Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (Azərbaycan)
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılıb | 1935 |
Digər məlumatlar | |
Direktor | Dilqəm Tağıyev |
İşçi sayı | 513 |
Ünvan | AZ1143, Bakı ş., H.Cavid pr. 113 |
Sayt | kqkiamea.az |
Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur.[1]
Tarixi
Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur.
1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır.[1]
Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir.
1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.[1]
1991-ci ildə Azərbaycan EA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin təqdimatı əsasında Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə İnstituta akademik Murtuza Nağıyevin adı verilmişdir (11.01.91 il 16 №-li qərar). x3 1975–2002-ci illərdə İnstitutun direktoru akademik Toğrul Şahtaxtinski olmuşdur. Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun əsas elmi istiqaməti kimya-texnoloji sistemlərin modelləşdirilmə və optimallaşdırılma üsullarının, prinsipcə yeni reaksiya və texnoloji sistemlərin, o cümlədən, katalitik proseslərin optimal layihələşdirilməsinin elmi əsaslarının yaradılması olmuşdur.
2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.05.02 il qərarı əsasında Azərbaycan MEA Qeyri-Üzvi və Fiziki Kimya və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutlarının bazasında Kimya Problemləri İnstitutu yaradılmışdır. İnstitutun direktoru vəzifəsinə , akademik Toğrul Şahtaxtinski seçilmiş və 2010-cu ilədək həmin vəzifədə çalışmışdır. Ondan sonra 2014-cü ilədək direktor vəzifəsində akademik Ağadaş Əliyev çalışmış, 2014-cü ildə isə direktor vəzifəsinə akademik Dilqəm Tağıyev təyin edilmişdir. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.14 il 104№ -li və AMEA-nın Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il 14/8 №-li tarixli qərarına əsasən İnstitutun adı dəyişdirilərək akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu adlandırılmışdır.[1]
Rəhbərlik
- 0000–0000 Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur.
- 1937–1941 İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi
- 1941–1943 professor Şıxbala Əliyev
- 1943–1949 Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov
- 1949–1967 Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev
- 1967–1971 akademik İzzət Orucova
- 1971–1983 Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov
- 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmiş
- 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur
- 2011–2014 akademik Əliyev Ağadadaş Mahmud oğlu
- 2014 — akademik Dilqəm Tağıyev
Elmi istiqamətləri
- katalizin fundamental əsaslarının inkişaf etdirilməsi;
- karbohidrogenlərin çevrilməsi, qaz kimyası və ətraf mühitin qorunması üçün səmərəli katalizatorların və adsorbentlərin işlənilməsi;
- kimyəvi proseslərin kinetika və mexanizminin öyrənilməsi, modelləşdirilməsi və optimallaşdırılması;
- müxtəliftəyinatlı funksional materialların, nanokompozitlərin, topoloji izolyatorların, molekulyar maqnetiklərin və keçiricilərin sintezi və tədqiqi;
- yerli mineral xammalın emalı və praktiki əhəmiyyətli qeyri-üzvi birləşmələrin alınması üçün səmərəli proseslərin yaradılması;
İnstitutun şöbələri və laboratoriyaları
"Mineral xammalın kompleks emalı" şöbəsi
- "Dəmir və titan tərkibli filiz xammalının emalı" laboratoriyası https://kqkiamea.az/az/content/30
- "Əlvan metaltərkibli mineral xammalın emalı" laboratoriyası https://kqkiamea.az/az/content/31
- "Analitik kimya" laboratoriyası https://kqkiamea.az/az/content/32
"Qeyri-üzvi funksional materiallar" şöbəsi
- "Keçid elementlərinin xalkogenidləri" laboratoriyası https://kqkiamea.az/az/content/33
- "Funksional materialların komponentlərinin sintezi" laboratoriyası https://kqkiamea.az/az/content/34
- "Funksional qeyri-üzvi maddələrin termodinamikası" laboratoriyası https://kqkiamea.az/az/content/38
- "Metal oksidləri əsasında funksional materiallar" laboratoriyası
- "Kompozisiya örtük materialları və korroziyadan mühafizə" laboratoriyası https://kqkiamea.az/az/content/39
"Koordinasiya birləşmələri" şöbəsi
- "Molekulyar maqnetiklər və keçiricilər" laboratoriyası https://kqkiamea.az/az/content/74
- "Keçid metallarının metal-üzvi birləşmələri" laboratoriyası https://kqkiamea.az/az/content/75
- "Nadir metalların kompleks birləşmələri" laboratoriyası https://kqkiamea.az/az/content/76
- "Metal-klatrat birləşmələr" laboratoriyası https://kqkiamea.az/az/content/77
"Koherent — sinxronlaşdırılmış oksidləşmə reaksiyalari" şöbəsi
- "Monooksigenaz reaksiyalarının modelləşdirilməsi" laboratoriyası https://kqkiamea.az/az/content/79
- "Biomimetik sensorlar və azot 1-oksidlə oksidləşmə" laboratoriyası https://kqkiamea.az/az/content/80
- "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyası https://kqkiamea.az/az/content/82
"Oksidləşdirici heterogen kataliz" şöbəsi
- "Seolit katalizi" laboratoriyası https://kqkiamea.az/az/content/84
- "Ekoloji kataliz" laboratoriyası https://kqkiamea.az/az/content/85
- "Katalizatorların hazırlanması" laboratoriyası https://kqkiamea.az/az/content/86
"Nano- və elektrokataliz" şöbəsi
- "Nanokompozit katalizatorlar" laboratoriyası https://kqkiamea.az/az/content/88
- "Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları" laboratoriyası https://kqkiamea.az/az/content/89
- "Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar" laboratoriyası https://kqkiamea.az/az/content/90
- "Nanoelektrokimya və elektrokataliz" laboratoriyası https://kqkiamea.az/az/content/91
- "Renium ərintilərinin elektrokimyası və elektrokatalizi" laboratoriyası https://kqkiamea.az/az/content/92
"Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası" şöbəsi
- "Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi" laboratoriyası https://kqkiamea.az/az/content/95
- "Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi" laboratoriyası https://kqkiamea.az/az/content/96
- "Kimya sənayesinin yan məhsullarının emalı" laboratoriyası https://kqkiamea.az/az/content/97
- "Zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi" laboratoriyası https://kqkiamea.az/az/content/98
- "Qeyri-üzvi sintetik sorbentlər" laboratoriyası https://kqkiamea.az/az/content/100
- "Mineral sorbentlər" laboratoriyası https://kqkiamea.az/az/content/101
Elmi-yardımçı qurumlar
"Elmi-informasıya və patent tədqiqatları" şöbəsi
- "Elmi nəşrlər" şöbəsi
- "Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya" şöbəsi
- "Təhsil" şöbəsi
- "Fiziki-kimyəvi analiz" şöbəsi
İstinadlar
- "İNSTİTUTUN YARANMA TARİXİ VƏ ƏSAS NAİLİYYƏTLƏRİ" (az.). https://kqkiamea.az. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2023.