Kartof şorbası
Kartof şorbası (alm. Kartoffelsuppe) — alman və avstriya mətbəxinə məxsus, əsas inqrediyenti kartof olan ənənəvi şorba. Çox qatı olduğunda şorba kartof ayntopfu adlandırılır. Azərbaycan mətbəxində də kartof şorbası mövcuddur.
Tərkibi
Kartof şorbasının tərkibi ət suyu, kartof, soğan, yağ, un, duz, bəzən isə yumurta sarısı və süd kimi ərzaqlardan istifadə olunur.
Hazırlanması
Kiçik-kiçik doğranmış soğanı yağda azca qovurulduqdan sonra unla qarışdırılır. Doğranmış kartoflar və duz əlavə edilərək bişirilir. Bişən şorbanı blender vasitəsi ilə püre halına gətirilir. Ayrı bir qabda hazırlanan yumurta və süd qarışığı şorbaya əlavə oluna bilər. Bir az daha qaynatdıqdan sonra kartof şorbanız servisə verilir. İstəyə görə üzərinə kərə yağı ilə pul bibər də tökülə bilər.
Mənbə
- 1001dad Arxivləşdirilib 2021-04-20 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.