Karyagin yemliyi
Karyagin yemliyi (lat. Tragopogon karjaginii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yemlik cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Az öyrənilənlər" kateqoriyasına aiddir – EN B1ab(v). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: EN B1ab (v).
Karyagin yemliyi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cichorieae Yarımtriba: Scorzonerinae Cins: Növ: Karyagin yemliyi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir, 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar gövdə yarpaqlarından uzundur. Gövdə yarpaqları əsaslarında enlənir, təpəcikdə isə uzun, nazik, sivriləşir. Çiçəkverənlər səbətaltında qalınlaşmış, oyuq formasında olur. Səbətləri iri olur. Örtüyün yarpaqcıqları 8 sayda, zəncirotu toxumcasından qısadır. Kənar toxumccları buruncuğa çatanda kəskin ensizləşir, dərin əyilmiş, novşəkilli formada olur. İç toxumcalar bozarmış, dayaz novşəkilli, daha düz və az pulcuqlu ya da nisbətən hamar (xüsusən toxumcaların aşağı hissəsində) olur. Buruncuq toxumcadan nisbətən uzun və ya onunla bərabər, təpəcikdə, zəncirotunun altında tiftiklənmiş; zəncirotu butuncuqlu toxumcadan qısa, boz-bulanıq qızılı rənglidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəklənmə və meyvəgətirmə dövrü iyun –iyul aylarına təsadüf edir. Toxumla çoxalır. Quraqlığa davamlı, işıqsevəndir, aşağı dağ qurşağında çınqıllı, daşlı yerlərdə rast gəlinir.
Yayılması
Bozqır yaylası, Kür-Araz ovalığı, Kiçik Qafqazın cənub hissəsidir. (Cəbrayıl rayonu)
Sayı və tendensiyası
Populyasiyanın ehtiyatı azdır.
Məhdudlaşdırıcı amillər
Antropogen təsir (otarılma, tapdalanma) və səhralaşma.
Mühafizə tədbirləri
Mühafizəsi üçün hal-hazırda xüsusi tədbirlər aparılmır. Yayıldığı yerin tam mühafizəsi, növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar edilməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.
İstinadlar
- The Plant List (ing.). 2010.