Karvansaray adası
Karvansaray adası[1] — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir. Xəzər dənizinin qalxıb-enməsi adanın gah suyun üzünə çıxarır, gah da dibinə gömür.
Bu məqalə Karvansaray adası haqqındadır. Digər mənalar üçün Karvansaray səhifəsinə baxın. |
Karvansaray adası | |
---|---|
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
40°21′10″ şm. e. 49°50′27″ ş. u. | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
|
İstinadlar
- "Karvansaray adası" ( (az.)). mapcarta.com. 2016-02-08. Archived from the original on 2016-04-07. İstifadə tarixi: 08-02-2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.