Karvan (simfonik lövhə)

KarvanSoltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə.

Soltan Hacıbəyovun
simfonik əsərləri

Simfonik variasiyalar (1943)
Birinci simfoniya (1944)
Karvan simfonik lövhəsi (1945)
İkinci simfoniya (1946)
Simfonik uvertüra (1956)
Simfonik konsert (1964)

Əsərlərinin siyahısı

1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazı" operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S. Hacıbəyov onun əsasında "Karvan" simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar "Karvan"ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır.

Əsər "Şur" muğamının "Hicaz" şöbəsi üstdə bəstələnmişdir. Ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir.

Bəstəkarın sağlığında bu əsər, dünyanın bir çox möhtəşəm salonlarında səsləndirilib. ABŞ-nin məşhur skripkaçısı Sidney Hort istedadlı Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun bu əsərini dinlədikdən sonra ona göndərdiyi məktubunda yazırdı:

"Sizin "Karvan"ınız çox cazibədardır. Bu gözəl əsərin gözəl instrumentovkası da müəllifə layiqdir. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir".

Həmçinin bax

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.