmi Finlandiya və Danimarkanın ümumi daxili məhsulunun həcmi qədərdir. Adambaşına düşən ümumi daxili məhsul isə Almaniyadakı səviyyədədir. İspaniyanın kimya, maşınqayırma və tikiş sənayesinin böyük hissəsi Kataloniyada yerləşir. Yeraltı sərvəti olmayan Kataloniyada kənd təsərrüfatına əhalinin cəmi 2%-i cəlb olunub. İqtisadiyyatının aşağıdakı sahələri vardır.
- Plastik kütlənin istehsalı — 4%
- Elektronika və maşınqayırma — 6%
- Farmasevtika və kimya sənayesi — 16%
- Toxuculuq istehsalı — 6%
- Kağız və çap sənayesi — 7%
- Metallurgiya — 9%
- Qida sənayesi — 17%
- Nəqliyyat təchizatı — 13%
- Hasilat sənayesi — 8%
- Digər — 8%[3]
Muxtariyyətə aparan yol
Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 000 km² ərazisi və 7 milyon əhalisi olan Kataloniyanın paytaxtı Barselona şəhəridir.
Katalonların Şimali Afrikanın iberlər tayfasından formalaşdığı və eramızdan 700 il əvvəl Afrika qitəsindən İspaniyaya köçərək indiki Barselonanın ətrafında məskunlaşdıqları bildirilir. Bizim eranın 414-cü ildə vestqotlar İspaniyanın şimalını ələ keçirərkən, bölgəyə Qotaloniya adı verirlər. 1804–1808-cü illərdə Kataloniya Fransa müstəmləkəçiliyinə qarşı qiyam qaldırır. Napoleonun qoşunları Kataloniyaya daxil olaraq, Barselonanı dağıdırlar.
Kataloniya 1833-cü ildə sənaye inkişafına baş vurur. İspaniyada ilk dəmir yolu 1848-ci ildə Kataloniyada istifadəyə verilir. Bu illərdə Kataloniyada sənət, ədəbiyyat və mədəniyyətin digər sahələri sürətlə inkişaf edir.
1871-ci ildə Kataloniya İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra İspaniya krallığının tərkibində qalmağa davam edir. 1898-ci ildə ABŞ-la müharibədə müstəmləkələri — Kuba və Puerto-Rikonu itirən İspaniya krallığının tənəzzül dövrü başlayır və bu, Kataloniyaya da sirayət edir.
Kataloniyada 1914-cü ildə yerli özünüidarə şurası formalaşır. Şuranın müstəqilliyə çalışmasının qarşısı İspaniyanın o zamankı diktatoru Primo de Rivyera tərəfindən alınır. Kataloniya ilk dəfə İspaniya Respublikasının tərkibində 1932-ci ildə muxtariyyət statusu qazanır. Ancaq faktiki olaraq bu statusdan yararlana bilmir. Çünki 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır. Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq, yerli respublikaçılara divan tuturlar, Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. Frankonun ölümündən sonra, 1977-ci ildə İspaniyada referendum keçirilir və referendumun nəticəsinə görə İspaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur. Burada 1980-ci ildə keçirilən parlament seçkilərində Hordi Puyol muxtar bölgənin baş naziri seçilir. Kataloniya Parlamenti 135 deputatdan formalaşır. Kataloniya prezidentini dörd ildə bir dəfə parlament seçir.
Əhalisinin əksər hissəsi katalonlardan formalaşan bölgədə iki rəsmi dil var: katalon və ispan dili. Katalon dili roman dil qrupuna aiddir, ispan dilindən fərqlənir. Kataloniyanın dövlət universitetlərində və məktəblərində təhsil katalon dilində aparılır. Yaşayış məntəqələrinin əksəriyyəti katalon mənşəlidir.
Muxtariyyətin artırılması
Kataloniya iqtisadi baxımdan inkişaf etdiyindən bölgənin siyasi dairələrində muxtariyyətin artırılması mövzusu daim gündəmdədir. 2003-cü ildə Paskual Maraqal Kataloniyanın prezidenti seçildikdən sonra seçicilərə bölgənin statusunu dəyişdirəcəyini vəd edir. Bu vəddən bir il sonra işçi komissiya təsis edilərək yeni status üzərində çalışmalara başlanılır və 2005-ci ildə Kataloniya parlamenti böyük səs çoxluğu ilə Kataloniyanın yeni status mətninə səs verir. Bu sənəd təsdiq olunmaq üçün İspaniyanın müvafiq orqanlarına göndərilir. Lakin Kataloniyanın yeni statusu İspaniyanın dövlət və ictimai dairələrində geniş müzakirə mövzusuna çevrilir və mərkəz muxtar bölgənin daha böyük status istəyini etirazla qarşılayır. Yeni status sənədindəki maddələrin İspaniya Konstitusiyası və qanunlarına zidd olduğu vurğulanaraq, Kataloniya rəhbərliyinə zidd maddələri dəyişdirməsi tövsiyə edilir.
Eyni zamanda İspaniyanın şəhərlərində ölkənin bütövlüyü uğrunda mitinqlər keçirilir. İspaniya müxalifəti Kataloniyanın istəyinə yumşaq münasibət göstərdiyinə görə baş nazir Hose Luis Rodriqes Sapateronu kəskin tənqid edir.
Vəziyyət böhranlı nöqtəyə gəlməsin deyə, Kataloniyanın yeni status layihəsinə qarşılıqlı razılaşma əsasında müvafiq düzəlişlər edilir. 18 iyun 2006-cı ildə Kataloniyada referendum keçirilir. Referenduma marağın az olmasına baxmayaraq, sənəd bəyənilir. Bununla da Kataloniyanın muxtar statusu bir qədər də artırılır.
Yeni status anlaşmasına görə, Kataloniya ilə İspaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid öz üzərinə Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Kataloniya geniş iqtisadi səlahiyyətlər qazanır. Bölgədə yığılan verginin tən yarısı Kataloniyada qalır. Hava və dəniz limanları, telekommunikasiya sahələri, daxili təhlükəsizlik, ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir.
Kataloniyaya verilən bu geniş səlahiyyətlərə baxmayaraq, ara-sıra müstəqillik çağırışları da eşidilir. 13 dekabr 2009-cu ildə Kataloniyada qeyri-rəsmi referendum keçirilir. Referenduma əhalinin cəmi 30%-nin qatılsa da, onların 94%-i bölgənin müstəqilliyinə səs verir.
Kataloniyanın müstəqllik tərəfdarları arasında məşhur simalar da var. Bunların arasında Barselona futbol klubunun prezidenti Huan Laportanın adını çəkmək olar
Yeri | Daxil olduğu inzibati vahid | Mərkəzi | Əhalisi[4] |
---|---|---|---|
1 | Barselona | Barselona | 1,621,537 |
2 | L.Hospitalet de Llobregat | Barselona | 257,038 |
3 | Badalona | Barselona | 219,547 |
4 | Terrassa | Valles Occidental | 210,941 |
5 | Sabadell | Valles Occidental | 206,493 |
6 | Tarraqona | Tarragones | 140,323 |
7 | Lleida | Segria | 137,919 |
8 | Mataro | Maresme | 121,722 |
9 | Santa Coloma de Gramenet | Barcelones | 119,717 |
10 | Reus | Baix Camp | 107,118 |
Bayram
Hər il sentyabr ayının 11-i Kataloniya günü kimi qeyd olunur.[5]
İstinadlar
- Statute of Autonomy of Catalonia 2006. 2006.
- Artyom Kreçetnikov. "Separatizmin tarixi: Kataloniya İspaniyadan niyə ayrılmaq istəyir?" (az.). bbc.com. 4 Oktyabr 2017. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
- "Kataloniya iqtisadiyyatı". 2012-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-01.
- "Actualització INE 2009". Ine.es. 2010-05-28. 2010-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-06.
- "Arxivlənmiş surət". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.