Adi çəki

Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır.

Adi çəki
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Adi çəki
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  163344
NCBI  7962

Yayılması

Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Ana yurdu Asiyadır. 12. əsrdən sonra, Avropa və Amerikanın şirin sularında çıxarılmışdır. Çəki Azərbaycan sularında, o cümlədən Xəzərin respublika sahillərində də geniş yayılıb. Azərbaycan hüdudlarında hər yerdə; Kürdə və onun qollarında, bütün su anbarlarında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Dəvəçi limanında, Xəzərə tökülən bütün iri çayların aşağlarında rast gəlinir. Mingəçevir su anbarında kütləsi 22 kq-a çatan çəkilərə təsadüf edilir.

Morfoloji əlamətləri

Rəng və formaları yaşadıqları mühitə görə dəyişər. Ümumiyyətlə kürəyi tünd yaşıl, yanları və qarın altı yaşıl qəhvəyidir. Kiçik ağızlı qalın və oynaq dodaqlıdır. Üst çənələrindən dörd bığ sallanar. Ağız dişləri yoxdur. Yutak (farinks) dişləriylə qidalarını üyüdərlər. Bığları toxunma orqanı olaraq vəzifə yerinə yetirər. Onun bel üzgəcində 17-23, anal üzgəcində 5-6 şüa, yan xətt orqanında 35-40 pulcuq var. Bədəninin xarici görnüşü növün görnüşü kimidir. Uzunluğu, adətən 34-80 sm, kütləsi 0,8-5,8 kq-dır. Mingəçevir su anbarında kütləsi 22 kq-a çatan çəkilərə təsadüf edilir.

Yaşayış yeri və həyat tərzi

Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Bentosyeyən balıq olub, Xəzərdə əsasən ilbizlər, qurdlar və xərçəngkimilər, su cücülərinin sürfələri və qurdlarla qidalanır. Yemində bitki mənşəli detrit də qeydə alınır. Qidanın tərkibi mövsümə görə dəyişir: yazda şaxəbığlı və kürəkayaqlı xərçəngciklər, amfipodlar, ilbizlər, bitki qidası, yayda isə ilbizlər və xərçəngkimilər üstünlük təşkil edir. Yazda - kürütökmədən əvvəl daha intensiv qidalanır; yayda görünür, temperaturun yüksəlməsi ilə bağlı bu göstərici aşağı düşür, payızda isə yenidən artır.

Təsərrüfat əhəmiyyəti

Süni balıqçılıqda əhəmiyyətli yer tutur. Göl və yavaş axan dərələrin dib sularında yaşayır. Soxulcan, böcək sürfələri və bitkilərlə qidalanır. Bəzən uzunluqları 1 metrdən çox olur. Ağırlığı 25 kqdən çox olanları da vardır. Hər istilikdəki suya uyğunlaşmağı bacarır. 3-30 °C arasındakı sularda rast gəlinir. Həddindən artıq soyuqlarda toplu halda palçığa basdırılaraq qış yuxusuna yatır. Qışda ölmədən dona bilərlər. Su axıntısına qarşı üzə bilir. Quyruğunu çənələri arasına sıxır, buraxdığında yay kimi açılaraq 3-5 metr sıçrayaraq şəlalələri aşa bilirlər. Dibləri qarışdırar, suyu bulandırarlar. Çevik və hərəkətli balıqlardır. Sürüylə gəzərlər. İriləri yaxşı bişirildiyində əti bəyənilir. Min ildən bəri insanlar tərəfindən süni olaraq da yetişdirilən çəki balığından insanlar tərəfindən müxtəlif bəzək balıqları törədilmişdir. Bunların ən tanınmışları bir akvarium balığı olan qızl balıq və Yaponiyada əsrlərdir rəngarəng çeşidləri törədilən Koidir. Çəki mühüm vətəgə balığıdır. Yaşayış amillərinə qarşı az tələbkar olan çəki həm də plastik balıqdır. Onun karp adlanan müxtəlif əhilləşdirilmiş formaları var: pulcuqlu karp, güzgülü karp, çılpaq karp və s. Karp göl-satış balıqçılının ən xeyirli obyektidir.[2]

Çoxalması

Aprel-İyun ayları arasında yumurtlayırlar. Yumurtaları bitkilərə yapışar. Bir dişi, bir dəfədə yarım milyon yumurta buraxa bilər. Yumurtaların çoxu digər balıqlar tərəfindən istehlak edilir. Mühit istiliyindənə asılı olaraq ən gec bir həftə içində yumurtalar açılır. Üç ildə yetkinləşir. Karpların 100 ilə qədər yaşadığı deyilsə də, ömürləri normal olaraq 40-50 il qədərdir. Balıqçılar bunları hərəkətə keçirmək üçün gurultulu səslər çıxarırlar. Torlarla bol miqdarda ovlanılır. Duru su gölündə 30 kg gələnləri vardır. Kürüsünün miqdarı, adətən 100 mindən 500 minə, ən çoxu isə 1,5 milyona qədər olur. Kürüdən çıxmış körpələrin bir qismi 1,5-2 aydan sonra dənizə gedir, onların, adətən zəif böyüyən və buna görə də dənizə getməyə gecikən hissəsi çayda qalıb oturaq sürü əmələ gətirir.

Həmçinin bax

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 120.
  2. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı, 2007, s 250.
  3. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 170 s.
  4. Чугунова Н.И., Егерман Ф.Ф. Морской судак // Бюлл. Всекасп. науч. рыбохоз. экспедиции. № 5 - 6, 1932, с. 90 - 93;
  5. Казанчеев Е.Н. Рыбы Каспийского моря. Москва, «Легкая и пищевая промышленность» 1981, с.122 - 123;
  6. Кулиев З.М. Морфобиологические особенности морского судака Каспийского моря // «Вопросы ихтиологии». Москва, 1981, № 21, с. 816 - 822.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı, 2007, s 250.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.