Karl Saqan
Karl Edvard Saqan (ing. Carl Edward Sagan; 9 noyabr 1934[1][2][…], Bruklin, Nyu-York, Nyu-York ştatı – 20 dekabr 1996[1][2][…], Sietl, Vaşinqton) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı.
Karl Saqan | |
---|---|
ing. Carl Edward Sagan | |
Doğum tarixi | 9 noyabr 1934[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 1996[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı[3][4] |
Elm sahələri | astrobiologiya, Planetologiya, astrofizika, astronomiya |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbəri | Cerard Koyper |
Tanınmış yetirmələri | Nil Deqrass Tayson |
Üzvlüyü |
|
Mükafatları | |
carlsagan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir.
Təhsili və elmi karyerası
Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır. Universitet illərində genetik H. J. Müllerin laboratoriyasinda çalışır.
1960-cı illərin əvvələrində alimlərdən heç kimdə Venera planetinin səthi haqda təsəvvür yox idi. Saqan öz məqaləsində planetdə mümkün olan şərtləri qeyd etmişdir. Karl Saqanın özü belə hesab edirdi ki, planetin səthi quru və istidir.
1960–1962-ci illərdə Saqan Çikaqo Universitetində "Yerk rəsədxanası"nda, Kaliforniya Berkli Universitetində və Stenford Universitetində assistent olaraq çalışmışdır. 1962–1968-ci illərdə Harvard Universitetində astronomiyadan dərs demişdir. 1968-ci ildə Kornel Universitetidə fəaliyyətini davam etdirmişdir. 1971-ci ildə astronomiya və kosmik tədqiqatlar üzrə professor və planetlərin öyrənilməsi laboratoriyasının direktoru olmuşdur.
Onun praktiki olaraq bütün Günəş sisteminin öyrənilməsi üçün nəzərdə tutulmuş kosmik layihələrə tövhəsi olmuşdur. O, ilk dəfə olaraq Günəş sistemini tərk edən kosmik aparatlarla yerdənkənar sivilizasiyalara "göndəriş" göndərməyin ideayasını irəli sürmüşdür. Karl Saqan göndərişlər üzərində işini davam edirdi. Ən detallı göndərişi isə proqramda onun da iştirak etdiyi "Voyacerin" qızıl plastinkası" idi.
Elmi nailiyyətləri
Saqan Saturnun peyki Тitanda və Yupiterin peyki Avropada okeanların olması hipotezini ilk irəli sürənlərdən olmuşdur.
Saqan, həmçinin Veneranın atmosferini, Marsda və Titanda fəsil dəyişiklərinin öyrənilməsinə nəzərəçarpacaq töhfələr vermişdir. O müəyyən etmişdir ki, Venera planetinin atmosferi çox isti və sıxdır. O həm qeyd edir ki, qlobal istiləşmə insanlar tərəfindən yaradılmış süni təhlükədir.
Karl Saqan Marsda fəsil dəyişikliyinin qum tufanının səbəb olması hipotezini irəli sürmüşdür.
Elmin populyarlaşdırılması
Karl Saqan yerdənkənar sivilizasiyaların axtarışı ideyasını vermiş ilk alimlərdən olmuşdur. Saqan məşhur 13 seriyalı "Kosmos: fərdi səyahət" elmi sənədli filminin müəllifidir, özü isə bu filmdə hadisələri nəql edən rolunda çıxış etmişdir. Serialın ideyasını Saqan Yakov Bronovskinin "İnsanın yaranışı" serialından götürmüşdür. Serialda saundtrek kimi Bax, Vivaldi, Motsart, Stravinski, Şostakoviç, Xovanessa və s. bəstəkarların musiqiləri səslənmişdi. Karl Saqan, həmçinin elmin təbliğatı və populyarlaşdırılması üçün kitablar yazırdı. Belə kitablardan biri "Kosmos: fərdi səyahət" serialının bəzi mövzularını daha da işıqlandıran "Kosmos" kitabıdır.
Əsas işləri
- "Planetlər" Karl Saqan və Conatan Nortom Leonard "Life" — Time Inc. jurnalının redaktorları ilə birgə, 1966.
- "Kainatda şüurlu həyat" (ing. Intelligent Life in the Universe), К. Saqan və İosif Samuiloviç Şklovski. Random House, 1966.
- "Yerdənkənar şüurla əlaqə" (ing. Communication with Extraterrestrial Intelligence), К. Saqan. MIT Press, 1973.
- "Mars və İnsan Şüuru" (ing. Mars and the Mind of Man), К. Saqan və b. Harper & Row, 1973.
- "Digər dünyalar" (ing. Other Worlds), К. Saqan. Bantam Books, 1975.
- "Yer səsləri: Voyacerin ulduzlararası yazısı" (ing. Murmurs of Earth: The Voyager Interstellar Record), К. Saqan və b. Random House, 1977.
- "Nüvə qışı: Atom müharibəsindən sonrakı həyat" (ing. The Nuclear Winter: The World After Nuclear War), К. Saqan və b. Sidgwick & Jackson, 1985.
- "Кontakt", К. Saqan. Simon and Schuster, 1985;
- "Heç kimin fikirləşmədiyi yol: Atom qışı və orduların sonu (ing. A Path Where No Man Thought: Nuclear Winter and the End of the Arms Race), К. Saqan və Riçard Tarko. Random House, 1990
- "Ədəmin əjdahaları: Insan beyninin təkamülü haqda mübahisə" (ing. Dragons of Eden: Speculations on the Evolution of Human Intelligence), К. Saqan. Ballantine Books, dekabr 1989, ISBN 0-345-34629-7, 288 seh.
- "Brokun beyni: Elmi Romansların müzakirəsi" (ing. Broca’s Brain: Reflections on the Romance of Science), К. Saqan. Ballantine Books, 1993, ISBN 0-345-33689-5, 416 seh.
- "Unudulmuş əcdadların kölgəsi: Kim olmağımız üzərində axtarış" (ing. Shadows of Forgotten Ancestors: A Search for Who We Are), К. Saqan və E. Druyn. Ballantine Books, 1993, ISBN 0-345-38472-5, 528 seh.
- "Kometa" (ing. Comet), K. Saqan və E. Druyan. Ballantine Books, 1997, ISBN 0-345-41222-2, 496 səh.
- "Solğun mavi nöqtə: İnsanlığın kosmik gələcəyə baxışı"(ing. Pale Blue Dot: A Vision of the Human Future in Space), К. Saqan. Ballantine Books, 1997, ISBN 0-345-37659-5, 384 seh.
- "Milyardlarla milyardlar: Minniliyin sonunda yaşam və ölüm haqda fikirlər" (ing. Billions and Billions : Thoughts on Life and Death at the Brink of the Millennium), K. Saqan və E. Druyan. Ballantine Books, 1998, ISBN 0-345-37918-7, 320 seh.
- "İblislərlə dolu dünya. Elmin şam işığında" (ing. The Demon-Haunted World: Science as a Candle in the Dark), К. Saqan. Ballantine Books, 1997, ISBN 0-345-40946-9, 480 səh.
- "Kosmik əlaqələr" (ing. The Cosmic Connection), К. Saqan və Derom Eydjel. Cambridge University Press, 2000, ISBN 0-521-78303-8, 301 səh.
- "Kosmos: fərdi səyahət" (ing. Cosmos: A Personal Voyage), К. Saqan. Random House, 2002, ISBN 0-375-50832-5, 384 səh.
- "Elm tanrı axtarışında" (ing. The Varieties of Scientific Experience: A Personal View of the Search for God), К. Saqan. E. Druyanın redaksiyası ilə, 1985 mühazirə Gifford, Penguin Press HC, noyabr 2006, ISBN 1-59420-107-2, 304 səh
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Carl Sagan // Internet Speculative Fiction Database (ing.). 1995.
- https://www.elmundo.es/elmundo/2011/12/19/ciencia/1324316030.html.
- https://www.clarin.com/sociedad/murio-carl-sagan-cientifico-acerco-estrellas_0_r1Nbm8mZRKx.html.
- http://www.nasonline.org/publications/biographical-memoirs/memoir-pdfs/sagan-carl.pdf.
- NNDB (ing.). 2002.
Ədəbiyyatlar
- Davidson, Keay. Carl Sagan: A Life. New York: John Wiley & Sons. 1999. 33–41. ISBN 0-471-25286-7.
- Head, Tom (ed.). Conversations with Carl Sagan. Jackson, Mississippi: University Press of Mississippi. 2005. ISBN 1-57806-736-7. ([[:Category:|link]])[[Category:]]
- Poundstone, William. Carl Sagan: A Life in the Cosmos. New York: Henry Holt & Company. 1999. ISBN 0-8050-5766-8.
- Morrison, David. "Carl Sagan: The People's Astronomer". AmeriQuests. 3 (2). 2006. 2011-07-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-10-01.
- Achenbach, Joel. Captured by Aliens: the search for life and truth in a very large universe. New York: Simon & Schuster. 1999. ISBN 0-684-84856-2. [Includes detailed account of Sagan's role in the search for extraterrestrial life. Lay summary] (#bad_url).
Xarici keçidlər
- The Carl Sagan Portal
- Video of skit from The Tonight Show Starring Johnny Carson mentioning "billions and billions"
- BBC Radio program "Great Lives" on Carl Sagan's life
- A Man whose time Has come—Interview with Carl Sagan by Ian Ridpath, New Scientist 1974 July 4
- Carl Sagan — IMDb səhifəsi
- Carl Sagan Prize for Science Popularization
- Sagan Medal for Excellence in Public Communication in Planetary Science, presented by the American Astronomical Society's Division for Planetary Sciences (AAS/DPS)
- Carl Sagan Center for the Study of Life in the Universe, SETI Institute
- Carl Sagan's Life and Legacy as Scientist, Teacher, and Skeptic Arxivləşdirilib 2016-02-01 at the Wayback Machine, Committee for Skeptical Inquiry
- A Tribute to Carl Sagan: Our Place in the Universe, The Skeptics Society
- http://en.wikipedia.org/wiki/Carl_Sagan
- http://www.lib.ru/INOFANT/SAGAN
- Космос: эволюция Вселенной, жизни и цивилизации
- Sagan, Carl Edward (1934–1996)