Karvan

Karvan — tarixən quru nəqliyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir

Dəvə karvanı (Gravür, orijinal: David Roberts, gravürleştiren: Louis Haghe, 27 fevral 1839)

Tarixi

Ağır karvanlardan ən böyükləri ildə bir dəfə ŞamMisirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.

Bu böyük karvandan başqa yalnız mal daşıyan Hindİran karvanları da vardı. Hindistandan çıxan karvanlar, Əfqanıstan-İsfahan yolunu təqib edərək, Bağdad, oradan Hələbə gəlirdilər. İran karvanları isə İsfahan-Tehran, Tbilisi-Ərzurum yolu ilə Trabzona gedər, oradan da gəmilərlə aldıqları mallarla İstanbula gətirərdilər. Ayrıca Anadolunun böyük vilayətləri arasında kiçik karvanlar çalışar, mal daşıyaraq xidmətdə olardılar.Balkanlarda isə əksəri qatırların çəkdiyi karvanlar, bayraqlar arasında hər mövsümdə mal daşıyardılar. Kiçik karvanlar, iyul və avqust aylarının xaricində müəyyən vaxt və zamanlarda mal aparıb gətirərdilər. İldə bütün karvanlar üçün 100–150.000 qədər dəvə istifadə edilərdi. Normal olaraq, bir karvan gündə 50 ilə 55 kilometr yol gedə bilərdi. Nəqliyyat ödənişi olaraq mövsümə, əşyanın miqdarına görə bir gündə səkkiz kilo üçün doxsan pul ilə üç qəpik arasında dəyişən bir ödəniş alınırdı

Bir karvanın birləşərək hərəkət etdiyi zamanlarda içlərindən biri karvan başçısı seçilirdi. Təhlükəli olan yerlər düşünülərək karvanların hərəkət və qalmalarında silahlı gözətçilər nəzarət edirdi, bunlar lazımlı tədbirləri alardılar. Karvan başçısının verəcəyi qərara görə hərəkət edilir, yaşayış və hərəkət onun əmri ilə olardı. Hərəkət əmri verdiyi zaman dərhal hazırlanılır, yarım saat sonra hərəkətə başlayardı. Kimsə gözlənilməz, böyük bir sükunət və intizam içində zamanı gəlincə hərəkət edilirdi.

Karvanlarda xüsusilə çölü aşan ticarət yollarında tarix boyuncadəvələr seçilmişdir.(Misirli bir dəvə karvanı, 1918)

Əlavə oxu

  • Kevin Shillington (ed), "Tuareg: Takedda and trans-Saharan trade" in: Encyclopaedia of African History, Fitzroy Dearborn, 2004, ISBN 1-57958-245-1
  • T. Lewicki, "The Role of the Sahara and Saharians in Relationships between North and South", in: UNESCO General History of Africa: Volume 3, University of California Press, 1994, ISBN 92-3-601709-6
  • Fernand Braudel, The Perspective of the World, vol III of Civilization and Capitalism 1984 (translated from the French)
Qədim və orta əsrlər
  • The Trans-Saharan Gold Trade 7th-14th Century; Metropolitan Museum of Art
  • René Mouterde, André Poidebard, " La voie antique des caravanes entre Palmyre et Hît, au IIe siècle après Jésus-Christ, d'après une inscription retrouvée au Sud-Est de Palmyre (1930) ", Syria, vol. 12, No. 12–22, 1931, pp. 101–115 (available online at: Persee.fr)  (fr.)
  • Ernest Will, " Marchands et chefs de caravanes à Palmyre ", Syria, vol.34, No. 34–3-4, 1957, pp. 262–277 (available online at: Persee.fr)  (fr.)
17-ci əsr
  • René Caillié Journal d'un voyage à Temboctou et à Jenné, dans l'Afrique centrale, précédé d'observations faites chez les Maures Braknas, les Nalous et autres peuples ; pendant les années 1824, 1825, 1826, 1827, 1828: par René Caillié. Avec une carte itinéraire, et des remarques géographiques, par M. Jomard, membre de l'institut. Imprimé à Paris en mars 1830, par l'imprimerie royale, en trois tomes et un atlas. Une réédition en fac-similé a été réalisée par les éditions Anthropos en 1965. downloadable version
    • modern edition: Voyage à Tombouctou. 2 vols. Paris: La Découverte, 1996 ISBN 2-7071-2586-5
20-ci əsr
  • Lattimore, Owen (1928/9) The Desert Road to Turkestan. London, Methuen and Co; & various later editions. Caravan logistics and organization is discussed in Chap. VIII, "Camel-Men All"
  • Tuladhar, Kamal Ratna (2011). Caravan to Lhasa: A Merchant of Kathmandu in Traditional Tibet. Kathmandu: Lijala & Tisa. ISBN 99946-58-91-3.
Müasir karvanlar
  • Julien Brachet, " Le négoce caravanier au Sahara central: histoire, évolution des pratiques et enjeux chez les Touaregs Kel Aïr (Niger) ", Les Cahiers d'outre-mer, No. 226–227, 2004, pp. 117–136 (available online at: Com.revues  (fr.))
  • Michel Museur, " Un exemple spécifique d'économie caravanière : l'échange sel-mil ", Journal des africanistes, vol.47, No. 2, 1977, pp. 49–80 (available online at: Persee.fr)  (fr.)
  • M'hammad Sabour and Knut S. Vikør (eds), Ethnic Encounter and Culture Change Arxivləşdirilib 2006-10-08 at the Wayback Machine, Bergen, 1997, Google Cache Last Retrieved Jan. 2005.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.