Karrar (tank)

Karrar (fars. کرارZərbə) — İran istehsalı əsas döyüş tankı. Bu tank ilk dəfə 12 mart 2017-ci ildə ictimaiyyətə təqdim olunmuşdur. İctimaiyyətə verilən məlumata əsasən elektro-optik atəş nəzarət sistemi, lazer məsafəölçən, ballistik kompüter, gündüz və gecə görünüş sistemlərinə sahibdir.

Karrar
İranın yeni 3-cü nəsil tankı olan Karrar
İranın yeni 3-cü nəsil tankı olan Karrar
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2017-davam edir
İstismar edənlər İran
İstehsal tarixçəsi
İstehsalçı İran Müdafiə Sənayesi Nazirliyi
İstehsal illəri 2017[1]
Xüsusiyyətləri
Ağırlığı 51 ton
Sürət 70 km/s
Əsas silah 125 mm yivsiz top
Köməkçi silah 12.7 mm və 7.62 mm pulemyot
Ekipaj 3 (atıcı, komandir, sürücü)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

T-90 tankı ilə oxşarlığına baxmayaraq, Rusiyanın İranla lisenziya altında bu tankları istehsal etmək haqqında müqaviləsi yoxdur.[2]

Tarixi

Karrarın ictimaiyyətə təqdimatından sonra, Tehran 12 mart 2017-ci ildə kütləvi istehsalın ediləcəyini açıqladı.[3][4]

Tasnim Xəbər Agentliyinə danışan briqada generalı olan Kiomars Heidari, Karrarın 2018-ci ildə təslim ediləcəyini söylədi.[5]

Tasnim Xəbər Agentliyinin 18 iyul tarixində yayımlanmış bir xəbərinə görə İnqilab keşikçiləri korpusuna 800 Karrar əsas döyüş tankının verilməsi planlaşdırılır.[6]

Dizayn

Karrarın əsas silahı tüstü bombası və termal qol ilə təchiz edilmiş 125 mm-lik yivsiz topdur.[7] Tankın tank qülləsinin damına 12.7 mm-lik uzaqdan idarəedilən zenit pulemyotu mərkəzi quraşdırılmışdır. Tankın əsas silahı anti-tank lazer başlıqlı döyüş raketlərini də ata bilir.[8] Bundan əlavə tanka avtomatik yükləmə sistemi əlavə edilmiş və bununla da tankın ekipajında yükləyiciyə olan ehtiyac aradan qalxmış və beləliklə tankın ekipajından bir adam azaldılmışdır.[8][9]

Karrar tanklarının zirehi ehtimala görə yeni nəsil kompozit zireh ilə təchiz edilmişdir. Partlayıcı reaktiv zireh isə gövdə və qüllənin ön hissəsinə əlavə edilmişdir. Yanlarda zireh lövhələridə tanka əlavə edilmişdir.

Tankların hərəkət mənzilini uzatmaq üçün tankların yanacaq çənlərini tankın arxa hissəsində də yerləşdirmək mümkündür.[7]

Rus tankları ilə oxşarlıq

İran İslam Respublikasının Müdafiə Sənayesi naziri Briqada generalı Hossein Dehqan Karrar tankları haqqında demişdir: “Bu tank dünyanın ən yaxşı tankları ilə 3 sahədə rəqabət edə bilər: güc, çeviklik və hərəkətlilik. Ayrıca olaraq döyüş meydanlarında dayanıqlıq və baxım. Tank hədəfə doğru çox dəqiq və sərrast atəş açmaq qabiliyyətinə sahibdir. Ayrıca olaraq tank silahçı və komandir tərəfindən də idarə edilə bilər.”[10]

Təqaüdə çıxmış General-mayor Vladimir Bogatyrev bu tank haqqında belə demişdir: “Mütəxəssislərin Karrarı T-90 platformasının ən inkişaf etmiş modifikasiyası olan T-90MS-in bir nüsxəsi olaraq görməsi təsadüfi deyildir.”

Bundan başqa Rusiyanın Milli Təqaüdə çıxmış Hərbçilər Birliyi Təşkilatı bu tank haqqında demişdir: “Bu tank əslində T-72 platforması əsasında yaradılsa da, tankın hazırlamasında ABŞ istehsalı olan M1 AbramsM60 Patton tanklarındanda nələrsə var. Bəzi xüsusiyyətlər isə M48 PattonBöyük Britaniya istehsalı olan Chieftain tanklarından götürülmüşdür. Bütün bunların əsasında İran öz tankını yaratmağa çalışmışdır.”[11]

Qalereya

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  2. "Arxivlənmiş surət". 2018-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  3. "Arxivlənmiş surət". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
  4. "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
  5. "Arxivlənmiş surət". 2018-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
  6. "Arxivlənmiş surət". 2018-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
  7. ARG. "Karrar Main Battle Tank - Military-Today.com". www.military-today.com. 6 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2018.
  8. "Iran's government rolls out new tank – photos of the Karrar". 13 March 2017. 12 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2018.
  9. "كرار نخستين تانك پيشرفته بومي كشور با حضور وزير دفاع رونمايي و خط توليد انبوه آن افتتاح شد+گزارش تصویری". 2018-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-29.
  10. Sputnik. "Despite Striking Resemblance Iran's Newest Tank is no Match to Russia's T-90". sputniknews.com. 11 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2018.
  11. "Despite Striking Resemblance Iran's Newest Tank is no Match to Russia's T-90". Sputnik. 2017-03-13. 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.