Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.[1]
Həmçinin bax
İstinadlar
- Karst landşaft // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 138. ISBN 978-9952-453-14-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.