Karl van Vexten

Karl van Vexten (tam adı Carl Van Vechten17 iyun 1880 – 21 dekabr 1964)  — Amerikan yazıçısı  və fotoqrafı. O, Harlem İntibahının nümayəndəsi Qeytruda Staynın ədəbi icraçısı olmuşdur.[1] 

Karl van Vexten
ing. Carl Van Vechten
Karl van Vexten
Karl van Vexten
Doğum tarixi
Doğum yeri Sidar-Rapids, Ayova, ABŞ
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Nyu-York, Nyu-York ştatı, ABŞ
Milliyyəti Amerikan
Təhsili Çikaqo Universiteti
Fəaliyyəti yazıçı, fotoqraf, ssenarist, roman yazıçısı
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

Ayova ştatının Sidar Rapids şəhərində anadan olan Vexten Çarles və Ada van Vexten ailəsinin ən gənc üzvü idi.[2] O. 1898-ci ildə Vaşinqton Ali Məktəbini,[3] daha sonra 1903-cü ildə isə Çikaqo Universitetini bitirmişdir.[4] 1906-cı ildə Nyu-york şəhərinə köçür. Nyu-York Taymz jurnalında musiqi tənqidçisinin köməkçisi vəzifəsində işə qəbul olur.[5] 1907-ci ildə operaya olan marağı  onu Avropaya səyahət etməyə vadar edir.[1]  

İlk uğursuz nikahından sonra 1914-cü ildə aktrisa Fane Marinoff ilə evləndi. Karl van Vexten ömrünün sonuna kimi bu xanımla birlikdə olsa da, ölümündən sonra onun 25 il homoseksuallığını ifadə edən şəxsi fotoları tapılmışdır.  

1913-cü ildə Parisdə Qeytruda Stayn ilə görüşdü. Onlar uzun müddət dost idilər və ölümündən sonra Staynın kitablarını nəşr etdirdi. Eyni zamanda o, Afro-amerikan yazıçısı olan Nelli Larseni də dəstəkləyirdi.

1950-ci illərdə, yaşının çoxluğuna baxmayaraq, öz fikirlərini dəyişdirmədən Senator Makkartinin anti-kommunist tiradalarına qarşı çıxdı.

Arxiv və muzey kolleksiyası

Karl van Vextenin əsərlərinin əksəriyyəti Yel Universitetində Baynerk Nadir Kitab və Əlyazma Kitabxanasında saxlanılır. Burada həmçinin "Yaşayan portretlər: Karl van Vextenin çəkdiyi Afro-amerikalıların rəngli fotoları, 1939-1964" adlı slayd da var. Bu kolleksiyada 1884 rəngli şəkil var. 

Əsərləri

  • Böyük Müharibədən sonra səslənən musiqi (1915)
  • Musiqi və pis davranışlar (1916)
  • Karl van Vextenin evi və studiyası, 2017.
    Tərcüməçilər və şərhçilər (1917)
  • Karusel (1918)
  • İspaniya musiqisi (1918)
  • Mansardada (1919)
  • Evdə pələng (1920)
  • Housetop (1921)
  • Piter Vifl (1922)
  • Kor bantlı oğlan (1923)
  • Tatulu qraf arvadı (1924)
  • Qırmızı (1925)
  • Petarda. Realist roman (1925)
  • Qazıntılar (1926)
  • Zənci səması (1926)
  • Hörümçək oğlan (1928)
  • Yığıncaqlar (1930)
  • Xüsusiyyətlər (1930)
  • Müqəddəs və kafir xatirələr (1932)

Ölümündən sonra

  • Karl van Vextenin rəqs yazıları (1974)

Həmçinin bax

İstinadlar

  1. "Portraits by Carl Van Vechten – Carl Van Vechten Biography – (American Memory from the Library of Congress)" Arxivləşdirilib 2013-05-27 at the Wayback Machine. Memory.loc.gov. Retrieved March 9, 2010.
  2. White, Edward (2014), The Tastemaker: Carl Van Vechten and the Birth of Modern America, New York: Farrar, Straus and Giroux, ISBN 978-0-374-20157-9
  3. "Carl Van Vechten's Camera Documented Personalities"Cedar Rapids Gazette. March 10, 1971. Retrieved November 17, 2012.
  4. "Carl Van Vechten Biography". Biography.com. December 21, 1964. Retrieved March 9,2010.
  5. Sanneh, Kelefa (February 17, 2014). "White Mischief: The passions of Carl Van Vechten" Arxivləşdirilib 2022-08-30 at the Wayback MachineThe New Yorker.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.