Karmaskalı rayonu

Karmaskalı rayonu (başq. Ҡырмыҫҡалы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayon
Karmaskalı rayonu
Ҡырмыҫҡалы районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

54°22′10″ şm. e. 56°10′40″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 1750,88[1] km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 49.285 nəf. (1 yanvar 2019)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34765
Poçt indeksi 4530ХХ
Rəsmi sayt
Karmaskalı rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun inzibati mərkəzi Karmaskalı kəndidir. Ufadan 50 km cənubda yerləşir.

Coğrafi yerləşməsi

Başqırdıstanın mərkəzi hissəsində, Ağidel çayının sahili boyunca sahildə yerləşir. Rayonun ərazisi 1751 km² təşkil edir. Sərhədlərinin ümumi uzunluğu 903 km-dir. İqlimi kontinental, bir az qurudur. r. Orta illik temperatur: +2,5 °C, yanvar: -16 °C, iyul: +19 °C. Maksimal temperatur: +40 °C, minimal: −48 °C. Orta illik yağıntı 500 mm., quraq illərdə 350 mm. Ərazisindən Urşak, Aurqazı, Belıy KLuç, Uzen, Kuzelka çayları axır. Ərazisində əsasən boz meşə və qaraya bənzər torpaqlar geniş sahə tutur.

Meşələr 30,7 min hektar (rayon ərazisinin 17,5%) ərazini əhatə edir. Toplam oduncaq ehtiyatları 4 milyon m³ təşkil edir.

Tarixi

Rayon 1930-ci ildə təşkil edilmişdir. 1956-ci ildə Buzovyazov rayonunun böyük qismi Karmaskalı rayonuna birləşdirilir (cəmi 8 kənd sovetliyi isə Aurqazin rayonu ərazisinə daxil edilir.).

Əhali

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Karmaskalı rayonu ərazisin milli tərkibi: başqırdlar — 39,6 %, tatarlar — 31,9 %, ruslar — 16,5 %, çuvaşlar — 9,3 %, digər millər — 2,7 %[3]. 1 yanvar 2015-ci il məlumatına görə rayon ərazisində 50174 nəfər yaşayır.

Əhalinin milli tərkibi[4][5]

İl başqırdlar
nəf.
başqırdlar
%
tatarlar
nəf.
tatarlar
%
ruslar
nəf.
ruslar
%
Ümumi
%nəf
1970 12 289 21.3 % 25 863 44.8 % 57 743
1989 10 471 22,9 % 21 756 47,6 % 45 680
2002 23 296 42,7 % 15 811 29 % 8 767 16,1 % 54 585
2010 20 236 39,6 % 16 318 31,9 % 8 418 16,5 % 51 504

İnzibati-ətazi vahidləri

Rayonda 16 kənd inzivati vahidliyinə 122 yaşayış məntəqəsi daxildir[6].

İqtisadiyyat

Rayon əsasən sənaye-aqrar rayondu. Ərazisinin 120,8 min ha kənd təsərrüfatına cəlb olunmuşdur. 27,1 min ərazi otlaq sahələridir. Kənd təsərrüfatının şəkər çuğunduru, taxılçılıq, kartoxçuluq, ətlik-südlük heyvandarlıq, atçılıq, arıçılıq və donuzçuluq inkişaf etmişdir. Burada meşə təsərrüfatı mövcuddur. Ərazisindən UfaOrenburq, Karlaman — Maqnitaqorsk dəmiryolu, UfaOrenburq, Ufa — Beloresk avtomobil yolu keçir.

Sosial sfera

Rayon ərazisində 65 ümumtəhsil mərkəzi vardır ki bununda 31 orta məktəbdir. Burada Məhəmmədsəlim Umetbayev memorial muzeyi, Şərif Bikkulun ev muzeyi, bir rayon və 3 kənd xəstəxanası, 34 kütləvi kitabxana, 52 klub fəaliyyət göstərir. Tolbazında tarix diyarşunaslıq muzeyi vardır. Burada tatar və rus dillərində «Karmaskalinskaya nov» — «Uzen», başqırd dilində isə «Dairə» qəzeti buraxılır.

Şəxsiyyətlər

  • Həmzə Ris oğlu Əhmədov — rusiyalı dövlət və siyasi xadim.
  • Qənzəfər Usayev — Yemelyan Puqaçova və Salavat Yulevnanın yoldaşı,
  • Mirsəid Heydərəli oğlu Sultanəliyev — siyasi xadim,
  • Miniəli Minhacuddin oğlu Şaymuradov — general-mayor.
  • Aleksey Nesteroviç Kalqanov — Sovet İttifaqı Qəhrəmanı,
  • İvan Aleksandroviç Polunin — Sovet İttifaqı Qəhrəmanı,
  • İvan Nikolayeviç Qraşev — Sovet İttifaqı Qəhrəmanı,
  • Qriqori Semönoviç Vasilyev — Sovet İttifaqı Qəhrəmanı,
  • Aleksey Födoroviç Nikiforov — Sovet İttifaqı Qəhrəmanı,
  • Mustafa Şakir oğlu Qazizov — Şöhrət ordenli,
  • Sabircan Abdulla oğlu Qunaqbayev — tanınmış bioloq, seleksiyaçı, Sosialist Əməyi Qəhrəmanı,
  • Banat Xəyrulla qızı Batırova — Başqırd MSSR ilk qadın Sosialist Əməyi Qəhrəmanı,
  • Rail İsmayıl oğlu Kamalov — Sosialist Əməyi Qəhrəmanı,
  • Fərid Şəmsəddin oğlu Sadıqov — Sosialist Əməyi Qəhrəmanı,
  • Məhəmmədsəlim Ümütbayev — ictimai xadim, başqırd araşdırmaçı,
  • Fənil Əsənov — yazıçı,
  • Robert Nurməhəmməd oğlu Bayımov — yazıçı, tənqitçı,
  • Şərif Bekqul — şair,
  • Fərid İsənğulov — yazıçı,
  • İrek Lutfi oğlu Kencəbulatov — şair,
  • Nəcib Şəngəray oğlu Həmidov (1898—1943) — sovet hərbi xadimi, Polkovnik (1940 il).
  • Ğaysa Batırgəray oğlu Hüseyinov — akademik, professor, yazıçı,
  • Məhəmmədcan Hüseyinov — Rusiya Müsəlmanları Ruhani İdarəsinin ilk müftisi.

Mənbə

İstinadlar

  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.
  2. Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  4. Давлетшина З. М. Татарское население Башкортостана: этнодемографическое исследование. Уфа: Гилем, 2001. ISBN 5-7501-0235-1
  5. Население Башкортостана: XIX—XXI века: статистический сборник/ Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан.- Уфа: Китап, 2008.- 448 с.:ил.
  6. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населённых пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.